Uzunoba (Sərdarabad)
Kənd | |
Uzunoba | |
---|---|
40°03′39″ şm. e. 44°05′43″ ş. u.HGYO | |
Ölkə | Ermənistan |
Region | Sərdarabad mahalı |
Rayon | Sərdarabad rayonu |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 830 m |
Saat qurşağı | UTC+4 |
Əhalisi | |
Əhalisi |
|
Rəsmi dili | |
Uzunoba — İrəvan quberniyasının Eçmiədzin qəzasında, indiki Sərdarabad (Oktemberyan) rayonunda kənd.[2]
Tarixi
[redaktə | mənbəni redaktə et]Rayon mərkəzindən 10 km cənub-şərqdə, Araz çayının sol sahilində yerləşir. 1728-ci il tarixdə tərtib edilmiş «İrəvan əyalətinin icmal dəftəri»ndə[3], Qafqazın 5 verstlik xəritəsində[4] qeyd edilmişdir.
Toponim Azərbaycan dilində «geniş, böyük» mənasında işlənən uzun sözü ilə «kənd, yaşayış məntəqəsi, yurd», «köçərilərin, heyvandarların müvəqqəti sakin olduqları bir neçə alaçıq və ya çadırdan ibarət yer, köç yeri»[5] mənasında işlənən oba sözünün birləşməsindən əmələ gəlib «böyük, geniş kənd» mənasını ifadə edir. Oba sözü türk dilində «tayfa», «köç ailəsi», «tayfanın yaşadığı yer» mənasında işlənir[6].
Relyeflə bağlı yaranan toponimdir. Quruluşca mürəkkəb toponimdir.
Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 10.IV.1947-ci il fərmanı ilə adı dəyişdirilib Arqavand qoyulmuşdur.
Əhalisi
[redaktə | mənbəni redaktə et]İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Հայաստանի 2011 թ. մարդահամարի արդյունքները (erm.).
- ↑ PDF versiyası. // Qərbi Azərbaycanın türk mənşəli toponimləri. Müəllifi: İ. M. Bayramov; Redaktorları: B. Ə. Budaqov, H. İ. Mirzəyev, S. A. Məmmədov. Bakı: "Elm" nəşriyyatı, 2002, 696 səh. ISBN 5-8066-1452-2
- ↑ İrəvan əyalətinin icmal dəftəri (araşdırma, tərcümə, qeyd və əlavələrin müəllifləri: Z.Bünyatov və H.Məmmədov (Qaramanlı), Bakı, «Elm», 1996. s.93
- ↑ Д. Д. Пагиревь. Алфавитный указатель кь пятиверстной картѣ Кавказскaго края, изданiя Кавказскaго Военно–Топографическaго Отдѣла. Записки Кавказскаго отдѣла Императорскаго Русскаго Географическаго общества. Книжка XXX. Тифлись: Типографія К. П. Козловскаго, 1913. s.251
- ↑ Azərbaycan dilinin izahlı lüğəti, III c., Bakı, «Elm», 1983. s.431
- ↑ Севортян Э.В. Этимологический словарь тюркских языков (Общетюркские и межтюркские основы на гласные), М., «Наука», 1974. s.400