46°16′00″ şm. e. 86°50′00″ ş. u.HGYO

Cunqariya

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Cunqariya səhrası
Cunqariya səhrası
Cunqariya səhrası
Ümumi məlumatlar
Sahəsi 777,000 km²
Yerləşməsi
46°16′00″ şm. e. 86°50′00″ ş. u.HGYO
Ölkələr
Cunqariya səhrası xəritədə
Cunqariya səhrası
Cunqariya səhrası
Cunqariya səhrası (Asiya)
Cunqariya
səhrası
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Cunqariya[1] (monq. Зүүнгар «sağ əl»; çin. 準噶爾 Zhǔngáěr, qırğ. Жуңгарстан; qaz. Жоңғария; uyğ. جۇڭغار ئويمانلىقى) — Mərkəzi Asiyada yerlən səhra Çinin[2] şimal-qərbi, Monqolustanın qərbi və Qazaxıstanın şimal-şərqini əhatə edir. Şimal və şərqdə Monqol Altayı, cənubda isə Tyan-Şan dağları ilə əhatələnir. Mərkəzi Asiyanın tarixi və coğrafi regionudur. Səhrada əsasən yarımsəhra və çöl lanşaftı yayılmışdır. Cunqariyanın sahəsi 777 000 km² təşkil edir.

Cunqariya düzənliyi dağ silsilələri ilə əhatələnmişdir. Şimal-qərbdən Cunqar Alatausu, şimal-şərqdən Monqol Altayı, cənubdan Şərqi Tyan-Şan dağları, şərqdən isə Monqol Qobisi ilə əhatələnir.

Dəhranın ümumi sahəsi 777 000 km² təşkil edir. Geniş əraziyə malik səhra vaxtı ilə tarizdə mövcud olmuş dənizin dibidir. Dəniz Perm dövründə 280 milyon il öncə mövcud olmuşdur. Düzənliyin mərkəzində sahəsinə görə ikinci böyük səhra (düzənlikdə) yerləşir. Çində Dzosotın-Elisun adlanır (uyğurca Qurbantonqut). Səhranın mərkəzi hissəsi istənlən dəniz və okeanlardan uzqalığına görə Ginnesin Rekordlar Kitabına daxil edilmişdir (46°16,80′ şm. e. 86°40,20′ ş. u.HGYO)[3].

Cunqariyanın şimal və şərq hissəsi əsasən Cınqıl və Qrabendən təşkil olunub. Qərb hissə gilli, cənub isə qumlu suxurlardan ibarətdir. Bəzi hissələr duz gölləri və soranlıqlardır.

Özünün iqlim xüsusiyyətlərinə görə Cunqariya Qobidən kəskin fərqlənmir. Əsas fərqlər isə güçlü buxarlanma nisbətində yağıntının cuzi miqdarda düşmədi ilə seçilir. Yayda kəskin istilər, qışda isə sərt şaxtalar müşahidə edilir. Güçlü qum fırtınaları əsasən yaz ayları müşahidə edilir.

Cunqariya səhrasında Antilop, Xara-Sulta; Sayqa (təkcə qərb hissədə) yayılmışdır. Səhrada vəhşi dəvələrədə rast gəlinir. Cunqariyanın cənubunda üç növ təkdırnaqlı yayılmışdır: Ciqetay, Qulan və vəhşi Prjevalski atı.

Quşlardan 160 növünə rast (köçərilər və yumurta qoyaraq bala verənlər) gəlinir. Quşların böyük əksəriyəti Ulyanur gölü və Urunqu çayı boyunca yayılmışlar.

Bitkilər aləmi baxımından Cunqariya Qobinin hissələri arasında ən kasıbı hesab etmək olar. Səhranın şərq hissəsi digər ərazilərə nisbətəndə çoxdur. Cunqariyanın hec bir yerində ağaca rast gəlmək olmaz. Kol bitkilərindən Saksaul, Acılıqotu, QəpikotuCuzqun, otlardan : Yovşan, Qızılsəbət, Cıl, təpəliklərdə isə Rəvənd və kiçik zanbaqlara rast gəlinir.

Səhranın ərazisində vaxtı ilə Cunqar xanlığı mövcud olmuşdur.

  1. Lattimore (1973), p. 238
  2. Stahle, Laura N. "Ethnic Resistance and State Environmental Policy: Uyghurs and Mongols" (PDF). University of southern California. August 2009.[ölü keçid]
  3. Guinness Book of World Records, 1991. By Donald McFarlan, Norris McWhirter. P. 138