Qurban Qurbanov
Qurban Qurbanov | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
Ümumi məlumatlar | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Tam adı | Qurban Osman oğlu Qurbanov | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Ləqəbi | Xan[1][2] | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Doğum tarixi | 13 aprel 1972[3][4] (52 yaş) | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Doğum yeri | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Vətəndaşlığı |
SSRİ Azərbaycan |
|||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Boyu | 176 sm | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Mövqeyi | Hücumçu | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Klub haqqında məlumat | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Klub | Qarabağ | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Vəzifəsi | Baş məşqçi | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Karyerası | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
|
||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Təltif və medalları | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
|
||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
İmzası | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
|
||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Vikianbarda əlaqəli mediafayllar |
Qurban Osman oğlu Qurbanov (13 aprel 1972[3][4], Aşağı Tala, Zaqatala rayonu) — Azərbaycan futbol mütəxəssisi, keçmiş Azərbaycan futbolçusu, əməkdar məşqçi. Futbolçu kimi hücumçu mövqeyində oynamışdır. 2017–2018 illər arasında Azərbaycan millisinin baş məşqçisi olmuşdur.[6]
Futbolçu karyerası ərzində Azərbaycanın "Daşqın" Zaqatala, "Turan" Tovuz, "Kür-Nur" Mingəçevir, "Neftçi" Bakı, "İnter" Bakı, Gürcüstanın "Alazani" və Rusiyanın "Dinamo" Stavropol, "Fakel" Voronej, "Baltika" Kalininqrad, "Volqar" Həştərxan klublarında çıxış edib. Dörd dəfə Azərbaycan Premyer Liqasının, bir dəfə Azərbaycan Kubokunun qalibi, bir dəfə ölkə çempionatının bombardiri olub.
1992–2005-ci illər ərzində Azərbaycan milli futbol komandasının heyətində 68 oyun keçirib və 14 qol vurub. Milli komandanın bombardiridir. 2006-cı ildə futbolçu karyerasını başa vurub və həmin il Bakının "İnter" klubunun idman direktoru vəzifəsində çalışıb. 2006–2008-ci illərdə "Neftçi" klubunda baş məşqçi və idman direktoru vəzifələrini tutub. 2008-ci ildən indiyə kimi "Qarabağ" klubunun baş məşqçisidir. "Qarabağ" klubu ilə iki dəfə Azərbaycan Kubokunun qalibi olub, iki dəfə Azərbaycan Çempionatının qızıl, bir dəfə gümüş, iki dəfə isə bürünc medalını qazanıb. Qurbanovun rəhbərliyi altında "Qarabağ" ilk dəfə 2014/2015 mövsümündə UEFA Avropa Liqasının qrup mərhələsində oynamaq hüququ əldə edib.
Həyatı
[redaktə | mənbəni redaktə et]Qurban Qurbanov 13 aprel 1972-ci ildə Zaqatala rayonunun Aşağı Tala kəndində fəhlə ailəsində anadan olub.[7][8] Üç bacısı, iki qardaşı olan Qurban, valideynlərinin sonuncu övladıdır.[8]
Orta təhsilini Aşağı Tala kəndində alıb. 1979-cu ildən birinci sinfə Aşağı Tala 5 saylı səkkiz illik məktəbdə başlayıb, son iki sinfi 3 saylı orta məktəbdə davam edib.[9]
Uşaq vaxtlarından futbolla məşğul olub. 9-cu sinifdə oxuyarkən məşqçi Şaban Şirdanov onu "Daşqın" Zaqatala klubuna gətirib. 9-cu sinfi bitirəndə həmin klubda əsas heyətdə oynamağa başlayıb.
1989-cu ildə atası vəfat edib.[8] 2000-ci ildə ailə həyatı qurub.[10] Musa və Zəhra adında 2 övladı var.[8] Musa "Qarabağ" futbol klubunun və Azərbaycanın U-19 millisinin oyunçusudur.[11] Qardaşı Musa Qurbanov da peşəkar futbolçudur.[12]
Futbolçu karyerası
[redaktə | mənbəni redaktə et]Klub karyerası
[redaktə | mənbəni redaktə et]1990-cı illər
[redaktə | mənbəni redaktə et]Futbolun sirlərinə "Daşqın" Zaqatala komandasında yiyələnib. 1990–1991-ci illərdə "Daşqın" komandasında 63 oyun keçirib və 23 qol vurub. 1991/92 mövsümündə Gürcüstanın "Alazani" klubunda çıxış edib. Bu klubda 17 oyunda meydana çıxıb və 4 qol vurub.
1992–1993-cü illərdə yenidən "Daşqın" klubunda çıxış edib. 1992-ci ildə "Daşqın"ın heyətində 23 oyuna çıxıb və 13 dəfə fərqlənib[13]. 1993 mövsümündə isə 16 oyun keçirib və 11 dəfə fərqlənib[14]. 1993-cü ildə "Turan"a transfer olunub[8]. 1993/94 mövsümündə Turanda 29 oyunda meydana çıxıb və 9 qol vurub[15]. Həmin mövsüm Qurban Qurbanov "Turan"ın heyətində Azərbaycan çempionu olub[16][17]. Bu, onun futbolçu karyerasındakı ilk titul olub. Qurban Qurbanov 1994/95 mövsümündə isə 10 oyunda meydana çıxaraq 3 qol vurub[18]. 1994/95 mövsümünü Qurban Qurbanov "Turan" komandası ilə birlikdə gümüş medallar qazanaraq tamamlayıb[19].
1995/96 mövsümündə 1-ci dövrəni "Turan"da keçirmişdir. Həmin mövsümün 2-ci dövrəsində Mingəçevirin "Kür-Nur" klubunda çıxış edib. "Kür-Nur"da 12 oyun keçirib və 4 qol vurub. 1996-cı ildə "Neftçi" klubuna transfer olunub. 1996/97 mövsümündə "Neftçi"nin heyətində 30 oyuna 34 qol vuraraq Azərbaycan çempionatının bombardiri olub[20].
UEFA Kuboku 1996/1997 mövsümündə Bolqarıstanın "Lokomotiv" Sofiya klubu ilə birinci təsnifat mərhələsinin oyunlarında 17 iyul 1996-cı ildə keçirilən ev və 24 iyulda keçirilən səfər qarşılaşmasında "Neftçi"nin heyətində oyunu əvəzolunmadan keçirib. İki oyunun nəticəsinə görə 2–7 (2–1, 0–6) hesabı ilə uduzan Neftçi mübarizəni dayandırıb[21][22].
1997/1998 mövsümündə 13 oyun keçirib və 9 qol vurub[23]. 1997/98 mövsümündə "Neftçi"nin heyətində UEFA Çempionlar Liqasının oyunlarında meydana çıxıb. 23 iyul 1997-ci ildə Polşanın "Vidzev" klubu ilə ev oyununu əvəzolunmadan keçirib, bu oyunda "Neftçi" 0–2 hesabı ilə məğlub olub[24]. Bir həftə sonra 30 iyulda keçirilən səfər qarşılaşmasında da əsas heyətdə meydana çıxıb, bu oyunda Qurbanov 51-ci dəqiqədə sarı vərəqə ilə cəzalanıb və 81-ci dəqiqədə Xaqani Məmmədovla əvəzlənib. Bu oyunda "Neftçi" 8–0 hesabı ilə məğlub olub[25]. İki oyunun nəticəsinə görə "Neftçi" mübarizəni dayandırıb. "Neftçi" klubunda 1996–1998-ci illərdə 43 oyun keçirib və 43 qol vurub.
1998-ci ilin yanvarında Rusiyanın "Dinamo" Stavropol klubu ilə müqavilə imzalayıb. 1999-cu ilin qışında, müqavilə şərtlərinin yerinə yetirilməməsi səbəbindən klubdan ayrılıb. "Dinamo"da 36 oyunda meydana çıxıb və 17 qol vurub.
1999-cu ildə 1-ci dövrədə "Baltika" Kalininqrad klubunda çıxış edib (müqavilə şərtlərinin yerinə yetirilməməsi səbəbindən yenidən komandadan ayrılıb[26]). "Baltika" klubunda 14 oyun keçirib və 1 qol vurub. 2-ci dövrədən isə "Fakel" Voronej klubunda oynayıb və bu kluba yüksək liqaya çıxmasına kömək edib. Qurbanov bu müddət ərzində "Fakel" klubunda 12 oyuna 8 qol vurub.
2000-ci illər
[redaktə | mənbəni redaktə et]Qurban Qurbanov 2000–2001-ci illərdə Rusiyanın "Fakel" Voronej klubunda çıxış edib, 25 oyun keçirib və 2 qol vurub. Lakin "Fakel"dəki sonrakı karyerasını aldığı bir sıra zədələr səbəbindən davam etdirə bilməyib.
2001-ci ildə Qurbanov yenidən Azərbaycanın "Neftçi" Bakı klubuna transfer olunub. UEFA Kuboku 2001/2002 mövsümündə "Neftçi"nin heyətində çıxış edib. 9 avqust 2001-ci ildə Sloveniyanın "ND Qoriça" klubu ilə keçirilən ev oyununu əvəzolunmadan keçirib, bu oyun 0–0 hesabı ilə başa çatıb[27]. 23 avqust 2000-ci ildə səfər oyununda da 90 dəqiqə meydanda olub. Qurban Qurbanov oyunun ikinci hissəsinə əlavə olunmuş 2-ci dəqiqəsində qırmızı vərəqə alaraq meydandan qovulub. Bu oyunda "Neftçi" 1–0 hesabı ilə uduzaraq mübarizəni dayandırıb[28]. 2001–2002-ci illərdə "Neftçi"nin heyətində 14 oyun keçirib və 9 qol vurub[29].
2002-ci ildə yenidən "Fakel" Voronej klubunda çıxış edib, 28 oyunda meydana çıxıb və 7 qol vurub. 2003-cü ildə digər Rusiya klubuna, "Volqar-Qazprom"a keçib. Bu klubda 21 oyun keçirib və qol vurmayıb.
2003-cü ildə yenidən "Neftçi" klubuna qayıdıb. 9 may 2004-cü ildə Azərbaycan Kubokunun finalında "Şəmkir" ilə qarşılaşmada "Neftçi"nin heyətində meydana çıxıb, bu oyunda "Neftçi" 1–0 hesabı ilə qələbə qazanaraq kuboka sahib çıxıb.[30] 2003/04 mövsümündə Neftçinin heyətində 4 oyun keçirib və 4 qol vurub[31].
21 iyul 2004-cü ildə UEFA Çempionlar Liqasının ilkin təsnifat mərhələsinin cavab oyununda Bosniya və Herseqovinanın "Şiroki Briyeg" klubu ilə qarşılaşmada kapitan kimi meydana çıxıb. "Neftçi" 1–0 hesabı ilə qələbə qazanıb, iki oyunun nəticəsinə görə "Neftçi" növbəti mərhələyə çıxıb[32]. İkinci təsnifat mərhələsində "Neftçi"nin rəqibi Rusiyanın "ÇSKA" Moskva klubu olub. 27 iyul 2004-cü ildə keçirilən və 0–0 hesabı ilə başa çatan ilk oyunda Qurban Qurbanov sonadək meydanda olub[33]. 4 avqust 2004-cü ildə cavab qarşılaşmasında da "Neftçi"nin heyətində meydana çıxıb. Bu oyunda "Neftçi" 2–0 hesabı ilə məğlub olaraq mübarizəni dayandırıb[34]. 2004/05 mövsümündə Neftçinin heyətində 23 oyun keçirib və 10 qol vurub[35].
11 sentyabrda "Gənclərbirliyi" Sumqayıt klubu ilə 4-cü tur oyununda 10-cu və 65-ci dəqiqədə iki qol vuraraq dubl edib. Oyun 3–0 hesabı ilə "Neftçi"nin xeyrinə başa çatıb[36]. 16 oktyabr 2004-cü ildə çempionatın 7-ci turunda "MKT-Araz" klubu ilə oyunda 36-cı dəqiqədə oyunda ilk qolu vurub, oyun 0–1 hesabı ilə "Neftçi"nin xeyrinə başa çatıb[36]. Azərbaycan çempionatının 28-ci turunda MOİK klubu ilə qarşılaşmada 85-ci dəqiqədə qol vuraraq hesabı açıb, oyun bu hesabla başa çatıb[36]. 25 aprel 2005-ci ildə "Şahdağ Samur" klubu ilə oyunda 86-cı dəqiqədə oyunda yeganə qolu vurub[36]. 20 may 2005-ci ildə ölkə çempionatının 33-cü turunda "Turan" Tovuz klubu ilə qarşılaşmada 85-ci dəqiqədə qol vuraraq hesabı 2–1 edib və komandasına qələbə qazandırıb[36].
2005-ci ildə "Neftçi" klubundan ayrılaraq "İnter" klubuna keçib.
21 avqust 2005-ci ildə Azərbaycan çempionatının 2005/06 mövsümünün ikinci turunda "Karvan"la oyunda 30-cu dəqiqədə 11 metrlik cərimə zərbəsindən qol vuraraq hesabı 1–1 edib, oyun 2–1 hesabı ilə "İnter"in xeyrinə başa çatıb[37]. Bu qol Qurbanovun "İnter" karyerasında yeganə qolu olub. Qurban Qurbanov "İnter"də cəmi 3 oyun keçirib.
Qurban Qurbanov futbolçu karyerasını 2005-ci ilin payızında — 33 yaşında bitirib[7]. 2005-ci ilin noyabrında Qurbanovun vida oyunu keçirilib. Bu oyunda Azərbaycan milliləri və Azərbaycan Premyer Liqasının legionerləri iştirak ediblər[38].
Statistika
[redaktə | mənbəni redaktə et]Klub | Çempionat | Mövsüm | Liqa | Kubok | Avropa | Cəmi | ||||
---|---|---|---|---|---|---|---|---|---|---|
Oyun | Qol | Oyun | Qol | Oyun | Qol | Oyun | Qol | |||
Daşqın Zaqatala | Sovet İkinci Liqası | 1990–91 | ? | ? | ? | ? | 0 | 0 | 63 | 23 |
Cəmi | ? | ? | ? | ? | 0 | 0 | 63 | 23 | ||
Alazani | Umaqlasi Liqa | 1991–92 | ? | ? | ? | ? | 0 | 0 | 17 | 4 |
Cəmi | ? | ? | ? | ? | 0 | 0 | 17 | 4 | ||
Daşqın Zaqatala | Azərbaycan Çempionatı | 1992 | 23 | 13 | 0 | 0 | 0 | 0 | 23 | 13 |
1993 | ? | ? | ? | ? | 0 | 0 | 16 | 11 | ||
Cəmi | ? | ? | ? | ? | 0 | 0 | 39 | 24 | ||
Turan Tovuz | Azərbaycan çempionatı | 1993–94 | ? | ? | ? | ? | 0 | 0 | 29 | 9 |
1994–95 | ? | ? | ? | ? | 0 | 0 | 10 | 3 | ||
1996 | ? | ? | ? | ? | 0 | 0 | 15 | 8 | ||
Cəmi | ? | ? | ? | ? | 0 | 0 | 54 | 20 | ||
Kür-Nur Mingəçevir | Azərbaycan çempionatı | 1995–96 | ? | ? | ? | ? | 0 | 0 | 12 | 4 |
Cəmi | ? | ? | ? | ? | 0 | 0 | 12 | 4 | ||
Neftçi Bakı | Azərbaycan çempionatı | 1996–97 | ? | ? | ? | ? | 1 | 0 | 30 | 34 |
1997–98 | ? | ? | ? | ? | 2 | 0 | 13 | 9 | ||
Cəmi | ? | ? | ? | ? | 3 | 0 | 43 | 43 | ||
Dinamo Stavropol | Rusiya çempionatı | 1998 | ? | ? | ? | ? | ? | ? | 36 | 17 |
Cəmi | ? | ? | ? | ? | ? | ? | 36 | 17 | ||
Baltika Kalininqrad | Rusiya çempionatı | 1999 | ? | ? | ? | ? | ? | ? | 14 | 1 |
Cəmi | ? | ? | ? | ? | ? | ? | 14 | 1 | ||
Fakel (Voronej) | Rusiya çempionatı | 1999 | ? | ? | ? | ? | ? | ? | 12 | 8 |
2000 | ? | ? | ? | ? | ? | ? | 16 | 1 | ||
2001 | ? | ? | ? | ? | ? | ? | 9 | 1 | ||
Cəmi | ? | ? | ? | ? | ? | ? | 37 | 10 | ||
Neftçi Bakı | Azərbaycan çempionatı | 2001–02 | ? | ? | ? | ? | 2 | 0 | 14 | 9 |
Cəmi | ? | ? | ? | ? | 2 | 0 | 14 | 9 | ||
Fakel Voronej | Rusiya çempionatı | 2002 | ? | ? | ? | ? | ? | ? | 28 | 7 |
Cəmi | ? | ? | ? | ? | ? | ? | 28 | 7 | ||
Volqar-Qazprom Həştərxan | Rusiya çempionatı | 2003 | ? | ? | ? | ? | ? | ? | 21 | 0 |
Cəmi | ? | ? | ? | ? | ? | ? | 21 | 0 | ||
Neftçi Bakı | Azərbaycan çempionatı | 2003–04 | ? | ? | ? | ? | ? | ? | 4 | 4 |
2004–05 | ? | ? | ? | ? | 3 | 0 | 23 | 10 | ||
Cəmi | ? | ? | ? | ? | ? | ? | 27 | 14 | ||
İnter Bakı | Azərbaycan çempionatı | 2005–06 | 3 | 1 | 0 | 0 | 0 | 0 | 3 | 1 |
Cəmi | 3 | 1 | 0 | 0 | 0 | 0 | 3 | 1 | ||
Cəmi | SSRİ | ? | ? | ? | ? | ? | ? | 63 | 23 | |
Gürcüstan | ? | ? | ? | ? | ? | ? | 17 | 4 | ||
Azərbaycan | ? | ? | ? | ? | ? | ? | 182 | 115 | ||
Rusiya | ? | ? | ? | ? | ? | ? | 136 | 35 | ||
Karyera cəmi | ? | ? | ? | ? | ? | ? | 398 | 177 |
Milli komanda karyerası
[redaktə | mənbəni redaktə et]17 iyul 1992-ci ildə Azərbaycan milli futbol komandasının ilk oyununda meydana çıxıb[39]. Gürcüstan milli futbol komandası ilə qarşılaşmada 46-cı dəqiqədə Musa Qurbanovu əvəz edərək meydana daxil olub[40].
8 iyun 1993-cü ildə EKO Kuboku turnirində Qazaxıstanla qarşılaşmada 10-cu dəqiqədə hesabı açıb və 25-ci dəqiqədə 2-ci qolu vuraraq hesabı 1–2 edib. Oyun 3–3 hesabı ilə başa çatıb. Bu Qurban Qurbanovun milli komanda karyerasında ilk qolu və ilk dublu idi[41].
UEFA Avropa Kuboku 1996-ın seçmə mərhələsində 11 oktyabr 1995-ci ildə İsraillə səfər və 15 noyabr 1995-ci ildə Polşa ilə ev oyunlarında meydana çıxıb. İsraillə oyunda 70-ci dəqiqədə, Polşa ilə oyunda isə 69-cu dəqiqədə Vidadi Rzayevi əvəz edərək meydana daxil olub[42][43].
Qurban Qurbanov Azərbaycan millisinin heyətində FİFA Dünya Kuboku 1998-in seçmə mərhələsində də iştirak edib. 7 oyunda meydana çıxıb, qol vurmayıb[44].
2000-ci il Avropa çempionatının seçmə mərhələ oyunlarında da milli komandanın heyətində meydana çıxıb. 5 iyun 1999-cu ildə Bakıda Lixtenşteyn komandası ilə oyunda 16-cı dəqiqədə hesabı açıb, oyun 4–0 hesabı ilə Azərbaycan millisinin xeyrinə başa çatıb[45]. Bu qol Qurbanovun seçmə mərhələdə yeganə qolu olub. Cəmi 7 oyuna çıxıb[44].
2000-ci ilin fevral ayında Albaniyada keçirilən Rothmans Turnirində millinin heyətində Albaniya və Andorra millilərinə qarşı oyunlarda çıxıb[46][47].
2002-ci il Dünya çempionatının seçmə mərhələsində 3 oyunda meydana çıxıb və qol vurmayıb[44].
UEFA Avropa Kuboku 2004-ün seçmə oyunlarında da meydana çıxıb. 12 fevral 2003-cü ildə Podqoritsada Serbiya və Monteneqro milli futbol komandası ilə oyunda 2–0 Azərbaycan millisi uduzarkən 57-ci və 78-ci dəqiqələrdə iki qol vuraraq hesabı 2–2 edib və komandasına 1 xal qazandırıb[48]. 11 iyun 2003-cü ildə Serbiya və Monteneqro ilə ev qarşılaşmasında da fərqlənib. 88-ci dəqiqədə qol vuraraq hesabı 1–1 edib. Bu oyun 2–1 hesabı ilə Azərbaycan millisinin xeyrinə başa çatıb[49]. Bu seçmə mərhələdə Qurban 6 oyuna çıxıb və 3 qol vurub[44].
6 iyun 2004-cü ildə Riqada Latviya millisi ilə keçirilən yoldaşlıq oyununda 75-ci dəqiqədə 11 metrlik cərimə zərbəsindən qol vuraraq hesabı 1–2 edib. Oyun 2–2 hesabı ilə başa çatıb. Bu, Qurban Qurbanovun milli komanda karyerasında vurduğu sonuncu qol olub[50].
FİFA Dünya Kuboku 2006-nın seçmə mərhələsində millinin heyətində 8 oyuna çıxıb, qol vurmayıb. 7 sentyabr 2005-ci ildə Avstriya milli komandası ilə keçirilən qarşılaşma Qurbanovun millidə sonuncu oyunu olub. Bu oyunda Qurbanov 90-cı dəqiqədə Samir Əliyev ilə əvəzlənib[51].
Azərbaycan milli futbol komandasında indiyə qədər ən çox qol vuran futbolçudur[52]. 1992–2005-ci illər ərzində Azərbaycan yığmasının heyətində 68 oyun keçirib və 14 qol vurub[53][54][55][56][57].
Milli komandada oyun statistikası
[redaktə | mənbəni redaktə et]Mənbə:eu-football.info
Azərbaycan milli futbol komandası | ||||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
İl | Yoldaşlıq | Dünya K. | Dünya K. s/m | Avropa K. | Avropa K. s/m | Başqa | Cəmi | |||||||
Oyun | Qol | Oyun | Qol | Oyun | Qol | Oyun | Qol | Oyun | Qol | Oyun | Qol | Oyun | Qol | |
1992 | 1 | 0 | 0 | 0 | 0 | 0 | 0 | 0 | 0 | 0 | 0 | 0 | 1 | 0 |
1993 | 1 | 0 | 0 | 0 | 0 | 0 | 0 | 0 | 0 | 0 | 3 | 2 | 4 | 2 |
1994 | 0 | 0 | 0 | 0 | 0 | 0 | 0 | 0 | 0 | 0 | 0 | 0 | 0 | 0 |
1995 | 0 | 0 | 0 | 0 | 0 | 0 | 0 | 0 | 2 | 0 | 0 | 0 | 2 | 0 |
1996 | 5 | 2 | 0 | 0 | 2 | 0 | 0 | 0 | 0 | 0 | 0 | 0 | 7 | 2 |
1997 | 4 | 1 | 0 | 0 | 5 | 0 | 0 | 0 | 0 | 0 | 0 | 0 | 9 | 1 |
1998 | 5 | 0 | 0 | 0 | 0 | 0 | 0 | 0 | 3 | 1 | 0 | 0 | 8 | 1 |
1999 | 2 | 1 | 0 | 0 | 0 | 0 | 0 | 0 | 4 | 1 | 0 | 0 | 6 | 2 |
2000 | 0 | 0 | 0 | 0 | 0 | 0 | 0 | 0 | 0 | 0 | 2 | 0 | 2 | 0 |
2001 | 1 | 0 | 0 | 0 | 3 | 0 | 0 | 0 | 0 | 0 | 0 | 0 | 4 | 0 |
2002 | 3 | 0 | 0 | 0 | 0 | 0 | 0 | 0 | 3 | 0 | 0 | 0 | 6 | 0 |
2003 | 0 | 0 | 0 | 0 | 0 | 0 | 0 | 0 | 3 | 3 | 0 | 0 | 3 | 3 |
2004 | 5 | 3 | 0 | 0 | 4 | 0 | 0 | 0 | 0 | 0 | 0 | 0 | 9 | 3 |
2005 | 2 | 0 | 0 | 0 | 4 | 0 | 0 | 0 | 0 | 0 | 0 | 0 | 7 | 0 |
Cəmi | 29 | 7 | 0 | 0 | 18 | 0 | 0 | 0 | 16 | 5 | 5 | 2 | 68 | 14 |
Milli komandada vurduğu qollar
[redaktə | mənbəni redaktə et]Qurbanov Azərbaycan milli futbol komandasının ən məhsuldar oyunçusudur. Keçmiş hücumçu 1992–2005-ci illədə çıxış etdiyi Azərbaycan millisində 68 oyunda 14 qol vurub. Qurbanov artıq 12 ildir futbolçu karyerasını bitirsə də, hələ də bombardir olaraq qalır.
Məşqçilik karyerası
[redaktə | mənbəni redaktə et]2005-ci ilin sentyabrında Qurban Qurbanov "İnter" Bakı klubunun idman direktoru olmuşdur[58].
2008-ci ildə Azərbaycan milli futbol komandasının Litvaya qarşı keçirdiyi yoldaşlıq görüşündə yığmada məşqçi funksiyasını yerinə yetirib[59]. Qurban Qurbanov 2006-cı ildə 10 günlük Kayserisporda[60], 2009-cu ildə "Qalatasaray"da[61], 2011-ci ildə "Borrusiya" Dortmund klubunda[62], 2012-ci ildə isə "Barselona"[63] klubunda təcrübə keçib. 2011-ci ildə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən Azərbaycan futbolunun 100 illiyi münasibətilə Qurban Qurbanova Əməkdar məşqçi adı verilib[64]. Avropa yarışlarında ən uğurlu azərbaycanlı məşqçidir.
Neftçi
[redaktə | mənbəni redaktə et]2006-cı ildə Ağasəlim Mircavadovun gedişindən sonra "Neftçi" klubunda məşqçilik fəaliyyətinə başlayıb[7][65]. Qurbanovun baş məşqçi kimi çempionatda debütü 2006-cı il avqustun 8-nə təsadüf edib. Həmin günü mütəxəssisin çalışdırdığı "Neftçi" öz meydanında "Gənclərbirliyi"ni darmadağın edib – 6:1[66].
Qurbanov "Neftçi"nin baş məşqçisi kimi ilk mətbuat konfranslarından birində bunları söyləmişdir:
"Bir komandanı çalışdırmaq özünüz oynamaqdan daha çətindir. Klub rəhbərliyinin etimadı mənə kömək edir, həm də gözəl bir komandamız var. Əminəm ki, bu mövsüm "Neftçi" mükafat yerlərindən aşağı düşməyəcək, amma vəzifəmiz dəyişməz olaraq qalır — Azərbaycan çempionluğunu qazanmaq ".
Onun baş məşqçi olduğu dövrdə "Neftçi" həm UEFA Kubokunda, həm də Azərbaycan çempiontında uğursuz çıxış edib[67]. Qurban Qurbanov məşqçilik fəaliyyətinə başladığı flaqmanı çalışdırdığı 15 ayda gümüş mükafat və UEFA Kubokuna vəsiqə qazanıb. 2005-ci ilin iyulunda Avstriyanın "Rid" klubu ilə görüşdə (1:3 və 2:1) mərhələ adlaya bilməyən məşqçi yeni mövsümün 4-cü turundan — 2005-ci ilin sentyabrın 2-də "İnter"lə 0–0 hesabı ilə başa çatan oyundan sonra istefa verib. Bundan sonra klubda idman direktoru vəzifəsində çalışan Qurban Qurbanov həmin ilin iyul ayında bu postdan da istefa verib[68].
Qarabağ
[redaktə | mənbəni redaktə et]2009–2013-cü illər
[redaktə | mənbəni redaktə et]2008-ci ildə "Qarabağ" klubu ilə bir illik müqavilə bağlayıb[67]. O, baş məşqçi vəzifəsində türkiyəli Rasim Karanı əvəz edib. 2008-ci ilin sonunda müqaviləsinin başa çatmasına iki ay qalmış Qarabağ rəhbərliyi Qurbanovla 2009-cu ilin fevral ayını gözləmədən 3 illik müqavilə bağlamaq qərarına gəlib[69].
Onun rəhbərliyi altında Ağdam komandası 2009-cu ildə finalda "İnter" (Bakı) klubunu 1:0 hesabı ilə məğlub etməklə tarixində üçüncü dəfə ölkə kubokunun qalibi olmuşdur. Bununla da Qurban Qurbanov Azərbaycan kubokunu həm futbolçu, həm də məşqçi kimi qazanan ilk şəxs olub: 2004-cü ildə "Neftçi"də komandanın kapitanı kimi və 2009-cu ildə "Qarabağ"da baş məşqçi kimi. 2009/10 mövsümündə "Qarabağ" Qurbanovun rəhbərliyi altında UEFA Avropa Liqasının pley-offadək irəliləyib[70]. 17 aprel 2010-cu ildə Futbol üzrə Azərbaycan çempionatı 2009/2010 mövsümünün XXVII turunda "Qarabağ"-"Bakı" oyununda "Bakı" komandasının dördüncü qolu vurmasından sonra azarkeşlər Qurban Qurbanovu istefaya səsləyiblər, oyun 1–4 hesabı ilə "Bakı"nın xeyrinə başa çatıb[71]. Mövsümün sonunda "Qarabağ" Qurban Qurbanovun başçılığı altında Azərbaycan Premyer Liqasının bürünc medalını qazanıb[70].
2010-cu il noyabrın 11-də "AZAL" Bakı ilə oyundakı 0:2 hesablı məğlubiyyət Qurban Qurbanovun "Qarabağ"a başçılıq etdiyi 100-cü oyun olub[66]. Azərbaycan çempionatının 2010/11 mövsümündə ardıcıl 3 oyunda "Qarabağ" meydanı qol vurmadan və xalsız tərk etdi. Bundan sonra Qurbanovun istefaya gedəcəyi ilə bağlı xəbərlər yayılsa da, "Qarabağ" rəhbərliyi Qurbanovla əməkdaşlığı davam etdirəcəklərini bildirdi:""Rəsmi olaraq bildiririk ki, Qurbanova hər zaman olduğu kimi, tam dəstəyi davam etdiririk"[72]. 2010/11 mövsümündə "Qarabağ" çempionatın bürünc medalını qazandı və UEFA Avropa Liqasında pley-off mərhələsinə qədər irəlilədi.[70]
Azərbaycan çempionatının 2011/12 mövsümündə "Qarabağ"ın "Xəzər-Lənkəran"a 1:0 hesabı ilə uduzduğu görüşün ikinci hissəsində Ağdam klubunun azarkeşlərinin yer aldığı sektordan baş məşqçi Qurban Qurbanov əleyhinə istefa şüarları səsləndirilib. Bunun arxasında azərbaycanlı məşqçi Ağasəlim Mircavadovun olduğu ilə bağlı ehtimallar vardı[73]. 2011/12 mövsümü "Qarabağ" üçün uğursuz olub, komanda çempionatda medalsız qalıb və qitəmiqyaslı yarışlara vəsiqə qazana bilməyib.
Azərbaycan Premyer Liqasının 2012–2013 mövsümünün III turunda "Sumqayıt"la qarşılaşmada "Qarabağ"ı 200-cü dəfə meydana çıxarıb[74]. 2012/13 mövsümünün V turunda 16 sentyabr 2012-ci ildə "AZAL" Bakı-"Qarabağ" oyununda 6–2 hesabı ilə uduzduqdan sonra komandadan gedə biləcəyi ilə bağlı açıqlama verdi[75]. Lakin klub rəhbərliyi Qurbanovla yola davam edəcəklərini dedi[76]. Bu hadisədən sonra "Qarabağ"ın İmarət fan-klubu da Qurban Qurbanovu dəstəkləyən bəyanat verdi[77]. Həmin mövsümün sonunda Qurban Qurbanovun başçılıq etdiyi komanda Azərbaycan Premyer Liqasının gümüş medalını qazandı və UEFA Avropa Liqasında pley-off mərhələsinədək irəlilədi[70].
2013-cü ildən bəri
[redaktə | mənbəni redaktə et]Futbol üzrə Azərbaycan çempionatı 2013/2014 mövsümünün ilk turunda "İnter" klubu ilə qarşılaşmada "Qarabağ"ın futbolçusu Riçard Almeydaya qarşı rəqib müdafiəçi Brüs Abdulayenin sərt oyununa etiraz edərək meydançaya daxil olub. Buna görə baş hakim Rəhim Həsənov onu tribunaya göndərib və AFFA İntizam Komitəsi Qurbanovu 1 oyunluq diskvalifikasiya edib, klubunu isə 1000 manat cərimələyib[78]. 20 dekabr 2013-cü ildə çempionatın II dövrəsinin son turunda "İnter" klubu ilə qarşılaşmada məşqçilik karyerasında 200-cü oyununu keçirib. 2013/14 mövsümündə Qurban Qurbanov məşqçilik karyerasında "Qarabağ" komandası ilə ilk dəfə Azərbaycan çempionu titulunu qazanıb[79]. Növbəti mövsüm UEFA Çempionlar Liqasında mübarizə aparan "Qarabağ" III təsnifat mərhələsində Avstriyanın "Zalsburq" komandasına məğlub olaraq mübarizəni UEFA Avropa Liqasının pley-off mərhələsində davam etdirməli olub[80]. Bu mərhələdə Qurbanovun komandasının rəqibi 2009-cu ildə "Qarabağ"ı mübarizədən kənarlaşdıran "Tvente" klubu olub. Ev oyununda 0–0 edən "Qarabağ" səfərdə 1–1 hesablı nəticə əldə edərək ilk dəfə Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanıb[81]. "Qarabağ"ın "Tvente" ilə cavab qarşılaşması Qurbanovun bu komandaya başçılıq etdiyi 250-ci oyun olub[82]. Qurbanovun başçılığı altında "Qarabağ" qrup mərhələsində 6 xal toplayaraq üçüncü olub və növbəti mərhələyə yüksələ bilməyib[83].
22 may 2015-ci ildə Azərbaycan Premyer Liqasında "Neftçi" klubu ilə oyun Qurbanovun karyerasında "Qarabağ"ı meydana çıxardığı 250-ci premyer liqa oyunu idi[84]. 2014/15 mövsümünü "Qarabağ" komandası Qurbanovun rəhbərliyi altında qızıl dublla tamamladı[85]. Bu, Qurbanovun karyerasında ilk belə hal idi. "Qarabağ" 2015–2016 mövsümündə mübarizəyə UEFA Çempionlar Liqasında başladı. II təsnifat mərhələsini keçsə də, III təsnifat mərhələsində Şotlandiyanın "Seltik" komandasına məğlub olaraq mübarizəni qitənin ikinci dərəcəli turnirində, UEFA Avropa Liqasında aparmalı oldu. Burada İsveçrənin "Yanq Boyz" klubunu mübarizədən kənarlaşdıraraq ardıcıl ikinci dəfə bu turnirin qrup mərhələsinə vəsiqə qazandı[86].
5 oktyabr 2015-ci ildə Azərbaycan Premyer Liqasında "İnter Bakı" klubu ilə oyunda Qurbanov "fair-play" nümunəsinə görə Elvin Məmmədova topu tora qovuşdurmamağı tapşırıb[87]. Futbolçu da baş məşqçinin tapşırığına əməl edərək topu qapıdan keçirməyib[87] Qurbanovun nümunəsi dünya KİV-lərində böyük təriflə qarşılanıb.[88][89].
Hazırda "Qarabağ" futbol klubunun baş məşqçisidir. "Qarabağ" futbol klubu ilə ən çox oyun keçirən[90] və ən çox qələbə qazandıran baş məşqçidir[91]. O, 2016-cı ildə, Azərbaycan Premyer Liqasının çempion titulunu 5-ci dəfə qazanıb[92].
Azərbaycan milli futbol komandası
[redaktə | mənbəni redaktə et]2017-ci il noyabrın 3-də Qurban Qurbanov futbol üzrə Azərbaycan milli komandasının baş məşqçisi təyin olunub[93]. 8 dekabr 2018-ci ildə millidən ayrılıb.
Statistika
[redaktə | mənbəni redaktə et]Mənbə:[66]
Son yenilənmə: 19 dekabr 2015
Ölkə | Komanda | Mövsüm | Nəticə | ||||||
---|---|---|---|---|---|---|---|---|---|
O | Q | H | M | T.f | Q % | X | |||
Neftçi PFK | 2006–07 | 24 | 17 | 3 | 4 | 47–15 | 70.8 % | 54 | |
2007–08 | 4 | 2 | 1 | 1 | 9–4 | 50 % | 7 | ||
Cəmi | 28 | 19 | 4 | 5 | 56–19 | 67.8 % | 61 | ||
Qarabağ FK | 2008–09 | 26 | 14 | 7 | 5 | 35–22 | 53.8 % | 49 | |
2009–10 | 32 | 14 | 12 | 6 | 31–26 | 43.75 % | 54 | ||
2010–11 | 32 | 17 | 7 | 8 | 41–22 | 53.1 % | 58 | ||
2011–12 | 32 | 15 | 8 | 9 | 37–28 | 46.8 % | 53 | ||
2012–13 | 32 | 16 | 11 | 5 | 43–26 | 50 % | 59 | ||
2013–14 | 36 | 21 | 9 | 6 | 66–21 | 58.3 % | 72 | ||
2014–15 | 32 | 20 | 8 | 4 | 51–28 | 62.5 % | 68 | ||
2015–16 | 18 | 11 | 5 | 2 | 28–12 | 61.1 % | 38 | ||
Cəmi | 240 | 128 | 58 | 44 | 332–184 | 53,3 % | 451 | ||
Karyera cəmi | 268 | 147 | 72 | 49 | 388–202 | 54.8 % | 512 |
Uğurları
[redaktə | mənbəni redaktə et]Futbolçu karyerası
[redaktə | mənbəni redaktə et]Klub
[redaktə | mənbəni redaktə et]- Azərbaycan Premyer Liqası
- Qalib (1): 1993/94
- Azərbaycan Premyer Liqası
- Azərbaycan Kuboku
- Qalib (1): 2003–2004
- EKO Kuboku
- 3-cü yer (1): 1993
Şəxsi
[redaktə | mənbəni redaktə et]- Azərbaycanda ilin futbolçusu (1): 2003
- Azərbaycan Premyer Liqası bombardir 1996–97: 34 qol
Məşqçilik karyerası
[redaktə | mənbəni redaktə et]Klub
[redaktə | mənbəni redaktə et]Şəxsi
[redaktə | mənbəni redaktə et]- Azərbaycanda ilin ən yaxşı baş məşqçisi ("Komanda" qəzetinin versiyası) (6):
2009[94], 2010[95], 2011[96], 2013[97], 2014[98], 2015[99], 2016[100] - Azərbaycan Premyer Liqası "Mövsümün ən yaxşıları": 2010–2011[101]
- Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən Əməkdar məşqçi adı: 2011
- Azərbaycan İdman Araşdırmalar Mərkəzinin ilin baş məşqçisi mükafatı (2): 2013[102], 2014[103]
- 2022-ci il aprelin 13-ü prezident İlham Əliyev tərəfindən Azərbaycan futbolunun inkişafında xidmətlərinə görə "Şöhrət" ordeni ilə təltif olunub.[104]
Futboldan kənar
[redaktə | mənbəni redaktə et]Qurbanov 2012-ci ildə Böyük Britaniyanın Azərbaycandakı səfirliyi Müsbət Dəyişiklik gənclər hərəkatının birgə hazırladığı qadınlara qarşı zorakılığa "YOX" deyək sosial reklam çarxında çəkilib[105].
2015-ci ildə İtaliya-Azərbaycan Əməkdaşlıq və Dostluq Cəmiyyəti tərəfindən Qurban Qurbanova xatirə plaketi təqdim olunub[106]. Həmin il Qurban Qurbanova həsr olunan "Qurban adına" filmi təqdim olunub. Filmin müəllifi Ümumrusiya Dövlət Teleradio Verilişləri Şirkətinin Azərbaycandakı təmsilçisi Şakir Eminbəylidir. Film Qurban Qurbanovun məşqçilik fəaliyyətində həm ölkədaxili, həm də Avrokuboklarda qazandığı uğurlardan bəhs edir[107][108].
2023-cü ildə Qurban Qurbanovun həyat və fəaliyyətindən bəhs edən "Stadionlar səssiz olanda" bədii filmi çəkilmişdir.[109][110][111]
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ "Qurban Qurbanov "Xan" oldu – VİDEO". 2016-03-07 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-02-23.
- ↑ "Qurban Qurbanov "Xan" oldu". 2015-04-15 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-02-23.
- ↑ 1 2 Gurban Gurbanov // Transfermarkt (çd.). 2000.
- ↑ 1 2 Gurban Gurbanov // FBref.com (çd.).
- ↑ "Кубок чемпионов Содружества 2003". football.by (rus). 8 dekabr 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 dekabr 2018.
- ↑ "Qurban Qurbanov istefa verdi – RƏSMİ + YENİLƏNİB". oxu.az (az.). 8 dekabr 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 dekabr 2018.
- ↑ 1 2 3 "Bu gün Qurban Qurbanovun ad günüdür" (az.). 13 aprel 2011. 2016-03-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 dekabr 2013.
- ↑ 1 2 3 4 5 Elgiz Abbasov. "Qurban Qurbanovun şəxsi həyatı ilə bağlı çox şey: uşaqlığı, sevgisi, həsrəti və ümidi" (az.). futbol11.az. 2016-03-05 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 29 dekabr 2013.
- ↑ Ləman Mustafaqızı. "Daşı götürüb qaçdım müəllimin dalınca" — "MƏKTƏB İLLƏRİ" Arxivləşdirilib 2016-03-05 at the Wayback Machine. lent.az, 21.10.2014. (az.)
- ↑ Гурбан Гурбанов сыграл свадьбу Arxivləşdirilib 2022-05-17 at the Wayback Machine (rus.)
- ↑ Сын Гурбана Гурбанова забил четыре мяча испанскому клубу Arxivləşdirilib 2019-09-24 at the Wayback Machine (rus.)
- ↑ Муса Гурбанов: "Не хочу работать тренером под руководством своего младшего брата" Arxivləşdirilib 2015-09-23 at the Wayback Machine (rus.)
- ↑ "Kim oynadı, kim vurdu – 1992" (PDF). PFL. 2013-10-16 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 29 dekabr 2013.
- ↑ "Kim oynadı, kim vurdu – 1993" (PDF). PFL. 2013-10-16 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 29 dekabr 2013.
- ↑ "Kim oynadı, kim vurdu – 1993/94" (PDF). PFL. 2013-10-16 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 29 dekabr 2013.
- ↑ "Azərbaycan çempionatı 1993–1994". Qarabağ Futbol Klubu. 2007-12-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-05-26.
- ↑ "Yüksək dəstə - 1993/94" (PDF). Peşəkar Futbol Liqası. 2014-01-07 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 2014-05-26.
- ↑ "Kim oynadı, kim vurdu – 1994/95" (PDF). PFL. 2012-08-09 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 29 dekabr 2013.
- ↑ "Yüksək dəstə - 1994/95" (PDF). Peşəkar Futbol Liqası. 2013-04-18 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 2014-05-26.
- ↑ Erlan Manaschev və Roberto Di Maggio. "Azerbaijan – List of Topscorers". RSSSF. 9 avqust 2013. 2008-07-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 dekabr 2013.
- ↑ "Neftçi Lokomotiv Sofia". UEFA.com. 2016-03-16 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2013-12-08.
- ↑ "Lokomotiv Sofia Neftçi". UEFA.com. 2016-03-10 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2013-12-08.
- ↑ "PFL Arxivi – Kim oynadı, kim vurdu – 1997/98" (PDF). 2012-08-09 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 2012-08-09.
- ↑ "Neftçi Widzew". UEFA.com. 2015-01-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-12-08.
- ↑ "Widzew Neftçi". UEFA.com. 2016-03-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-12-08.
- ↑ Гурбанов и Керимов покинули Калининград Arxivləşdirilib 2014-10-25 at the Wayback Machine (rus.)
- ↑ "Neftchi Baku 0 – 0 Gorica". UEFA.com. 2018-01-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-12-08.
- ↑ "Gorica 1 – 0 Neftchi Baku". UEFA.com. 2014-02-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-12-08.
- ↑ "Kim oynadı, kim vurdu – 2001/02" (PDF). PFL. 2013-10-16 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 29 dekabr 2013.
- ↑ Mike Dryomin. "Azerbaijan Cup 2003/04". RSSSF. 15 may 2004. 5 March 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 dekabr 2013.
- ↑ "Kim oynadı, kim vurdu – 2003/04" (PDF). PFL. 2013-10-29 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 29 dekabr 2013.
- ↑ "Neftçi 1 – 0 Široki Brijeg". UEFA.com. 2014-10-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-12-08.
- ↑ "Neftçi 0 – 0 CSKA Moskva". UEFA.com. 2017-02-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-12-08.
- ↑ "CSKA Moskva 2-0 Neftçi". UEFA.com. 2017-02-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-12-08.
- ↑ "Kim oynadı, kim vurdu – 2004/05" (PDF). PFL. 2013-10-16 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 29 dekabr 2013.
- ↑ 1 2 3 4 5 26 sentyabr 2006. "Azerbaijan 2004/05". RSSSF. Mike Dryomin. 2021-03-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 dekabr 2013.
- ↑ Mike Dryomin. "Azerbaijan 2005/06". RSSSF (az.). 6 avqust 2006. 2013-10-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 dekabr 2013.
- ↑ "Гурбан завершил карьеру". 2013-10-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-06-16. (rus.)
- ↑ "Qurban Qurbanovlu "Qarabağ" FC" (az.). hafta-ichi.az. 2013-09-02 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: dekabr 2013.
- ↑ "Football MATCH: 17. sentyabr 1992 Georgia v Azerbaijan". eu-football.info. 2021-11-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 dekabr 2013.
- ↑ "Football MATCH: 8. iyun 1993 Kazakhstan* v Azerbaijan". eu-football.info. 2022-07-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 dekabr 2013.
- ↑ "Football MATCH: 11. oktyabr 1995 Israel v Azerbaijan". eu-football.info. 2022-01-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 dekabr 2013.
- ↑ "Football MATCH: 15. noyabr 1995 Azerbaijan v Poland". eu-football.info. 2021-10-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 dekabr 2013.
- ↑ 1 2 3 4 "Football PLAYER: Qurban Qurbanov". eu-football.info. 2012-03-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 dekabr 2013.
- ↑ "Football MATCH: 5. iyun 1999 Azerbaijan v Liechtenstein". eu-football.info. 2022-07-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-12-08.
- ↑ "Football MATCH: 8. fevral 2000 Albania v Azerbaijan". eu-football.info. İstifadə tarixi: 8 dekabr 2013.
- ↑ "Football MATCH: 10. fevral 2000 Andorra v Azerbaijan". eu-football.info. 2022-09-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 dekabr 2013.
- ↑ "Football MATCH: 12. fevral 2003 Serbia & Montenegro v Azerbaijan". eu-football.info. 2021-04-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 dekabr 2013.
- ↑ "Football MATCH: 11. iyun 2003 Azerbaijan v Serbia & Montenegro". eu-football.info. 2022-01-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 dekabr 2013.
- ↑ "Football MATCH: 6. iyun 2004 Latvia v Azerbaijan". eu-football.info. 2022-07-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 dekabr 2013.
- ↑ "Football MATCH: 7. sentyabr 2005 Azerbaijan v Austria". eu-football.info. 2021-10-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 dekabr 2013.
- ↑ "Milli komandamızın bombardiri – Qurban Qurbanov" (az.). Simsar.az. 13 aprel 2013. 2021-10-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 dekabr 2013.
- ↑ "Football PLAYER: Qurban Qurbanov". Eu-football.info. 20 Noyabr 2017 tarixində arxivləşdirilib.
- ↑ "Gurban Gurbanov – Goals in International Matches". Rsssf.com. 20 Noyabr 2017 tarixində arxivləşdirilib.
- ↑ "QURBAN QURBANOV AZƏRBAYCAN MİLLİSİNİN BAŞ MƏŞQÇİSİ TƏYİN OLUNUB". CBC.az. 2017-11-20 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-11-20.
- ↑ "Qurban Qurbanov Azərbaycan millisinin baş məşqçisi təyin olunub". Apa.az. 2017-11-20 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-11-20.
- ↑ "Qurban Qurbanov 43 yaşında". Sportal.az. 2017-11-20 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-11-20.
- ↑ Капитан сборной Азербайджана Гурбан Гурбанов завершил карьеру Arxivləşdirilib 2014-10-25 at the Wayback Machine (rus.)
- ↑ "Qurban Qurbanov Azərbaycan milli komandasının məşqçisi təyin olunub" (az.). Apasport.az. 19 mart 2008. 2021-10-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 dekabr 2013.
- ↑ ""Neftçi"nin məşqçisi "Kayserispor"dadır" (az.). Trend.az. 16 iyun 2006. İstifadə tarixi: 29 dekabr 2013.[ölü keçid]
- ↑ "Qurban Qurbanov «Qalatasaray»da!" (az.). Qol.az. 12 dekabr 2009. 2016-03-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 dekabr 2013.
- ↑ "Qurban Qurbanov "Borussiya"da" (az.). Qol.az. 24 avqust 2011. 2016-03-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 dekabr 2013.
- ↑ "Qurban Qurbanov "Barselona"nın uğur sirlərini açıqladı" (az.). Milli.az. 18 yanvar 2012. İstifadə tarixi: 29 dekabr 2013.
- ↑ "Qurban Qurbanov da əməkdar məşqçi oldu" (az.). Azerisport.az. 19 iyun 2011. 2021-10-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 dekabr 2013.
- ↑ ""Neftçi" Qurban Qurbanova üstünlük verir" (az.). Trend.az. 6 iyun 2006. İstifadə tarixi: 29 dekabr 2013.[ölü keçid]
- ↑ 1 2 3 "Qurban Qurbanov: 200-cü oyun". PFL (az.). 18 dekabr 2013. 2021-10-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 dekabr 2013.
- ↑ 1 2 "Azərbaycanın "Qarabağ" futbol klubu "Neftçi"nin keçmiş baş məşqçisi ilə müqavilə bağlayıb" (az.). Trend.az. 4 avqust 2008. İstifadə tarixi: 29 dekabr 2013.[ölü keçid]
- ↑ "Qurban Qurbanov "Qarabağ" klubunu çalışdıracaq" (az.). Lent.az. 4 avqust 2008. 2015-09-26 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 29 dekabr 2013.
- ↑ "Azərbaycanın "Qarabağ" futbol klubu baş məşqçi ilə 3 illik müqavilə bağlayıb" (az.). Trend.az. 29 dekabr 2008. İstifadə tarixi: 29 dekabr 2013.[ölü keçid]
- ↑ 1 2 3 4 "Qurban Qurbanov Azərbaycan millisindən imtina etdi" (az.). Lent.az. 21 oktyabr 2013. 2013-10-22 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 29 dekabr 2013.
- ↑ "Azarkeşlər Qurban Qurbanovu istefaya səslədilər" (az.). Apasport.az. 17 aprel 2010. 2021-10-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 dekabr 2013.
- ↑ ""Qarabağ" rəhbərliyi Qurban Qurbanovla bağlı rəsmi mövqeyini bildirdi" (az.). Apasport.az. 30 noyabr 2010. 2021-10-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 dekabr 2013.
- ↑ "AĞASƏLİM MİRCAVADOV: AZARKEŞLƏRİ QURBAN QURBANOVUN ƏLEYHİNƏ ÖYRƏTDİYİMİ..." (az.). Futbolpress.az. 22 sentyabr 2011. 2016-04-05 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 29 dekabr 2013.
- ↑ "Qurban Qurbanov "200-lər"in arasında" (az.). Sportal.az. 14 avqust 2012. 2016-03-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 dekabr 2013.
- ↑ "Azərbaycan Premyer Liqası: "Qarabağ"a ağır zərbə, Qurban Qurbanov istefa verə bilər" (az.). Lent.az. 17 sentyabr 2012. 2015-09-26 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 29 dekabr 2013.
- ↑ Elşən Məmmədov. ""Qurban Qurbanov emosional halda istefadan danışıb"" (az.). Lent.az. 17 sentyabr 2012. 2015-09-26 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 29 dekabr 2013.
- ↑ ""Qurban Qurbanovun getmək barədə düşünməsi bizə məğlubiyyətdən daha çox zərbə vurdu"" (az.). Futbol11.az. 2016-03-05 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 29 dekabr 2013.
- ↑ "Qurban Qurbanova daha bir bəd xəbər" (az.). Lent.az. 6 avqust 2013. 2013-08-09 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 29 dekabr 2013.
- ↑ "Qarabağ çempion!" (azərb.). azerisport.com. 7 may 2014. 28 October 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 may 2014.
- ↑ ""Qarabağ" UEFA Çempionlar Liqasında mübarizəni dayandırıb" (az.). İtv.az. 7 avqust 2014. İstifadə tarixi: 30 avqust 2014.[ölü keçid]
- ↑ "Qarabağ Avroliqanın qrup mərhələsində!" (az.). azerisport.com. 29 avqust 2014. 2021-10-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 avqust 2014.
- ↑ "Qurban Qurbanovdan bütün məşqçiləri qıcıqlandıracaq unikal STATİSTİKA" (az.). Apasport.az. 21 avqust 2014. 2021-10-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 7 sentyabr 2009.
- ↑ ""Qarabağ"dan avroliqaya şərəfli və şok vida" (az.). Qol.az. 11 dekabr 2014. 2016-03-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 yanvar 2015.
- ↑ "Qurban Qurbanovun yubiley oyunu" (az.). Qol.az. 23 may 2015. 5 March 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 oktyabr 2015.
- ↑ ""Qarabağ"dan 22 illik fasilədən sonra "qızıl dubl"" (az.). Qol.az. 3 iyun 2015. 2016-03-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 oktyabr 2015.
- ↑ "Azərbaycan futbolunda ilk" (az.). Qol.az. 28 avqust 2015. İstifadə tarixi: 2 oktyabr 2015.[ölü keçid]
- ↑ 1 2 ""Qurban Qurbanovdan hətta Avropada danışacaqlar"". anspress.com. 8 October 2015 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 26 October 2015.
- ↑ "Fair-play, il rate volontairement son penalty". www.lequipe.f (French). 23 October 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 October 2015.
- ↑ "¡Tira el penalti fuera al considerarlo injusto!". www.marca.com (Spanish). 26 October 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 October 2015.
- ↑ "Qurban Qurbanov "Qarabağ"ın tarixinə düşəcək" (az.). Qafqazinfo.az. 2015-09-14 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: Dekabr 2013.
- ↑ "Qurban Qurbanov "Qarabağ"ın tarixinə düşdü" (az.). Korner.az. 20 noyabr 2012. İstifadə tarixi: 29 dekabr 2013.[ölü keçid]
- ↑ "Рашад САДЫХОВ: Таких успехов к концу своей карьеры я не ожидал". azerisport.com. azerisport.com. 4 December 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 may 2016.
- ↑ "Гурбанов стал 13-м в сборной Азербайджана". www.azerisport.com. 2021-09-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 noyabr 2017.
- ↑ "Vaqif Cavadov və Qurban Qurbanov ilin ən yaxşıları seçildi" (az.). Korner.az. 9 dekabr 2009. 2016-03-05 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 29 dekabr 2013.
- ↑ "Bu gün ilin ən yaxşıları mükafatlandırılacaq" (az.). Korner.az. 24 dekabr 2010. 2016-03-05 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 29 dekabr 2013.
- ↑ "Azərbaycan: 2011-in ən yaxşıları seçildi!" (az.). Korner.az. 17 dekabr 2011. 2016-03-04 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 29 dekabr 2013.
- ↑ "Mətbuat yekdilliklə "Qurban" dedi" (az.). Publika.az. 29 dekabr 2013. 2013-12-31 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 29 dekabr 2013.
- ↑ "Azərbaycan mətbuatı ilin məşqçisini seçdi – Qurban Qurbanovun pentatriki" (az.). Komanda.az. 26 dekabr 2014. 2015-09-12 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 10 yanvar 2015.
- ↑ "İlin ən yaxşısı Qurban Qurbanovdur..." (az.). Komanda.az. 15 dekabr 2015. İstifadə tarixi: 26 yanvar 2016.
- ↑ ""İlin məşqçisi" mükafatı Qurban Qurbanova təqdim edildi". fanat.az. fanat.az. Archived from the original on 2021-10-27. İstifadə tarixi: 15 dekabr 2016.
- ↑ "Mövsümün ən yaxşıları – 2010/11" (PDF). PFL. 2012-08-06 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 29 dekabr 2013.
- ↑ "Azərbaycanda "İlin qalibləri" AÇIQLANDI" (az.). Lent.az. 16 dekabr 2013. 2013-12-16 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 29 dekabr 2013.
- ↑ "Qurban Qurbanov ilin ən yaxşı məşqçisi seçildi" (az.). Bizimyol.info. 24 dekabr 2014. 2021-10-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 yanvar 2015.
- ↑ "Prezident Qurban Qurbanovu "Şöhrət" ordeni ilə təltif edib". report.az. report.az. 2022-08-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 aprel 2022.
- ↑ ""Qadınlara qarşı zorakılığa "YOX" deyək" adlı sosial çarx hazırlanıb" (az.). gozetci.az. 11 dekabr 2012. 2016-03-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 dekabr 2013.
- ↑ "Qurban Qurbanova mükafat" (az.). Qol.az. 7 may 2015. 5 March 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 oktyabr 2015.
- ↑ "Гурбанов, Мусаев и Гезаль о фильме Qurban adına" (Rusca). Azerisport.com. 29 may 2015. 28 October 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 oktyabr 2015.
- ↑ ""Qurban adına"" (az.). Anspress.com. 29 may 2015. 24 August 2015 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2 oktyabr 2015.
- ↑ Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi. "Qurban Qurbanova həsr edilmiş "Stadionlar səssiz olanda" idman dramının təqdimat mərasimi keçirilib" (az.). Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi. 28.11.2023. İstifadə tarixi: 2023-11-30.
- ↑ Leyla Sabirqızı. ""Stadionlar səssiz olanda"" (az.). "Xalq" qəzeti. 29.11.2023. İstifadə tarixi: 2023-11-30.
- ↑ İctimai TV. "Qurban Qurbanov haqqında bədii film... O hansı səhnədə kövrəldi?" (az.). Youtube.com. 30.11.2023. İstifadə tarixi: 2023-11-30.
Xarici keçidlər
[redaktə | mənbəni redaktə et]- Qurban Qurbanov "Klisf.ru"da
- Qurban Qurbanov "qarabagh.com"da Arxivləşdirilib 2014-04-26 at the Wayback Machine
- Qurban Qurbanov "fakel.vrn.ru"da
- ATV kanalının Qurban Qurbanov haqqında süjeti. Həftəsonu proqramı. 25. sentyabr 2005
- Vikipediya:Əlifba sırasına görə yaxşı məqalələr
- 13 apreldə doğulanlar
- 1972-ci ildə doğulanlar
- Yaşayan insanlar
- Zaqatala rayonunda doğulanlar
- Azərbaycan Respublikasının əməkdar məşqçiləri
- "Şöhrət" ordeni ilə təltif edilənlər
- Əlifba sırasına görə futbolçular
- Əlifba sırasına görə futbol məşqçiləri
- SSRİ futbolçuları
- Azərbaycan futbolçuları
- Azərbaycanlı futbolçular
- Azərbaycan milli futbol komandasının oyunçuları
- Turan Tovuz PFK oyunçuları
- Energetik Mingəçevir FK oyunçuları
- Neftçi PFK oyunçuları
- Şamaxı FK oyunçuları
- Futbol məşqçiləri
- Azərbaycan futbol məşqçiləri
- Neftçi PFK məşqçiləri
- Qarabağ FK məşqçiləri
- Azərbaycanın kişi futbolçuları