Volfram
| ||||||
Ümumi | ||||||
---|---|---|---|---|---|---|
Ad, İşarə, Nömrə | volfram, W, 74 | |||||
Qrup, Dövr, Blok | 6, 6, d | |||||
Xarici görünüşü | ||||||
Atom kütləsi | 183.84 q/mol | |||||
Elektron formulu | 4f14 5d4 6s2 | |||||
Fiziki xassələr | ||||||
Halı | ||||||
Sıxlığı | (0 °C, 101.325 kPa) q/L | |||||
Ərimə temperaturu | 3422 °C (3695 K, 6192 °F) | |||||
Qaynama temperaturu | 5555 °C (5828 K, 10031 °F) | |||||
Elektromənfiliyi | ||||||
Oksidləşmə dərəcəsi | +2, +3, +4, +5, +6 | |||||
Spektr = | ||||||
İonlaşma enerjisi | kCmol-1 |
Volfram (W) – D. İ. Mendeleyevin elementlərin dövri sistemində 74-cü element. Ən yüksək ərimə temperaturuna malikdir. Söz alman mənşəlidir: Wolfram. Bu ad ilə mineral Almaniyada lap çoxdan məlum idi. Bu, dəmir-manqan qarışıq volframatdır xFeWO4 ∙ yMnWO4. Ağırlığına görə onu çox vaxt qalay filizi hesab edirdilər, amma, bu filizdən heç bir metal əridilmirdi. Mədənçilərin bu daha bir "şeytan" flizinə şübhəli münasibəti onun adında da əks olundu: Wolf almanca "canavar". Bəs "ram" nədir? Orta əsrlər alman dilində ram — "qrum", onda volfram — "canavar qurumu" deməkdir (volframit mineralı qara rənglidir və qara iz buraxır). Güman ki, Wolfram latınca lupus — "canavar" və spuma — "köpük" sözlərindən düzəlib. Təsadüfi deyil ki, alman geoloq və mineroloq Qeorq Aqrikola (1494–1555) bu mineralı lupi spuma — "canavar köpüyü" adlandırmamışdır (onun müasir adı volframitdir).
"Volfram" sözü alman və rus dilində var, ingilis və fransız dillərində isə bu addan yalnız W işarəsi qalıb, volframit mineralının a formullarının adlarında. Digər hallarda adətən bu elementin başqa adı — tungsten istifadə olunur. Nə vaxtsa Berselius ağır mineralı belə adlandırmışdır. 1781-ci ildə isveç kimyaçısı Karl Vilhelm Şeele (1742–1786) bu mineraldan volfram oksidi ayırmışdır. İsveç dilində tung sten — "ağır daş", metalın adı da buradandır. Yeri gəlmişkən, sonra bu mineral (CaWO4) alimin şərəfinə şeelit adlandırıldı.
Həmçinin bax
[redaktə | mənbəni redaktə et]İstinadlar
[redaktə | mənbəni redaktə et]Mənbə
[redaktə | mənbəni redaktə et]- Илья Леенсон. Язык химии. Этимология химических названий. Москва: Издательство АСТ: CORPUS, 2016, 464 c.
Xarici keçidlər
[redaktə | mənbəni redaktə et] Kimya haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |