Tərkibbənd

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç

Tərkibbənd (ərəbcə: tərkibfarsca: bənd) — Klassik Şərq, o cümlədən Azərbaycan ədəbiyyatında şeir forması.

Şəkil baxımından dəyişən lirik şeir janrlarındandır. Məhəbbət, gözəllik, ictimai siyasi mövzularda yaradılan tərkibənd qafiyə sisteminə görə müxtəlif bəndlərdən ibarət olub hər bəndində 6-12-14-dək, bəzən də daha çox misra olur.

Tərkibbənd mövzu və vəzn etibarilə bir olub, müxtəlif qafiyə sisteminə malik klassik şeir formalarından biridir. Füzulinin "Mənəm ki qafiləsalarikarivani - qəməm" tərkibbəndi məşhurdur[1].

Ruhi Bağdadinin 17 bəndlik tərkibbəndi ona şöhrət qazandırıb. Bu tərkibbənd həcv olub, sosial məzmundadır[2].

Azər Bəydili də bu üslubdan istifadə etmişdir.[3]

  1. "TƏRKİBBƏND" (az.). obastan.com. 2012–2014. İstifadə tarixi: 2014-11-15.
  2. Ramil Əliyev. "Türkiyə ədəbiyyatı". Azərbaycan Milli Kitabxanası (az.). anl.az. 23 noyabr 2013. 2022-01-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-11-15.
  3. Smith, Matthew C. "Betrayed by Earth and Sky: Poetry of Disaster and Restoration in Eighteenth-Century Iran". Journal of Persianate Studies (ingilis). 11 (2). 2019: 175–202. doi:10.1163/18747167-12341326.