40°01′35″ şm. e. 44°31′31″ ş. u.HGYO

Alpava

Vikipediya, azad ensiklopediya
(Arpavar səhifəsindən yönləndirilmişdir)
Naviqasiyaya keç Axtarışa keç
kənd
Alpava
Arpavar
40°01′35″ şm. e. 44°31′31″ ş. u.HGYO
Ölkə  Ermənistan
Region Gərnibasar mahalı
Rayon Qəmərli rayonu
Tarixi və coğrafiyası
Əsası qoyulub 1828
Sahəsi
  • 3,49 km²
Mərkəzin hündürlüyü 880 m
Saat qurşağı UTC+4
Əhalisi
Əhalisi
  • 1.725 nəf. (2011)[1]
Rəsmi dili
Xəritəni göstər/gizlə
Alpava Arpavar xəritədə
Alpava Arpavar
Alpava
Arpavar
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Alpava, Arpavar - İrəvan quberniyasının İrəvan qəzasında, indi Qəmərli (Artaşat) rayonunda kənd.[2]

Rayon mərkəzindən 9 km şimalda, Gərnibasar çayının sağ sahilində yerləşir. Erməni mənbələrində Arpavar formasında qeyd edilir[3][4] «İrəvan əyalətinin icmal dəftəri»ndə Alpevi[5], «Ermənistan və ətraf vilayətlərin toponimlər lüğəti»ndə Albava[6], Alpava, Alpavan[7] formalarında qeyd edilmişdir.

Toponim qədim türk dilində «igid, qoçaq, cəsur» mənalarında işlənən alp sözü ilə[8] türk dilində «düzənlik, geniş yer»[9], «dərə, vadi»[10] mənasında işlənən ova sözünün fonetik variantı olan ava sözünün birləşməsindən əmələ gəlib, «igidlərin, qoçaqların məskəni, yurdu, düzənlik, vadi» mənasını ifadə edir. Quruluşca mürəkkəb toponimdir.

Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 20.VIII.1945-ci il fərmanı ilə kəndin adı dəyişdirilib Lusakert, 21.X.1967-cı il fərmanı ilə yenidən dəyişdirilib Nşavan qoyulmuşdur.

Kənddə 1831-ci ildə 35 nəfər, 1873 - cü ildə 97 nəfər, 1886-cı ildə 121 nəfər, 1897-ci ildə 127 nəfər, 1904 - cü ildə 188 nəfər, 1914 - cü ildə 305 nəfər, 1916-cı ildə 161 nəfər azərbaycanlı yaşamışdır[11].

1918-ci ildə azərbaycanlılar ermənilərin soyqırımına məruz qalaraq deportasiya olunmuş və kəndə xaricdən köçürülən ermənilər yerləşdirilmişdir. İndiki Ermənistanda sovet hökuməti qurulandan sonra sağ qalan azərbaycanlılar öz kəndlərinə dönə bilmişdir. Burada ermənilərlə yanaşı 1922-ci ildə 31 nəfər, 1926-cı ildə 30 nəfər, 1931-ci ildə 51 nəfər azərbaycanlı yaşamışdır[12].

SSRİ Nazirlər Sovetinin xüsusi qərarları ilə azərbaycanlılar 1948-49 - cu illərdə Azərbaycana köçürülmüş və kənd tam erməniləşdirilmişdir.

  1. Հայաստանի 2011 թ. մարդահամարի արդյունքները (erm.).
  2. İbrahim Bayramov, "Qərbi Azərbaycanın türk mənşəli toponimləri" Arxivləşdirilib 2015-07-21 at the Wayback Machine, Bakı, "Elm", 2002.
  3. Qorqodyan Z. 1831-1931-ci illərdə Sovet Ermənistanının əhalisi, (erməni dilində). İrəvan, «Melkonyan fond», 1932. s.60
  4. Ermənistan SSR. İnzibati ərazi bölgüsü, İrəvan, «Ayastan», 1976. s.129
  5. İrəvan əyalətinin icmal dəftəri (araşdırma, tərcümə, qeyd və əlavələrin müəllifləri: Z.Bünyatov və H.Məmmədov (Qaramanlı), Bakı, «Elm», 1996. s.99
  6. Hakopyan T.X., MəlikBaxşyan St.T., Barseğyan O.X. Ermənistan və ətraf vilayətlərin toponimlər lüğəti, (erməni dilində) I c., AD, İrəvan, «İrəvan Universiteti», 1986. s.71
  7. Hakopyan T.X., MəlikBaxşyan St.T., Barseğyan O.X. Ermənistan və ətraf vilayətlərin toponimlər lüğəti, (erməni dilində) I c., AD, İrəvan, «İrəvan Universiteti», 1986. s.104
  8. Радлов В.В. Опыт словарья тюркских наречий, т.I, ч.1-2, СПб, 1893. s.430
  9. Радлов В.В. Опыт словарья тюркских наречий, т.I, ч.1-2, СПб, 1893. s.1166
  10. Севортян Э.В. Этимологический словарь тюркских языков (Общетюркские и межтюркские основы на гласные), М., «Наука», 1974. s.403
  11. Qorqodyan Z. 1831-1931-ci illərdə Sovet Ermənistanının əhalisi, (erməni dilində). İrəvan, «Melkonyan fond», 1932. s.46-47, 126-127
  12. Qorqodyan Z. 1831-1931-ci illərdə Sovet Ermənistanının əhalisi, (erməni dilində). İrəvan, «Melkonyan fond», 1932. s.47, 127

Kateqoriya:Tarixi Azərbaycan kəndləri Kateqoriya:Gərnibasar kəndləri Kateqoriya:Ermənistandakı Azərbaycan kəndləri