Vorren Hardinq
Uorren Qamaliel Hardinq | |
---|---|
ing. Warren Gamaliel Harding | |
4 mart 1921 – 2 avqust 1923 | |
Vitse-prezident | Kalvin Kulic |
Əvvəlki | Vudro Vilson |
Sonrakı | Kalvin Kulic |
Şəxsi məlumatlar | |
Doğum adı | Warren Gamaliel Harding |
Doğum tarixi | 2 noyabr 1865[1][2][…] |
Vəfat tarixi | 2 avqust 1923[3][1][…] (57 yaşında) |
Vəfat səbəbi | ürək tutması |
Partiya | |
Fəaliyyəti | siyasətçi, qəzet redaktoru[d], dövlət xadimi, iş adamı |
Atası | Corc Trayon Hardinq |
Anası | Foub Elizabet Hardinq |
Həyat yoldaşı |
|
Uşaqları |
Marşal Yucin Devolf (oğulluğu) |
Dini | Protestant-Vəftiz |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Uorren Qamaliel Hardinq (ing. Warren Gamaliel Harding; 2 noyabr 1865[1][2][…] – 2 avqust 1923[3][1][…]) — Amerika Birləşmiş Ştatlarının 29-cu prezidenti (1921–1923).
ABŞ Uorren Hardinq prezidentliyi dövründə
[redaktə | mənbəni redaktə et]1920-ci ilin noyabr ayında keçirilmiş prezident seçkilərində respublikaçıların nümayandəsi Hardinq prezident seçildi. O, Oqayo ştatından idi. Uorren Hardinq hökuməti ilk növbədə iqtisadiyyatın dövlət tənzimlənməsinə ayrılan büdcə xərclərinin azaldılması təklifi ilə konqresdə çıxış etdi. O, "normal zaman" və "normal qaydalar" şüarını irəli sürərək fərdiyyətçilik prinsipini əsas götürdü. Hökumət şəxsi biznesin inkişafına xüsusi fikir verdi. Əməklə kapital arasında əməkdaşlıq yaradılması məqsədilə həmkarlar ittifaqları assosiasiyaları yaradıldı. 1921-ci ildə 1920-ci illə müqayisədə federal hökumətin xərcləri iki dəfə aşağı düşərək 3,3 milyard dollar təşkil etdi.
1920-ci ilin yayında ölkədə iqtisadi böhran başlandı, istehsal aşağı endi. Xarici ticarət iki dəfə azaldı, işsizlik artdı, əmək haqqı 25–50% ixtisar edildi, lakin böhran 1921-ci ilin sonu, 1922-ci ilin əvvəllərində iqtisadi yüksəlişlə əvəz olundu. ABŞ-də iqtisadi böhranın tez qurtarmasının səbəbləri daxli bazarın geniş tutumlu olması, yeni sənaye sahələrinə iri həcmli kapital qoyuluşu, ABŞ mallarının xarici ölkələrə ixracından və onun verdiyi borclardan gələn gəlirlər ilə əlaqədar idi. 1922-ci ildən iqtisadiyyatda inkişaf və ya "çiçəklənmə" ("prosperite") dövrü başlandı. Hardinqin hakimiyyəti illərində rüşvətxorluq halları artdığına görə üç nazir istefaya getməli oldu.
Bu dövrdə ABŞ-nin xarici siyasətində təcridçiliyin üstünlük təşkil etməsinə baxmayaraq xarici iqtisadi əlaqələr genişləndirildi. ABŞ 1921-ci ilin avqustunda Almaniya ilə müqavilə bağladı. Latın Amerikasında öz nüfuzunu gücləndirdi. Uzaq Şərqdə İngiltərə-ABŞ, Yaponiya-ABŞ arasındakı problemlər Vaşinqton konfransında qismən həll edildi.
Uorren Hardinq 1923-cü ilin iyun ayında ştatlar üzrə səfərə çıxır. Bu səfər çərçivəsində o, ABŞ prezidentləri arasında ilk dəfə Alyaskada olur. İyul ayının sonlarında Alyaskadan qayıdarkən mədəsi ilə bağlı problemlər yaşadığı üçün Vaşinqton ştatında özünün son çıxışını edir və Ohayo ştatına planlaşdırılan səfərini təxirə salaraq Kaliforniyada dincəlmək qərarına gəlir. San-Fransiskoda onun vəziyyəti daha da ağırlaşır və 2 avqust 1923-cü il tarixində saat 19:35-də ürək tutmasından vəfat edir. Həyat yoldaşı Florens onun meyitinin yarılmasına icazə vermədiyi üçün hazırda Hardinqin ölümü ilə bağlı bir sıra fərziyyələr mövcuddur. Onlardan bəzilərinə görə xanım Hardinq ərini özü öldürüb və ya öldürən şəxsi gizlətməyə çalışıb. Başqa bir versiyaya görə isə onu zəhərləyiblər.
Vitse-prezident Kalvin Kulic Uorren Hardinqin yerinə ABŞ-nin növbəti prezidenti olur.
Hardinq öldüyü vaxt onun atası hələ sağ idi və o ABŞ prezidentləri arasında Con Kennedi ilə yanaşı atasından əvvəl ölən 2 prezidentdən biridir.
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ 1 2 3 4 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
- ↑ 1 2 Warren G. Harding // Encyclopædia Britannica (ing.).
- ↑ 1 2 Гардинг Уоррен // Большая советская энциклопедия (rus.): [в 30 т.]. / под ред. А. М. Прохорова 3-е изд. Москва: Советская энциклопедия, 1969.
ABŞ ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |
- 2 noyabrda doğulanlar
- 1865-ci ildə doğulanlar
- 2 avqustda vəfat edənlər
- 1923-cü ildə vəfat edənlər
- 57 yaşında vəfat edənlər
- Respublikaçılar Partiyasının üzvləri (ABŞ)
- Əlifba sırasına görə vəzifəli şəxslər
- ABŞ qaralamaları
- Bioqrafik qaralamalar
- ABŞ prezidentləri
- ABŞ siyasətçiləri
- Ohayoda doğulanlar
- San-Fransiskoda vəfat edənlər
- ABŞ prezidentliyinə namizədlər (1920)
- ABŞ prezidentliyinə namizədlər (1916)