41°07′09″ şm. e. 45°03′55″ ş. u.HGYO

Xoşkotan

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
kənd
Xoşkotan
Voskevan
41°07′09″ şm. e. 45°03′55″ ş. u.HGYO
Ölkə  Ermənistan
Region Loru mahalı
Rayon Barana rayonu
Tarixi və coğrafiyası
Mərkəzin hündürlüyü 930 m
Saat qurşağı UTC+4
Əhalisi
Əhalisi
  • 1.256 nəf. (2011)[1]
Rəsmi dili
Xəritəni göstər/gizlə
Xoşkotan Voskevan xəritədə
Xoşkotan Voskevan
Xoşkotan
Voskevan

Xoşkotan (25.01.1978-ci ildən Voskevan) — Barana rayonunda kənd. Erməni silahlı bölmələri bu kənddə yerləşən mövqelərindən daimi olaraq Qazax rayonunun həmin istiqamətdə yerləşən Azərbaycan mövqelərini atəşə tuturlar.[2]

Xoşkotan — Tiflis quberniyasının Loru-Borçalı qəzasında, indi Barana (Noemberyan) rayonunda kənd. Rayon mərkəzindən 16 km məsafədə yerləşir.[3][4]

Toponim qədim türk dilində "düşərgə","yurd", "icma", "kiçik yurd" mənasında işlənən koş (>xoş) sözü ilə[5] və "heyvanların salındığı yer", "şəhər, qala divarları"[6], "tövlə", "yaşayış məntəqəsinin (aulun) yaxınlığında axşamlar qoyunların salındığı yer"[7], "heyvanların salındığı yer, "şəhər qala divarları"[6] mənasında işlənən kotan sözünün birləşməsindən əmələ gəlib, "qoyunların saxlandığı yer, yurd yaxınlığında olan kənd" mənası ifadə edir. "Kotan" sözü türk dillərində kutan formasında "xutor, köçəri çobanların dağdakı otlağı" mənasında işlənir[8]. Təsviri toponimdir. Quruluşca mürəkkəb toponimdir. Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 25.l.1978-ci il fərmanı ilə adı dəyişdmlib Voskevan qoyulmuşdur. Əsli Koş=Kutan. Türk dillərində koş-"köçəbə" və kutan "tövlə" sözlərindən ibarətdir. 1727-ci ildə Dağlıq Qarabağda Xoş=Əndam, Xoş=tan, Köş=tək kənd adları ilə mə’naca eynidir.

  1. Հայաստանի 2011 թ. մարդահամարի արդյունքները (erm.).
  2. "Mövqelərimiz atəşə tutulub" (az.). news.lent.az. 13-04-2013. İstifadə tarixi: 2015-10-26.[ölü keçid]
  3. Пагирев Д.Д. Алфавитный указатель к пятиверстной карте Кавказа. Тифлис,. 1913.
  4. Радлов В.В. Опыт словаря тюркских наречий. тт. I-IV.
  5. Радлов В.В. Опыт словарья тюркских наречий, т. II, ч.1, СПб, 1899. s.636
  6. 1 2 Мурзаев Э.М. Словарь народных географических терминов, М., "Мысль", 1984. s.295, 296
  7. Радлов В.В. Опыт словарья тюркских наречий, т. II, ч.1, СПб, 1899. s.606–607
  8. Мурзаев Э.М. Словарь народных географических терминов, М., "Мысль", 1984. s.323