[go: up one dir, main page]

Məzmuna keç

barmaq

Wiktionary saytından
[1] barmaq
İsim Tək Cəm
Adlıq halı barmaq barmaqlar
Yiyəlik halı barmağın barmaqların
Yönlük halı barmağa barmaqlara
Təsirlik halı barmağı barmaqları
Yerlik halı barmaqda barmaqlarda
Çıxışlıq halı barmaqdan barmaqlardan

azərbaycanca: barmaq

Kiril əlifbası : бармаг

Ərəb əlifbası: بارماق Hecalama: bar-maq

Mənalar :

  1. (Anatomiya) İnsanın və bəzi heyvanların əl və ayaqlarının qurtaracağındakı beş mütəhərrik üzvdən hər biri. Baş barmaq. Şəhadət barmağı. Orta barmaq. Adsız barmaq. Çeçələ barmaq. Barmaqlarının ucunda (yavaşca, ayaqlarının altını yerə vurmadan). // Əlcəkdə barmaq keçirilən yer.
  2. Maşın və mexanizmlərin milə oxşar girdə hissəsi – detalı. // Ümumiyyətlə, barmağa oxşayan hər şey.
  3. Təkərlərin dəndənəsindən çənbərinə qədər uzanan çubuqların hər biri.
  4. Məhəccər, sürahi ağacı.
  5. Yaba və şananın hər bir dişi, ucu.
  6. Barmaq uzunluğunda, barmaq boyda. [Kərim baba] çubuğun ortasından iki barmaq qədər kəsib, üstünü götürdü. A.Şaiq. // Adətən “bir”, “bircə” sözləri ilə – azacıq, çox az, çox kiçik, çox xırda, bir tikə. Beləcə Mahmud bircə barmaq kağız tapmaq fikri ilə yan-yörəsinə baxa-baxa su başına çatdı. Ə.Əbülhəsən. // Qatı bir mayeyə batırıldıqda bir barmağın aldığı miqdar. Bir barmaq doşab. – [Qaymaqdan] bir barmaq yediyi üçün Nadiri döyürlər, söyürlər.. Mir Cəlal.
  7. Şeirdə: heca ölçüsü, misralardakı hecaların sayına əsaslanan ölçü.

Tərcümələr Dünya xalqlarının dillərində

[redaktə]

Ural-Altay dil ailəsi: Türk qrupu

[redaktə]

İsim barmaq (kaa)- azərbaycanca:barmaq (kaa)