Herman Görinq

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Herman Görinq
alm. Hermann Göring
Şəxsi məlumatlar
Doğum adı Hermann Wilhelm Göring
Doğum tarixi 12 yanvar 1893(1893-01-12)[1][2][…]
Doğum yeri
Vəfat tarixi 15 oktyabr 1946(1946-10-15)[3][1][…] (53 yaşında)
Vəfat yeri
Vəfat səbəbi sianiddən zəhərlənmə[d][8]
Vətəndaşlığı
Təhsili
Hərbi fəaliyyəti
Mənsubiyyəti Üçüncü Reyx
Qoşun növü Lüftvaffe
Xidmət illəri 1912–1945
Komandanlıq edib
Döyüşlər
Təltifləri knight of the Royal House Order of Hohenzollern Order of Saint Stephen of Hungary Knight Grand Cross of the Order of Saint Stephen of Hungary Cəsur Mixay ordeni Pour le Mérite Order of the Rising Sun with Paulownia Flowers, 1st class 1-ci dərəcəli "Doğan günəş" ordeni Grand Cross with Collar of the Order of the White Rose of Finland Grand Cross of the Order of the Cross of Liberty Royal Order of the Sword Dannebroq ordeni Order of the Most Holy Annunciation Knight Grand Cross of the Order of Saints Maurice and Lazarus Knight grand cross of the order of the crown of Italy Military Karl-Friedrich Merit Order Order of the Zähringer Lion Grand Cross of the Iron Cross Dəmir xaçın Cəngavər xaçı Honour Cross of the World War 1914/1918 Golden Party Badge Blood Order Danzig Cross 2-ci dərəcəli Dəmir xaç
İmzanın şəkli
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Herman Görinq (alm. Hermann Wilhelm Göring‎; 12 yanvar 1893[1][2][…], Rozenxaym, Bavariya Krallığı[7]15 oktyabr 1946[3][1][…], Nürnberq Məhkəmə Həbsxanası[d], Nürnberq[8]) — Üçüncü Reyxin yeganə reyxsmarşalı (1940), alman siyasətçi, hərbçi və Nasional Sosialist Alman Fəhlə Partiyasının (NSDAP) rəhbər şəxslərindən biri.

Herman Görinq Üçüncü Reyxin Hərbi Hava Qüvvələri olan Lüftvaffenin rəhbəri olmuşdur. 1943-cü ildə Polis və İqtisadiyyat Naziri vəzifələrində çalışan Görinq 1933-cü ildə alman gizli polisi olan Gestaponu yaratması ilə də məşhurdur.

Herman Gerinq I Dünya müharibəsində iştirak etməklə yanaşı, II Dünya Müharibəsinin də əsas fiqurlarından biri olub.

Gerinqin Hollandiya müharibəsi və 1940-cı ildə Fransa müharibəsində əhəmiyyətli rolu olur. Fransanın məğlubiyyətindən sonra Hitler onu "Dəmir xaç" ordeni ilə mükafatlandırır. 1940-cı il iyulun 19-da Hitler fərman verərək Gerinqə "Reichsmarschall des Grossdeutschen Reiches" (Böyük Alman Marşalı) rütbəsi verir. Gerinq 1939-cu il sentyabrın 30-da "Cəngavər Dəmir Xaçı" medalına da layiq görülür. 1940–45-ci illərdə müharibənin iqtisadiyyatını idarə edib. 1941-ci ildən 1945-ə qədər isə Şərq İqtisadiyyat Rəhbərliyi qərargahının direktoru vəzifəsində çalışır.

II Dünya Müharibəsi illəri

[redaktə | mənbəni redaktə et]

İkinci Dünya Müharibəsinin irəliləyən dövrlərində Gerinq özünü günahlandırmağa başlayıb. İlk səhvləri 1940-cı ildə İngiltərənin bombalanması zamanı vaxtı düzgün təyin etməməsi, 1942-ci ildə Stalinqraddakı VI orduya kömək dəstəyinin pis hava şərtlərinə görə uğursuz olması olub. Əslində hava şərtlərinin uyğun olmadığını bilirdi, lakin Hitlerə qarşı gəlməmək üçün bu vəzifəni öhdəsinə götürmüşdü.

Müharibənin sonu

[redaktə | mənbəni redaktə et]

Gerinq son dəfə 1945-ci il aprelin 20-də Berlində Hitlerin doğum günündə iştirak edib. Ad günü bitən kimi qiymətli əşyalarını da götürüb Berlindən uzaqlaşıb.

Gerinq 1945-ci il aprelin 26-da uşaq vaxtı bir neçə dəfə olduğu Mauterndorf qalasına köçüb (indiki Avstrayada). Burada Hitlerin 1941-ci il iyunun 29-da imzaladığı sərəncamı yenidən araşdırmağa başlayıb. Sənəddə qeyd olunub:

"Fürer iş qabiliyyətini itirərsə və ya ölərsə vəkalət Gerinqə veriləcək". Gerinqin məhbus həyatı elə bu araşdırmasından sonra başlayıb. O, Hitlerə teleqraf göndərərək vəkalət üçün təsdiqnamə istəyir. Gerinqin rəqibi Martin Borman bu mesajı Hitlerə çatdırır və Gerinqi iqtidarı ələ keçirməkdə günahlandırır. Beləliklə, Hitler Gerinqi "vətən xaini" adlandıraraq haqqında həbs əmri verir. Əmrin ertəsi günü Gerinq ev həbsinə məhkum edilir, lakin Gerinq mayın 5-i bir zabit tərəfindən azad edilir və ailəsini mayın 5-də Obersalzberqdə qoyaraq Amerikaya yola düşür . Müharibə bitəndən sonra mayın 6-da Amerika qərargahlarından birinə gedərək təslim olur və mayın 8-də yenidən həbs olunur.

Gerinq həbs olunandan sonra Lüksemburqa aparılaraq Mondorf-les-Bainsdə (kod adı – "Aşcan Düşərgəsi") Palace Hoteldə saxlanılıb. Burada pəhrizə başlayaraq düz 27 kq çəki itirib. Sentyabr ayında ən yüksək NSDAP hökuməti rəsmiləri ilə birlikdə Nürnberqə transfer edilib. Noyabr ayında isə hərbi məhkəmələr başlayıb. Gerinq üçüncü ən yüksək rütbəli alman zabiti kimi Nürnberqdə mühakimə olunub.

Gerinqin hörməti o qədər çox idi ki, hətta amerikan əsgərləri belə ona çox böyük hörmət bəsləyirdi. Nürnberq məhkəməsində onun özündən əmin rəftarı və haqqında deyilən bütün ittihamlara müdrik cavablar verməsi digər alman subaylarını da təsiri altına almışdı. Bunu görən məhkəmə onun digər məhkumlardan ayrı saxlanılmasına qərar verib. Bəzi alman zabitləri günahlarını inkar etsə də, Hermann Gerinq demək olar ki, günahlarının hamısını qəbul edib və Hitlerə bağlılığını son dəqiqəyə qədər davam etdirib. Məhkəmənin verdiyi edam qərarına bir neçə saat qalmış isə hücrəsində ona baxan əsgərdən şəxsi qutusunu istəyib. Qutudakı kalium sionid kapsulasını içərək eynən Himmler kimi 1946-cı ilin bu günü həyatına son verib.

  1. 1 2 3 4 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
  2. 1 2 Hermann Göring // RKDartists (nid.).
  3. 1 2 Геринг Герман // Большая советская энциклопедия (rus.): [в 30 т.]. / под ред. А. М. Прохорова 3-е изд. Москва: Советская энциклопедия, 1969.
  4. 1 2 Lilla J., Schulz M. D. A. Statisten in Uniform (alm.): Die Mitglieder des Reichstags 1933–1945. Ein biographisches Handbuch. Unter Einbeziehung der völkischen und nationalsozialistischen Reichstagsabgeordneten ab Mai 1924. 1 Due: Droste Verlag, 2004. 996 s. ISBN 3-7700-5254-4
  5. 1 2 https://www.hsozkult.de/publicationreview/id/reb-20851.
  6. RKDartists (nid.).
  7. 1 2 3 4 5 6 7 Catalog of the German National Library (alm.).
  8. 1 2 3 Andrus B. C. I was the Nuremberg jailer (ing.). first NY: Coward-McCann, Inc., 1969. 210 p.