Molla Eyyublu
Tarixi Azərbaycan əraziləri | |
Molla Eyyublu | |
---|---|
Ümumi məlumatlar | |
Ölkə | Ermənistan |
Bölgə | Loru mahalı |
Əhalisi | 382 (1931) |
Saat qurşağı | |
Xəritədə yeri | |
|
Molla Eyyublu — İrəvan quberniyasının Aleksandropol qəzasında, indiki Kalinino rayonunda kənd[1].
Tarixi
[redaktə | mənbəni redaktə et]Rayon mərkəzindən şimal-şərqdə yerləşir. 31 dekabr 1937-ci ilə kimi, Kalinino rayonu təşkil edilənə qədər Cəlaloğlu (Stepanavan) rayonun tərkibində olmuşdur. Mənbələrdə kəndin digər adlarının Molla Eyyub, Molla Yublu, Norvruz xaraba olduğu da göstərilir[2].
Toponim eyyublu etnonimi əsasında əmələ gəlib «eyyublu tayfasından olan mollaya məxsus kənd» anlamını verir. Etnotoponimdir. Quruluşca sadə toponimdir.
Kəndin adı əvvəllcə dəyişdirilib Evli qoyulmuş, sonra Ermənistan prezidentinin 19.04.1991-ci il fərmanı ilə adı dəyişdirilərək Dzaramut adlandırılmışdır.
Əhalisi
[redaktə | mənbəni redaktə et]Kənddə 1886-cı ildə 58 nəfər, 1897-ci ildə 169 nəfər azərbaycanlı yaşamışdır[3]. 1918-ci ilin martında azərbaycanlılar deportasiya olunmuş, yalnız indiki Ermənistan sovet hakimiyyəti qurulandan sonra kənd sakinləri öz kəndlərinə dönə bilmişdir. Burada 1922-ci ildə 271 nəfər, 1926-cı 334 nəfər, 1931-ci ildə 382 nəfər azərbaycanlı yaşamışdır[4]. 1988-ci ilin axırlan 1989-cu ilin əvəllərində Ermənistan dövləti tərəfindən kəndin sakinləri tamamilə tarixi-etnik torpaqlarından deportasiya edilmişdir. İndi burada təkcə ermənilər yaşayır.
Görkəmli şəxsiyyətləri
[redaktə | mənbəni redaktə et]- Müxrəddin Talıbov (Talıb oğlu) - Vergilər Nazirliyi şöbə rəisi
- Tahir Talıblı (Maşayev Tahir İslam oğlu) — şair, publisist, 1990-cı ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü.
- Mahal İsmayıloğlu (Mahal İsmayıl oğlu Sadıqov) — Tanınmış jurnalist, "Xalq qəzeti"nin baş redaktoru(1995–2002). Respublikada nəşr olunan qəzetlərdə 4 mindən çox yazıları dərc olunub. 2015-ci il 28 avqustda müalicə aldığı xəstəxanada dünyasını dəyişib. [5]
- Savalan Talıblı — Azərbaycan Jurnalistlər Birliyinin üzvü (2009)
Mənbə
[redaktə | mənbəni redaktə et]- Əziz Ələkbərli, "Qədim türk-oğuz yurdu "Ermənistan"", Bakı, "Sabah", 1994.
- Həbib Rəhimoğlu. "Silinməz adlar, sağalmaz yaralar", Bakı, "Azərnəşr", 1997.
- B.Ə.Budaqov, Q.Ə.Qeybullayev. "Ermənistanda Azərbaycan mənşəli toponimlərin izahlı lüğəti". Bakı, "Oğuz eli", 1998.
- Ermənistan azərbaycanlılarının tarixi coğrafiyası, Bakı, "Gənclik", 1995.
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ PDF versiyası. // Qərbi Azərbaycanın türk mənşəli toponimləri. Müəllifi: İ. M. Bayramov; Redaktorları: B. Ə. Budaqov, H. İ. Mirzəyev, S. A. Məmmədov. Bakı: "Elm" nəşriyyatı, 696 səh. ISBN 5-8066-1452-2
- ↑ Qorqodyan Z. 1831-1931-ci illərdə Sovet Ermənistanının əhalisi, İrəvan, «Melkonyan fond», 1932, s.78 (erm.)
- ↑ Qorqodyan Z. 1831-1931-ci illərdə Sovet Ermənistanının əhalisi, İrəvan, «Melkonyan fond», 1932, s.78-79, 148 (erm.)
- ↑ Qorqodyan Z. 1831-1931-ci illərdə Sovet Ermənistanının əhalisi, İrəvan, «Melkonyan fond», 1932, s.78-79, 148-149 (erm.)
- ↑ "Arxivlənmiş surət". 2022-01-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-01-01.