Vadi Ram
Vadi Ram | |
---|---|
ərəb. وادي رم | |
Ümumi məlumatlar | |
Mütləq hündürlüyü | 1.750 m |
Sahəsi | 720 km² |
Uzunluğu |
|
Yerləşməsi | |
29°35′35″ şm. e. 35°25′12″ ş. u.HGYO | |
Ölkə | İordaniya |
Vilayət |
|
|
|
|
|
Rəsmi adı | ing. Wadi Rum Protected Area |
Tipi | Təbii |
Kriteriya | i, iii, iv |
Tarixi | 2011 (12-ci sessiya) |
İstinad nöm. | 1377 |
Region | Ərəb ölkələri |
Vikianbarda əlaqəli mediafayllar |
Vadi Ram (ərəb. وادي رم) və ya Ay vadisi (ərəb. وادي القمر) — İordaniyanın Akaba mühafazasının 60 km şərqində yerləşən vadi və səhra. Vadi Ram İordaniyanın ən böyük vadisidir.[1] "Ram" sözü Arami dilində "yüksək" və ya "qalxaq" deməkdir.[2] Adının arami tələffüzü ilə olan əlaqəsini əks etdirmək üçün arxeoloqlar Ram vadisi yox, Vadi Ramm adından istifadə edirlər.
Tarixi
[redaktə | mənbəni redaktə et]Vadi Ram qədim dövrlərdən başlayaraq müxtəlif mədəniyyətlər tərəfindən məskunlaşdırılmışdır. Bu mədəniyyətlərdən biri olan nəbatilər burada qayaüstü rəsmlər, graffitilər və məbədlər yaratmışlar.
Qərbdə bu vadi Ərəbistanlı Lourensin Ərəb üsyanı (1917–1918) dövründə buradan bir neçə dəfə keçməsi ilə tanınır.[3] 1980-ci illərdə vadidəki qaya quruluşlarından biri Lourensin müharibənin sonlarında yazdığı eyniadlı kitabın şərəfinə "Müdrikliyin yeddi sütunu" adlandırılmışdır, lakin bu kitabda Ramla bağlı heç bir şey yoxdur.
Coğrafiya
[redaktə | mənbəni redaktə et]Ərazi Vadi Ramın əsas vadisində cəmlənmişdir. İordaniyanın ən hündür nöqtəsi olan 1,840 metrlik Cəbəl Umm ad Dami Vadi Ram kəndinin 30 km cənubunda yerləşir.[4] Bu kənd Ramdan olan Zalabiya bədəvisi Difallah Ateeq tərəfindən məskunlaşılmışdır. Aydın və təmiz havada buradan Səudiyyə Ərəbistanı ilə olan sərhədi və Qırmızı dənizi görmək mümkündür.
İordaniyanın və mərkəzi Ramın ən hündür ikinci zirvəsi olan Cəbəl Ram (dəniz səviyyəsindən 1.734 metr) Ram vadisində yerləşir və qarşısında yerləşən Cəbəl um İşrin ondan cəmi 1 metr alçaqdır.
Vadi Ramda yerləşən Xəzəli kanyonunda mağara divarında Tamidik dövrünə aid olduğunu düşünülən insan və antilop petroqlifləri aşkarlanmışdır. Vadi Ram qəsəbəsində hal-hazırda bir neçə yüz bədəvi yaşayır. Onların bir qız və bir oğlan məktəbi, bir neçə mağazası, dördtəkərli nəqliyyat vasitələri vardır.[5]
Son dövrlərdə Geof Lauton Vadi Ramda permakultura ekosisteminin qurulması sahəsində uğur əldə etmişdir.[6]
Filmlər
[redaktə | mənbəni redaktə et]Vadi Ramda bir çox filmin çəkilişində istifadə olunmuşdur. Film istehsalçıları bu yerdən xüsusilə Mars mövzusundakı filmlərin çəkilişində istifadə edirlər.[7]
- "Ərəbistanlı Lourens" — Devid Linin rejissorluğu ilə 1962-ci ildə çəkilmiş bu filmin böyük hissəsi Vadi Ramda lentə alınmışdır.[8]
- "Qırmızı planet" — 2000-ci il istehsalı bu filmdə Mars səthini təsvir etmək üçün Vadi Ramdan istifadə olunmuşdur.
- "Səhrada ehtiras" — 1998-ci ildə çəkilmiş bu filmin bəzi səhnələri burada çəkilmişdir.
- "Sifət" — BBC filmi olan bu film dırmaşma idmanına həsr olunub və Vadi Ram pionerləri olan Toni Hovard ilə Di Teylora həsr olunmuşdur.
- "Transformelər: Məğlubların qisası" — filmdə Vadi Ram Misir kimi təqdim olunmuşdur.
- "Ladan yolu" — qatardan görünən səhnələr.
- "Promotey" — gəlmə planeti üçün səhnələr.[9]
- "Kriş 3" — "Dil Tu Hi Bata" mahnısı.
- "Yayda may" — Çerien Dabis tərəfindən çəkilmiş film 2013-cü ildə Sandens Film Festivalına təqdim olunmuşdur. Vadi Ramda aparılmış uzun çəkilişlər film üçün müəyyən əfval-ruhiyyə yaratmışdır. Filmin baş personajı Vadi Ramda dünyadan uzaqda öz içərisində sakitlik tapır.
- "Marsdakı son günlər" — 2013-cü il istehsalı olan bu filmdə Mars səthini təsvir etmək üçün Vadi Ramdan istifadə olunmuşdur.[10][11]
- "Marslı" — Ridli Skotun rejissorluğu ilə çəkilmiş filmin Mars səhnələri Vadi Ramda çəkilmişdir.[12]
Mett Damon Vadi Ram haqqında deyir:[13]
Mən bu yerə pərəstiş edirəm, bura, doğrudan da, xüsusi yerdir. Bura mənim həyatımda gördüyüm ən gözəl və heyranedici yerlərdən biridir və bura indiyə qədər Yerdə gördüyüm yerlərin heç birinə bənzəmir. |
Qalereya
[redaktə | mənbəni redaktə et]-
Vadi Ram səhrası
-
Cəbəl Ramdan baxış
-
"Müdrikliyin yeddi sütunu"
-
Vadi Ramda Tamudik yazıları
-
Qaya daşı quruluşu
-
Nəbati məbədi
-
Cəbəl Um Frut körpüsü, Vadi Ramdakı təbii körpü
-
Vadi Ram Ziyarətçi Mərkəzi
-
2011-ci ildə
-
Vadi Ramda dağ.
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Mannheim, Ivan. Jordan Handbook. Footprint Travel Guides. 1 December 2000. səh. 293. ISBN 978-1-900949-69-9. 23 September 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 31 dekabr 2015.
- ↑ tours in Wadi Rum [ölü keçid]
- ↑ Ham, Anthony; Greenway, Paul. Jordan. Lonely Planet. 2003. səh. 212. ISBN 978-1-74059-165-2. 2022-09-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 31 dekabr 2015.
- ↑ Scheck, Frank Rainer. Jordanien: Völker und Kulturen zwischen Jordan und Rotem Meer (German). DuMont Reiseverlag. 1997. səh. 12. ISBN 978-3-7701-3979-8. 2021-11-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 31 dekabr 2015.
- ↑ Howard, Tony; Taylor, Di. Treks and Climbs in Wadi Rum, Jordan. Cicerone Press Limited. May 1997. səh. 20. ISBN 978-1-85284-254-3. 2019-10-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 31 dekabr 2015.
- ↑ "Arxivlənmiş surət". 2018-06-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-12-31.
- ↑ Stevens, Dana. "Saving Astronaut Watney". Slate. October 1, 2015. September 27, 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 31 dekabr 2015.
- ↑ "Touristic Sites - South of Amman". Kinghussein.gov.jo. 2020-11-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 31 dekabr 2015.
- ↑ Galloway, Stephen. "Return of the 'Alien' Mind". The Hollywood Reporter. May 16, 2012. October 16, 2012 tarixində arxivləşdirilib. İstifadə tarixi: 31 dekabr 2015.
- ↑ Forde, Leon. "Ruairi Robinson, The Last Days On Mars". Screen Daily. 2013-05-28. 2020-11-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 31 dekabr 2015.
- ↑ Cooper, Sarah. "Last Days On Mars". Screen Daily. 2012-07-19. 2018-09-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 31 dekabr 2015.
- ↑ "Ridley Scott's The Martian moves to Jordan". kftv.com. January 27, 2015. February 12, 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 31 dekabr 2015.
- ↑ "Ridley Scott and Matt Damon on Going to Jordan to Recreate Mars". Yahoo!. Yahoo!. 2015-09-30. 2017-09-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 31 dekabr 2015.
Xarici keçidlər
[redaktə | mənbəni redaktə et]- VikiSəyahətdə Wadi Rum haqqında səyahət məlumatları var.
- wadirum.jo — Rəsmi saytı