Yuxarı Ağbaş (Qəmərli)
Tarixi Azərbaycan əraziləri | |
Qəmərli | |
---|---|
Ümumi məlumatlar | |
Ölkə | Qərbi Azərbaycan |
Bölgə | Gərnibasar mahalı |
Əsası qoyulub | 1830 |
İndiki adı | Abovyan |
Adının dəyişdirilmə tarixi | 1949 |
Sahəsi |
|
Əhalisi |
|
Saat qurşağı | |
Xəritədə yeri | |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Yuxarı Ağbaş — Qərbi Azərbaycanın (indiki Ermənistan Respublikası) Qəmərli (Artaşat) rayonu ərazisində kənd.
Tarixi
[redaktə | mənbəni redaktə et]İrəvan quberniyasının İrəvan qəzasında, indi Qəmərli (Artaşat) rayonunda kənd.
Toponim fərqləndirici əlamət bildirən yuxarı sözü ilə türk mənşəli ağbaş etnonimi[2][3] əsasında əmələ gəlmişdir.
Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 01.12.1949-cu il fərmanı ilə kəndin adı dəyişdirilib Abovyan qoyulmuşdur[4].
Ermənilər 1828-1829-cu illərdə Xoydan və Salmastdan köçüb burada məskunlaşmış, XX əsrin 40-cı illərində azərbaycanlıları bütünlüklə kənddən sıxışdırıb çıxarmışlar[5].
Coğrafiyası və iqlimi
[redaktə | mənbəni redaktə et]İrəvan quberniyasının İrəvan qəzasında, indiki Qəmərli (Artaşat) rayonunda kənd. Rayon mərkəzindən 18 km şimal-şərqdə yerləşir. Qafqazın 5 verstlik xəritəsində[6] qeyd edilmişdir.
Əhalisi
[redaktə | mənbəni redaktə et]Kənddə 1873-cü ildə 91 nəfər, 1886-cı ildə 89 nəfər, 1897-ci ildə 183 nəfər, 1904-cü ildə 132 nəfər, 1914-cü ildə 172 nəfər, 1916-cı ildə 200 nəfər azərbaycanlı yaşamışdır[7].
1918-ci ildə azərbaycanlılar soyqırımına məruz qalaraq deportasiya olunaraq xaricdən köçürülən ermənilər yerləşdirilmişdir. İndiki Ermənistanda sovet hakimiyyəti quralandan sonra sağ qalan azərbaycanlılar kəndə dönə bilmişdir.
Burada ermənilərlə yanaşı, 1922-ci ildə 113 nəfər, 1926-cı ildə 117 nəfər, 1931-ci ildə 89 nəfər azərbaycanlı yaşamışdır[7]. SSRİ Nazirlər Sovetinin xüsusi qərarları ilə 1948-1949-cu illərdə azərbaycanlılar deportasiya olunaraq Azərbaycana köçürülmüşdür. İndi burada ermənilər yaşayır.
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Հայաստանի 2011 թ. մարդահամարի արդյունքները (erm.).
- ↑ Sümər Faruq. Oğuzlar, Bakı, «Yazıçı», 1992, s.323
- ↑ Əhmədova E. Azərbaycan etnonimlərinin leksik-semantik və struktur-linqvistik təhlili, NDA, Bakı, 1995, s.24
- ↑ "Arxivlənmiş surət". 2011-05-22 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2011-06-22.
- ↑ [1][ölü keçid]
- ↑ Пагирев Д.Д. Алфавитный указатель к пятиверстной карт Кавказского края, Тифлис, Типография К.П.Казловского, 1913, s.3
- ↑ 1 2 Qorqodyan Z. 1831-1931-ci illərdə Sovet Ermənistanının əhalisi, İrəvan, «Melkonyan fond», 1932, s.46-47, 126-127 (erm.)