41°10′ şm. e. 45°00′ ş. u.HGYO

Noyemberyan rayonu

Vikipediya, azad ensiklopediya
(Barana rayonu səhifəsindən yönləndirilmişdir)
Naviqasiyaya keç Axtarışa keç
Rayon
Barana rayonu

41°10′ şm. e. 45°00′ ş. u.HGYO


İnzibati mərkəz Barana
Tarixi və coğrafiyası
Yaradılıb 31.12.1937
Ləğv edilib 11 aprel 1995
Əhalisi
Əhalisi 33 973[1] (1989) nəfər
Barana rayonu xəritədə

Barana rayonu, Noyemberyan rayonuQərbi Azərbaycanda (indiki Ermənistan Respublikası), Dağ Borçalının Loru mahalında rayon.

1937-ci il 31 dekabrda yaradılıb. Mərkəzi Noyemberyan (İncəsu, Barana) şəhəridir. Rayon mərkəzindən İrəvan şəhərinə olan məsafə 187 km-dir.

Qərbi Azərbaycan - Qaraqoyunlu Dərəsinin şimalını əhatə edən Barana mahalının adı Baranlı sülaləsi ilə bağlıdır.[2]

Baranlı sülaləsi Qaraqoyunlular dövlətinin baniləri Qara Mansurun oğlu Bayram Xoca, Qara Yusif (Qaraqoyunlular) və Sultanqulu bəy Baranlı (Qütbşahlar dövlətinin banisi) kimi nümayəndələri ilə tanınır.[3][4]

Rayonun Barana adı tarixi mənbələrdə kənd və mahal adı kimi qeyd olunur. V.V.Radlovun fikrincə "barana" türk sözüdür və rus dilindəki "baran" sözü də qədim türklərin dilindən keçmişdir. Barana isə qoyunlu yer anlamındadır. Azərbaycan tarixçiləri isə bu toponimi Ağqoyunlu və Qaraqoyunlu tayfaları ilə bağlayır.

Sözügedən yer 1938-ci ildən Noyemberyan kəndi adlanmış, 1971-ci ildə qəsəbə olmuşdur. 1937-ci ildən bəri rayonun inzibati mərkəzidir.

1988-ci ilə kimi azərbaycanlıların yaşamağa davam etdikləri və həmin il tərk etməyə məcbur olduqları yaşayış məntəqələri: Ləmbəli, Yuxarı Körpülü, Aşağı Körpülü, Ayrım qəsəbəsi.

Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin müxtəlif fərmanları ilə Barana rayonu üzrə dəyişdirilmiş tarixi yer adları:

Qədim türk adı İndiki adı Dəyişdirilmə tarixi
Ayrım qəsəbəsi Bdğavan ...
Əskipara Voskepar ...
Balakənd Dovex ...
Qurumsulu Dostlu (İlki), Barekamavan 04.01.1938 (İlki), 25.10.1978
Barana Noyemberyan 04.01.1938
Ləmbəli Baqrataşen 18.06.1960
Kotgah Şavarşavan 15.06.1964
Qalaça Berdavan 25.01.1978
Xoşkotan Vosgevan 25.01.1978
Aşağı Körpülü Haxtanak ...
Yuxarı Körpülü Verin ...
  1. "Всесоюзная перепись населения 1989 г. Численность населения союзных республик СССР и их территориальных единиц по полу: Армянская ССР (по переписи 1989 года) — Еженедельная демографическая газета Демоскоп Weekly". Archived from the original on 2014-12-22. İstifadə tarixi: 29 iyul 2015..
  2. (#empty_citation)
  3. (#empty_citation)
  4. (#empty_citation)

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]