tərbiyə
Görünüş
- Əski əlifba: تربییه
- Təhsil verməklə, hər hansı adət, ədəb və davranış qaydaları və s. aşılamaqla yetişdirib böyütmə. ..Əhməd bir daha evlənməyi özünə artıq bilib, daim [Rəfiqənin] tərbiyəsilə özü məşğul olardı. İ.Musabəyov.
- İnsanın, ümumi inkişaf, sistematik təsir və təlim nəticəsində biliyə, mədəni vərdişlərə və s.-yə yiyələnməsi; gözəl əxlaq. Gənclərin tərbiyəsilə yaxından məşğul olmaq lazım gəlirdi. Ə.Sadıq. Bəzən cavanların tərbiyəsi ilə də məşğul olmaq lazım gəlir. H.Seyidbəyli. _ Tərbiyə vermək (etmək) – bax tərbiyələndirmək. Mirzə qazandığı pul ilə dolanıb, oğlanlarına da tərbiyə verirdi. Ə.Haqverdiyev. Qəhrəman yaxşı dərk edirdi ki, övlad yetişdirib tərbiyə etmək ağır dağı çiyinə qaldırmaq deməkdir. S.Rəhimov.
Dünya xalqlarının dillərində
[redaktə]
|
Ural-Altay dil ailəsi: Türk qrupu
[redaktə]
|