40°30′ şm. e. 44°46′ ş. u.HGYO

Hrazdan

Vikipediya, azad ensiklopediya
(Razdan səhifəsindən yönləndirilmişdir)
Naviqasiyaya keç Axtarışa keç
Hrazdan
40°30′ şm. e. 44°46′ ş. u.HGYO
Ölkə
Tarixi və coğrafiyası
Sahəsi
  • 21 km²
Mərkəzin hündürlüyü 1.675 ± 1 m
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 52.283 nəf. (2022)[1]
Rəsmi dili
Rəqəmsal identifikatorlar
Poçt indeksi 2301–2309
Digər
hrazdan.am
Xəritəni göstər/gizlə
Hrazdan xəritədə
Hrazdan
Hrazdan
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar


Hrazdan və ya Razdan[2][3] (1959-cu ilədək Aşağı Axta[4]) — Ermənistan Respublikası ərazisində yerləşən şəhər. Hrazdan rayonunun mərkəzi. Zəngiçay sahilində yerləşən kiçik şəhərdir. 1959-cu ildən respublika tabeli şəhərdir.

Aşağı Axta — İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indi Axta (Hrazdan) rayonunda kənd. Zəngiçayın yaxınlığında yerləşir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir.[5]

Toponim fərqləndirmə mənasını bildirən aşağı sözü ilə padar türk tayfasının bir qolunu təşkil edən axta etnoniminin[6] birləşməsindən əmələ gəlmiş etnotoponimdir. Quruluşca mürəkkəb toponimdir.

Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 30 iyun 1959-cu il fərmanı ilə kəndin adı dəyişdirilib Hrazdan qoyulmuşdur.

Kənddə 1897-ci ildə 119 nəfər azərbaycanlı yaşamışdır.[7]

XX əsrin əvvəllərində, 1905–1906-cı illərdə azərbaycanlılar kənddən qovulmuş və kənd ermənilərin yaşayış məntəqəsinə çevrilmişdir. 1926-cı ildə kənddə cəmi 3 nəfər azərbaycanlı yaşamış[7] və sonralar onlar da qovulmuşlar. Kənd rayon mərkəzi ilə birləşdirilmişdir.

İllər üzrə əhalisi:[8][9]

İl 1959 1976 1989 1991 2001 2004 2015
Əhali 7630 35137 23903 25600 52808 52700 41600
  • Əziz Ələkbərli, "Qədim türk-oğuz yurdu "Ermənistan"", Bakı, "Sabah", 1994.
  • PDF versiyası. // Qərbi Azərbaycanın türk mənşəli toponimləri. Müəllifi: İ. M. Bayramov; Redaktorları: B. Ə. Budaqov, H. İ. Mirzəyev, S. A. Məmmədov. Bakı: "Elm" nəşriyyatı, 696 səh. ISBN 5-8066-1452-2
  • Həbib Rəhimoğlu. "Silinməz adlar, sağalmaz yaralar", Bakı, "Azərnəşr", 1997.
  • B. Ə. Budaqov, Q. Ə. Qeybullayev. "Ermənistanda Azərbaycan mənşəli toponimlərin izahlı lüğəti". Bakı, "Oğuz eli", 1998.
  • Ermənistan azərbaycanlılarının tarixi coğrafiyası, Bakı, "Gənclik", 1995.
  1. https://citypopulation.de/en/armenia/admin/kotayk/0701__hrazdan/.
  2. Раздан // Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә]. VIII ҹилд: ПрадоСпринт. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев. 1984. С. 75.
  3. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən Bakıda nəşr olunmuş Azərbaycan Respublikasının Fiziki Arxivləşdirilib 2016-08-12 at the Wayback MachineSiyasi Arxivləşdirilib 2017-05-10 at the Wayback Machine xəritələri
  4. İbrahim Bayramov, "Qərbi Azərbaycanın türk mənşəli toponimləri" Arxivləşdirilib 2015-07-21 at the Wayback Machine, Bakı, "Elm", 2002. ISBN 5-8066-1452-2
  5. Д. Д. Пагиревь. Алфавитный указатель кь пятиверстной картѣ Кавказскаго края, изданія Кавказскаго Военно–Топографическаго Отдѣла. Записки Кавказскаго отдѣла Императорскаго Русскаго Географическаго общества. Книжка XXX. Тифлись: Типографія К. П. Козловскаго, 1913, стр. 23
  6. Гейбуллаев Г.А. Топонимия Азербайджана (историкоэтнографическое исследование), Баку, "Элм", 1986. s.57
  7. 1 2 Qorqodyan Z. 1831–1931-ci illərdə Sovet Ermənistanının əhalisi, (erməni dilində). İrəvan, "Melkonyan fond", 1932. s.16–17
  8. "Ermənistan Respublikası Əhali Sayı 2015-ci il İyulun 1-nə görə," (PDF). 2021-02-26 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2015 Avqust 9.
  9. "Ermənistan Respublikası Əhali Sayı, səh 123" (PDF). 2014-09-12 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 2014 Aprel 16.