Şirazlı
Kənd | |
Şirazlı | |
---|---|
39°52′21″ şm. e. 44°39′16″ ş. u.HGYO | |
Ölkə | Ermənistan |
Rayon | Vedi rayonu |
Tarixi və coğrafiyası | |
Əsası qoyulub | 1873[1] |
Sahəsi |
|
Mərkəzin hündürlüyü | 840 m |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Rəsmi dili | |
Vikianbarda əlaqəli mediafayllar |
Şirazlı — Vedibasar mahalının Vedi rayonunda kənd.
Tarixi
[redaktə | mənbəni redaktə et]Şirazlı - İrəvan quberniyasının İrəvan qəzasında, indiki Vedi (Ararat) rayonunda kənd. Rayon mərkəzindən 5 km cənub-şərqdə, Vedi çayından axan arxın yanında yerləşir.
«İrəvan əyalətinin icmal dəftəri»ndə[3], Qafqazın 5 verstlik xəritəsində[4] qeyd edilmişdir.
Kənddə 1873-cü ildə 150 nəfər, 1886-cı ildə 235 nəfər, 1897-ci ildə 451 nəfər, 1904-cü ildə 229 nəfər, 1914-cü ildə 251 nəfər, 1916-cı ildə 480 nəfər azərbaycanlı yaşamışdır[5]. 1918-1919-cu illərdə azərbaycanlılar ermənilər tərəfindən qırğınlarla qovulmuş, İran və Türkiyədən köçürülən ermənilər burada yerləşdirilmişdir. İndiki Ermənistanda sovet hakimiyyəti qurulandan sonra sağ qalan azərbaycanlılar öz doğma kəndlərinə dönə bilmişdir. 1922-ci ildə burada 216 nəfər azərbaycanlı, 114 nəfər erməni, 1926-cı ildə 243 nəfər azərbaycanlı, 130 erməni, 1931-ci ildə 256 nəfər azərbaycanlı, 182 nəfər erməni[5], 1972-ci ildə 2616 nəfər azərbaycanlı, 873 erməni, 1987-ci ildə 3000 nəfər[6] yaşamışdır. 1988-ci ilin noyabr-dekabr aylarında azərbaycanlılar Ermənistan dövləti tərəfindən zorla qovulmuşlar. İndi ermənilər məskunlaşıb.
Toponim oğuzların şirazlı etnonimi[7] əsasında əmələ gəlmişdir. Etnotoponimdir. Quruluşca sadə toponimdir. Ermənistan prezidentinin 19. IV. 1991-ci il fərmanı ilə kəndin adı dəyişdirilib Vosgetap qoyulmuşdur.
Əhalisi
[redaktə | mənbəni redaktə et]11 may 1988-ci ildə Vedi rayonunun (Ararat) Şirazlı kəndində azərbaycanlılara dəyən ən ağır zərbə. 30-a qədər ev yandırıldı və dağıdıldı. 1 uşaq və 1 nəfər seyid bu toqquşmanın qurbanı oldu. Xeyli adam yaralandı.[8]
Görkəmli şəxsiyyətləri
[redaktə | mənbəni redaktə et]- Bəylər Əyyubov
- Səttar Səfərov (18 iyul 1937- 21 may 2011-ci il) - iqtisad elmləri doktoru, professor, Azərbaycan Respublikası Milli Məclisinin I çağırış (1995-ci il) və II çağırış (2000-ci il) deputatı.
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ https://www.cadastre.am/storage/files/pages/pg_8945925618_pg_907871769_HH_bnak._bar..pdf.
- ↑ Հայաստանի 2011 թ. մարդահամարի արդյունքները (erm.).
- ↑ İrəvan əyalətinin icmal dəftəri (araşdırma, tərcümə, qeyd və əlavələrin müəllifləri: Z.Bünyatov və H.Məmmədov (Qaramanlı), Bakı, «Elm», 1996. s.51
- ↑ Пагирев Д.Д. Алфавитный указатель к пятиверстной карт Кавказского края, Тифлис, Типография К.П.Казловского, 1913, s.295 (rus.)
- ↑ 1 2 erm. Խորհրդային Հայաստանի բնակչությունը վերջին հարյուրամյակում (1831-1931) Arxivləşdirilib 2020-09-24 at the Wayback Machine. Հեղինակ: Զավեն Կորկոտյան. Յերեվան: Մելքոնյան ֆոնդի հրատ, 1932.; rus. Население Советской Армении за последние сто лет (1831-1931) Arxivləşdirilib 2016-02-29 at the Wayback Machine. Автор: Завен Коркотян. Ереван: Издательство «Мелконян фонд», 1932.; azərb. Son yüzildə Sovet Ermənistanının əhalisi (1831–1931). Müəllif: Zaven Korkotyan. İrəvan: «Melkonyan fond» nəşriyyatı, 1932. s.86-87, 156-157
- ↑ erm. Խորհրդային Հայաստանի բնակչությունը վերջին հարյուրամյակում (1831-1931) Arxivləşdirilib 2020-09-24 at the Wayback Machine. Հեղինակ: Զավեն Կորկոտյան. Յերեվան: Մելքոնյան ֆոնդի հրատ, 1932.; rus. Население Советской Армении за последние сто лет (1831-1931) Arxivləşdirilib 2016-02-29 at the Wayback Machine. Автор: Завен Коркотян. Ереван: Издательство «Мелконян фонд», 1932.; azərb. Son yüzildə Sovet Ermənistanının əhalisi (1831–1931). Müəllif: Zaven Korkotyan. İrəvan: «Melkonyan fond» nəşriyyatı, 1932. s.239-240
- ↑ F.Kirzıoğlu. Rəvan türkləri, «Vətən həsrəti» qəz., 18. VI. 1993
- ↑ Eldar İsmayıl. "Ermənistan türklərinin 1988-ci il soyqırımı" (yenidən işlənmiş ikinci nəşri); Redaktor: Arif Məmmədli. Bakı, "Səda" nəşriyyatı, 2014. ISBN 5-86874-125-0. səh.227