40°37′12″ şm. e. 43°57′00″ ş. u.HGYO

Ərtik rayonu

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Rayon
Ərtik rayonu

40°37′12″ şm. e. 43°57′00″ ş. u.HGYO


İnzibati mərkəz Ərtik
Tarixi və coğrafiyası
Yaradılıb 09.09.1930
Ləğv edilib 11 aprel 1995
Sahəsi
  • 533 km²
Əhalisi
Əhalisi 33 665[1] (1989) nəfər
Ərtik rayonu xəritədə

Ərtik rayonuQərbi Azərbaycanın (indiki Ermənistan Respublikası) Şörəyel mahalı ərazisində inzibati–ərazi vahidi. Rayon mərkəzi Ərtik şəhəridir.

Ərtik rayonu 1930-cu il sentyabrın 9-da yaradılıb. Ərazisi 632 kv km-dir. Rayon mərkəzi respublika tabeli Ərtik şəhəridir. Rayon mərkəzindən İrəvan şəhərinə olan məsafə 122 km-dir.

Ərtik şəhəri yaxınlığında e.ə. XIV-XI əsrlərə aid katakombalar aşkar edilib. Alagöz dağının böyük bir hissəsi və ən hündür zirvəsi (h. 4095 m) Ərtik rayonunun, digər hissələri isə DüzkəndTalin rayonu ərazisinə düşür.

Ermənistan SSR Ali Soveti Rəyasət heyətinin müxtəlif fərmanları ilə rayon üzrə dəyişdirilmiş tarixi yer adları:

Qədim türk adı İndiki adı Dəyişdirilmə tarixi
Böyük Arixvəli Medz Mantaş 03.01.1935
Kiçik Arıxvəli Pokr Mantaş 03.01.1935
Haçakilsə Paros 03.01.1935
Paros Nahabedavan 30.01.1961
Kaftarlı Panik 01.06.1940
İmirxan Getapi 01.06.1940
Qasıməli Pemzaşen 02.03.1940
Mahmudcuq Nor Qaynk 01.06.1940
Məscidli Tufaşen 31.05.1946
Armudlu Saralac 31.05.1946
Gözəldərə Gehadzor 05.07.1946
Gözəldərə Gehadir 31.05.1946
Qazançı Meğraşen 31.05.1946
Qıpçaq Ariç 31.05.1946
Qırxdəyirman Xnaberd 15.07.1946
Qulucan Spandaryan 31.05.1946
Səngürlü Hayrenyats 31.05.1946
Tomardaş Vardakar 31.05.1946
Gölqat Gehanist 15.07.1946
Kütniqışlaq Hovtaşen 15.07.1946
Yekənlər Arevşat 15.07.1946
Sarıbaş Haykasar 15.07.1946
Talıboğlu Lusakert 15.07.1946
Şirvancıq Lernakert 15.07.1946
Kiçik Pəri Anuşavan 07.05.1969

Coğrafi mövqeyi

[redaktə | mənbəni redaktə et]
  1. "Всесоюзная перепись населения 1989 г. Численность населения союзных республик СССР и их территориальных единиц по полу: Армянская ССР (по переписи 1989 года) — Еженедельная демографическая газета Демоскоп Weekly". Archived from the original on 2014-12-22. İstifadə tarixi: 29 iyul 2015..

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]