40°12′46″ şm. e. 44°47′06″ ş. u.HGYO

Tutiya

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Kənd
Tutiya
40°12′46″ şm. e. 44°47′06″ ş. u.HGYO
Ölkə  Ermənistan
Region Qırxbulaq mahalı
Rayon Ellər rayonu
Tarixi və coğrafiyası
Saat qurşağı UTC+4
Xəritəni göstər/gizlə
Tutiya xəritədə
Tutiya
Tutiya

Tutiyaİrəvan quberniyasının İrəvan qəzasında, indiki Ellər (Kotayk, Abovyan) rayonunda kənd.[1]

Rayon mərkəzindən 14 km cənub-şərqdə yerləşir. 1728-ci il tarixli «İrəvan əyalətinin icmal dətəri»ndə[2], Qafqazın 5 verstlik xəritəsində[3] qeyd edilmişdir.

Toponim, bizcə, oğuzların üç-ox qolunun başında duran Dad bəy adlı İshaq oğlu Tuti (Dudu) şəxs adına[4] iyyə şəkilçisinin artırılması ilə əmələ gəlmişdir. Antropotoponimdir. Quruluşca düzəltmə toponimdir.

Erm. SSR AS RH-nin 21. VI. 1948-ci il fərmanı ilə adı dəyişdirilib Saranist qoyulmuşdur.

Kənddə 1831-ci ildə 36 nəfər, 1873 - cü ildə 280 nəfər, 1886-cı ildə 449 nəfər, 1897-ci ildə 568 nəfər, 1904 - cü ildə 493 nəfər, 1914 - cü ildə 554 nəfər, 1916-cı ildə 424 nəfər azərbaycanlı yaşamışdır[5].

1918-ci ildə azərbaycanlılar ermənilərin təcavüzünə məruz qalaraq deportasiya olunmuş və kənd xarabalığa çevrilmişdir. 1923-1925-cı illərdə burada xaricdən köçürülən ermənilər yerləşdirilmişdir.

İndi ermənilər yaşayır.

  1. PDF versiyası. // Qərbi Azərbaycanın türk mənşəli toponimləri. Müəllifi: İ. M. Bayramov; Redaktorları: B. Ə. Budaqov, H. İ. Mirzəyev, S. A. Məmmədov. Bakı: "Elm" nəşriyyatı, 2002, 696 səh. ISBN 5-8066-1452-2
  2. İrəvan əyalətinin icmal dəftəri (araşdırma, tərcümə, qeyd və əlavələrin müəllifləri: Z.Bünyatov və H.Məmmədov (Qaramanlı), Bakı, «Elm», 1996. s.80
  3. Д. Д. Пагиревь. Алфавитный указатель кь пятиверстной картѣ Кавказскaго края, изданiя Кавказскaго Военно–Топографическaго Отдѣла. Записки Кавказскаго отдѣла Императорскаго Русскаго Географическаго общества. Книжка XXX. Тифлись: Типографія К. П. Козловскаго, 1913. s.249
  4. Д. Д. Пагиревь. Алфавитный указатель кь пятиверстной картѣ Кавказскaго края, изданiя Кавказскaго Военно–Топографическaго Отдѣла. Записки Кавказскаго отдѣла Императорскаго Русскаго Географическаго общества. Книжка XXX. Тифлись: Типографія К. П. Козловскаго, 1913. s.126
  5. erm. Խորհրդային Հայաստանի բնակչությունը վերջին հարյուրամյակում (1831-1931) Arxivləşdirilib 2020-09-24 at the Wayback Machine. Հեղինակ: Զավեն Կորկոտյան. Յերեվան: Մելքոնյան ֆոնդի հրատ, 1932.; rus. Население Советской Армении за последние сто лет (1831-1931) Arxivləşdirilib 2016-02-29 at the Wayback Machine. Автор: Завен Коркотян. Ереван: Издательство «Мелконян фонд», 1932.; azərb. Son yüzildə Sovet Ermənistanının əhalisi (1831–1931). Müəllif: Zaven Korkotyan. İrəvan: «Melkonyan fond» nəşriyyatı, 1932. s.44-45, 124-125