[go: up one dir, main page]

Məzmuna keç

kasa

Wiktionary saytından
HydrizBot (müzakirə | töhfələr) (Bot: Cleaning up old interwiki links) tərəfindən edilmiş 02:25, 25 aprel 2017 tarixli redaktə
(fərq) ← Əvvəlki versiya | Son versiya (fərq) | Sonrakı versiya → (fərq)

azərbaycanca: kasa

Mənalar :

  1. Çini, büllur, saxsı və ya metaldan qayrılmış ağzıgen qab. Mis kasa. Çini kasa. Kasaya xörək tökmək. Bir kasa su. – Axşam çay ortalığa gələndə gənə bir kasada qaynar süd ortalığa gəldi. C.Məmmədquluzadə. Kənd uşaqları əllərində badya, mis kasa dərəyə enirdilər. A.Şaiq.
  2. Baş sümüklərinin, beyni əhatə edən yuxarı hissəsi. Beyin kasası.
  3. Qaşıq və ona bənzər şeylərin çuxuru. Qaşıq kasası. Çömçə kasası. Tarın kasası.
  4. bot. bax kasacıq 2-ci mənada. Kasasını açır zanbaq; Xoş bir ətir saçır zanbaq. M.Dilbazi. ◊ Kasa rəqsi – içi su ilə dolu kasalarla ifa edilən xalq rəqsi. [Şahin:] Mənim orijinal bir nömrəm var. O da kasa rəqsidir; kasaları su ilə doldurub bir podnosa düzürəm və başıma qoyub rəqs eləyirəm. S.Rəhman. ...kasası daşmaq (dolmaq) – bir şeyin son həddini göstərir. Əvvəl bu fələk cümlədən əymişdi damağı; Qəm kasəsi daşdı. M.Ə.Sabir. [Gövhər xanım:] Daha bəsdir! Səbir kasam dolub daşmış. S.S.Axundov.

Tərcümələr Dünya xalqlarının dillərində

[redaktə]

Ural-Altay dil ailəsi: Türk qrupu

[redaktə]