Tərlan Əhmədov
Tərlan Əhmədov | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
Ümumi məlumatlar | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Tam adı | Tərlan Musa oğlu Əhmədov | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Doğum tarixi | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Doğum yeri | Əli Bayramlı, Azərbaycan SSR, SSRİ | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Vətəndaşlığı | Azərbaycan | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Boyu | 184 sm | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Çəkisi | 76 kq | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Mövqeyi |
müdafiəçi yarımmüdafiəçi |
||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Karyerası | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
|
|||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
|
Tərlan Musa oğlu Əhmədov (d. 17 noyabr 1971, Əli Bayramlı) — azərbaycanlı futbolçu, məşqçi. Futbolçu karyerasında müdafiəçi, hücumçu mövqelərində çıxış etmişdir. "SSRİ"-nin yeniyetmələrdən ibarət yığma komandası ilə futbol üzrə Avropa çempionu.
Bioqrafiya
[redaktə | mənbəni redaktə et]Azərbaycanın "Termist" (Bakı), "Neftçi" (Bakı), "Turan" (Tovuz), "Qarabağ" (Ağdam), "Şəfa" (Bakı) klublarında oynayıb.
90-cı illərdə Rusiyanın Terek (Qroznı), Anji (Mahaçqala) klublarında çıxış etmişdir.
2000-ci ildə Qurban Qurbanovun oynadığı "Fakel" (Voronej) klubuna keçid edir, lakin yeni klubda problemlər yaşayır və mövsüm ərzində klubdan ayrılır.[1]
2000/01 mövsümünü "Neftçi"də keçirir. 18 oktyabr 2001-ci ildə komandanın baş məşqçisi Kazbek Tuayev ilə aralarında yaşanan münaqişə səbəbindən "Neftçi"dən qovulur. Daha sonra "Şəfa" klubunda oynamağa başlayır.
2002/03 mövsümündə Azərbaycanda oynaya bilmədiyi üçün İranın yüksək liqa komandası "İstiqlal"ın dəvətini qəbul etdi. 2003-cü ildə "Volın" (Lutsk) klubuna keçid etdi və bu klubda mövsüm boyunca Ukraynanın yüksək liqasında 22 matç keçirmişdir. Tərlan Əhmədov "Volın"da Kamal Quliyev və Fərrux İsmayılov ilə birlikdə çıxış etmişdir.
2004-cü ildə "Volın" ilə müqaviləsi bitdikdən sonra yenidən Azərbaycana — "Qarabağ-Azərsun" klubuna qayıtdı.
2004–2006-cı illərdə "Karvan" (Yevlax) komandasında oynamışdır.[2] Kluba Azərbaycan çempionatında mükafat alması üçün iki mövsüm ard-arda kömək etmişdir.
2006–2009-cu illərdə baş məşqçi Əsgər Abdullayevin dəvəti ilə Azərbaycan Premyer Liqasının "Olimpik-Şüvəlan" klubunda oynamış, komandanın kapitanı olmuşdur.
2008-ci ildə, hələ futbolçu olarkən B kateqoriyasında məşqçilik lisenziyası almışdır.
2009-cu ildə futbolçu karyerasını bitirməyə qərar verərək məşqçiliyə başladı[3].
2009-cu ilin iyun ayından "Xəzər-Lənkəran" klubunun baş məşqçisi Ağasəlim Mircavadovun köməkçisi vəzifəsində çalışıb. 2009/10 mövsümünün sonunda ailə səbəbləri ilə əlaqədar klubdan ayrıldı.
2011-ci ildə "Neftçi" (Bakı) klubunda baş məşqçinin köməkçisi kimi işləmişdir[4].
Azərbaycan millisi
[redaktə | mənbəni redaktə et]1992–2005-ci illər arasında Azərbaycan milli futbol komandasında çıxış etmiş və 75 oyun keçirmişdir. Milli komandada ilk oyununu 19 sentyabr 2002-ci ildə Gürcüstan milli futbol komandasına qarşı oynayıb.
Milli komandada son görüşünü 7 sentyabr 2005-ci ildə Avstriya milli futbol komandasına qarşı dünya çempionatının seçmə oyununda keçirib.
Dəfələrlə milli komandanın kapitanı təyin edilmişdir və kapitan sarğısını ən çox qoluna taxmış futbolçulardan biridir.
Nailiyyətləri
[redaktə | mənbəni redaktə et]Şəxsi
[redaktə | mənbəni redaktə et]- "Azərbaycanda ilin futbolçusu" (1): 1999 (Futbol+ qəzetinin nəticələrinə əsasən[5])
Komanda
[redaktə | mənbəni redaktə et]Çempionat
[redaktə | mənbəni redaktə et]- Azərbaycan çempionatının gümüş medal mükafatçısı: 1993/94 ("Qarabağ"), 2005/06 ("Karvan"), 2007/08 ("Olimpik")
- Azərbaycan çempionatının bürünc medal mükafatçısı: 1992 ("Turan"), 1998/99, 1999/2000 ("Neftçi"), 2004/05 ("Karvan")
Kubok
[redaktə | mənbəni redaktə et]- Azərbaycan Kubokunun qalibi: 1993 ("Qarabağ")
Milli
[redaktə | mənbəni redaktə et]- Avropa çempionu: 1990 (SSRİ U-18)
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ "Факел" и его легионеры Arxivləşdirilib 2013-12-02 at the Wayback Machine (rus.)
- ↑ Тарлан Ахмедов после завершения карьеры хочет открыть футбольную школу Arxiv surəti 23 sentyabr 2015 tarixindən Wayback Machine saytında Arxivləşdirilib 2015-09-23 at the Wayback Machine (rus.)
- ↑ Tərlan Əhmədov futbolçu karyerasını başa vurdu Arxiv surəti 3 dekabr 2013 tarixindən Wayback Machine saytında Arxivləşdirilib 2013-12-03 at the Wayback Machine
- ↑ Беюкага Гаджиев назначен на пост главного тренера "Нефтчи" [ölü keçid] (rus.)
- ↑ "Futbol+" 2006-nın ən yaxşılarını seçir Arxiv surəti 6 iyul 2011 tarixindən Wayback Machine saytında Arxivləşdirilib 2011-07-06 at the Wayback Machine
Xarici keçidlər
[redaktə | mənbəni redaktə et]- Yaşayan insanlar
- 17 noyabrda doğulanlar
- 1971-ci ildə doğulanlar
- Əlifba sırasına görə futbolçular
- Əlifba sırasına görə futbol məşqçiləri
- SSRİ futbolçuları
- Şəfa FK oyunçuları
- Azərbaycan futbol məşqçiləri
- Neftçi PFK məşqçiləri
- Azərbaycan futbolçuları
- Azərbaycan milli futbol komandasının oyunçuları
- Neftçi PFK oyunçuları
- Qarabağ FK oyunçuları
- Turan Tovuz PFK oyunçuları
- Karvan İK oyunçuları
- İstiqlal FK oyunçuları
- AZAL Bakı PFK oyunçuları
- Legioner Azərbaycan futbolçuları
- Azərbaycanın kişi futbolçuları