Covanni Anyelli
Covanni Anyelli | |
---|---|
Doğum tarixi | 13 avqust 1866[1][2][…] |
Vəfat tarixi | 16 dekabr 1945[1][2][…] (79 yaşında) |
Vəfat yeri | |
Fəaliyyəti | sahibkar, mühəndis, sənayeçi, yarış avtomobili pilotu[d], siyasətçi |
Partiyası | |
Vikianbarda əlaqəli mediafayllar |
Covanni Anyelli (13 avqust 1866[1][2][…] – 16 dekabr 1945[1][2][…], Turin) — İtalyan sənayeçisi.
Həyatı
[redaktə | mənbəni redaktə et]Anyelli 13 avqust 1866-cı ildə Villar Peroza şəhərində zadəgan ailəsində doğulub. Modenadakı hərbi akademiyanı bitirib, süvari dəstəsində zabit qismində qulluq edib.
1892-ci ildə hərbi karyerasına son qoyaraq bizneslə məşğul olmağa başlayıb.
11 iyul 1899-cu ildə Anyelli bir neçə şəriki ilə birlikdə Turində Fiat avtomobil şirkətini təsis edib.
Tezliklə o, şirkətin idarəçiliyində əhəmiyyətli fiqura çevrilib. Onun istehsal etdiyi ilk avtomobilin mühərriki 2.6 kilovat (3,5 at gücü) gücündə idi. Mühərrik arxa tərəfdə quraşdırılmışdı və o dövrün birsilindrli mühərriklərindən fərqli olaraq ikisilindrli idi.
Şirkətin kütləvi şəkildə istehsal etdiyi ilk avtomobil Fiat Zero oldu. 1904-cü ildə firmanın avtomobillərinin konstruksiyasında dəyişikliklər edildi:
-şirkətin istehsal etdiyi ilk modellərdə şassinin əsası rolunu oynayan taxta ramanın əvəzinə metal rama tətbiq edilməyə başlandı.
1920-ci ildə Anyelli Fiat-ın prezidenti seçildi. Anyelli avtomobillərin kütləvi istehsalının tərəfdarı idi. O, böhran illərində müflisləşən firmaları satın alaraq öz müəssisəni genişləndirirdi.
1923-cü ildə Anyelli İtaliya senatına seçildi. Anyellinin sayəsində Fiat İtaliyanın ən iri şirkətlərindən birinə çevrildi.
Birinci Dünya müharibəsi zamanı Fiat-ın müəssisələri İtaliya silahlı qüvvələrinin təchizatına böyük töhfə verdi.
1921-ci ildə Fiat-ın işçiləri "kapitalist" Anyellidən tələb etdilər ki, mülkiyyətindən imtina etsin. Bundan məyus olan Anyelli şirkətin rəhbərliyini tərk etdi.
Az sonra işçilər ona yalvararaq qayıtmasını və işləri yaxşı getməyən müəssisədə qayda-qanun yaratmasını xahiş etdilər. Anyelli qayıtmağa razılıq verdi.
O, Mussolini tərəfdarı idi. Müharibə ərəfəsində İtaliya sənayesinin səfərbər olunmasında Anyellinin misilsiz rolu olmuşdu.
Nəticədə 1945-ci ilin aprelində İtaliya Milli Azadlıq Komitəsi onu Fiat müəssisələri üzərində nəzarətdən kənarlaşdırdı. Covanni Anyelli 16 dekabr 1945-ci ildə vəfat etdi.
Onun işini nəvəsi Canni Anyelli davam etdirdi. Sonuncunun iştirakı ilə Tolyattidə kiçik litrajlı avtomobillər istehsal edən zavod tikildi. Həmin zavodda SSRİ-də "Jiquli" adı ilə tanınan Fiat-124 avtomobili buraxıldı. Bu avtomobil 1967-ci ildə Avropada "İlin avtomobili" titulunu qazandı.
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ 1 2 3 4 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
- ↑ 1 2 3 4 Giovanni Agnelli // Gran Enciclopèdia Catalana (kat.). Grup Enciclopèdia, 1968.