Tuyuq

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç

Tuyuq - (türkcə duyğu, duymaq sözündəndir) türk şairlərinin divan ədəbiyyatına bəxş etdikləri rübaiyə bənzəyən dörd misralıq şeir növü. Qafiyə quruluşu aaba, bəzən abab, az hallarda isə aaaa şəklindədir[1]. Rübaidə işlənən mövzular tuyuqda da işlənir. Ərəb və ədəbiyyatında olmayan, yalnız türk ədəbiyyatında istifadə olunan özünəməxsus nəzm şəklidir.Tuyuq əruz vəzninin rəməl bəhrindədir

İlk numunələrini XIV əsr Azərbaycan şairi Qazi Bürhanəddin (tr: Kadı Burhanettin) yaradıb. Maninin Divan ədəbiyatına oxşar sayılır. Əruz vəzninin failatun-failatun-failun qəlibi ilə yazılır. Xalq ədəbiyyatında mani, on birli heca ilə söylənilərsə, tuyuq adını alır. Qafiyə sistemi rübainin qafiyə sistemi ilə eynidir. Manidə olduğu kimi, cinaslı qafiyə istifadə olunur. Bununla belə, tuyuqda manidən fərqli olaraq məntiqi və məna bütünlüyü qorunmaqla hər bir misranın müstəqil mənası, ideyası olur[2]. Manidə isə ilk iki misra əsas mənanın yer aldığı son iki misraya zəmin yaratmaq funksiyası daşıyır.

Azərbaycan ədəbiyyatında bu janra ən çox müraciət edən şairlər Qazi Bürhanəddin, İmadəddin Nəsimi və XV əsr Çağatay şairi Əlişir Nəvai olmuşlar[3].

Türkcə duymaq, duyğu sözlərindən yaranmış tuyuq türk xalqlarının ədəbiyyat nümunəsi hesab olunur[4].

Tuyuq örnəkləri

[redaktə | mənbəni redaktə et]

Tuyuğun özəlliyi qafiəsindədir. Hər misra omonimik bitir: eyni cür səslənən, lakin müxtəlif anlam verən sözlər qafiyələşdirilir. Belə qafiəyə "təcnis" deyilir. İki cür təcnis var: tam və mürəkkəb.[5]

Tam təcnis

Ey özündən bixəbər qafil, oyan!
Həqqə gəl ki, həq deyil, batil, oyan!
Olma fani aləmə mail, oyan!
Mə'rifətdən nəsnə qıl hasil, oyan!(c) İmadəddin Nəsimi

Mürəkkəb təcnis

Söz deyəm əgər sana, inanasın,
Yar gözündür gözünə, sanasın,
Yarunı anda biləsun pədürür,
Gər karimə qarşı sən yasanasın!(c) Qazi Bürhanəddin

  1. "https://www.turkedebiyati.org - Tuyuğ Divan Edebiyatı Nazım (Şiir) Şekli ve Özellikleri. İstifadə tarixi: 25.08.2023". 2023-08-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-08-24.
  2. https://www.edebiyatvesanatakademisi.com - Tuyuğ nedir, anlamı, konusu, özellikleri ve tuyuğ örnekleri. İstifadə tarixi: 25.08.2023[ölü keçid]
  3. "https://www.edebiyatokulu.org - Edebiyat Okulu - Tuyuğ. İstifadə tarixi: 25.08.2023". 2023-08-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-08-24.
  4. https://www.azerbaijans.com - Poeziya janrları. İstifadə tarixi:25.08.2023
  5. "Библиотека классической тюркской поэзии - Туюг". 2015-02-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-04-27.