Salvin çayı

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Salvin çayı
Ölkə
Mənsəbi Andaman dənizi
Uzunluğu
  • 2.815 km
Su sərfi 4.876 m³/s
Hövzəsinin sahəsi 325.000 km²
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Salvin Cənub-Şərqi Asiya yerləşən çayıdır, uzunluğu təxminən 3,289 kilometr (2,044 mil), Tibet yaylasından Andaman dənizinə axır. Salvin çayının əsas hissəsi Çinin cənub-qərbində və Myanmanın şərqində (Birma) axır, qısa bir hissəsi Birma və Tayland sərhədindən axaraq ölkələr arasındakı sərhədi təşkil edir. Çay axarının çox hissəsi boyunca o, möhkəm dağ kanyonlarından sürətlə axararaq keçir. Çayın böyük uzunluğuna baxmayaraq, onun yalnızca son 90 kilometr (56 mil) gəmiçiliyə yararlıdır, burada Molamyayn ərazisində kiçik bir estuardelta təşkil edir. Çay axdığı ölkələr boyunca müxtəlif adlarla tanınır.

Məsələn Birmada Thanlwin və Çində Nu çayı . Əksər dillərdə istifadə olunan "Salween" adî 19-cu əsrdə tərtib edilən Britaniya xəritələrində rast gəlinən çayın Birmada istifadə olunan adının ingiliscəyə tərcüməsidir .


Coğrafi cəhətdən təcrid olunmuş böyük hündürlük və geniş enlik diapazonuna görə Salvin hövzəsi dünyanın ekoloji cəhətdən ən çox müxtəliklərə rast gəlinən bölgələrindən biri hesab olunur və təxmini 25 hövzədən ibarətdir.  Çay ətrafı sahələr xeyli heyvan növlərinə və minlərlə bitki növünə ev sahibliyi edir. Çay axarı boyunca kənd təsərrüfatı üçün su təmin edir və xüsusilə də delta bölgəsində bol sululuq balıqçılıqla məşğul olmaq üçün şərait yaradır. Salvin hövzəsi Tibet Yaylası və Çinin şimal-qərbində çoxsaylı aborigen etnik azlıq qruplarına ev sahibliyi edir. Təxminən 5000 il əvvəldən başlayaraq insanlar çay hövzəsi boyunca cənuba doğru köç edərək tarix boyunca müxtəlif kiçik krallıqlar və şəhər dövlətləri qurmuşdurlar.

Son 1000 il ərzində Salvin qərbdə Birma imperiyalarının, cənubda Siam Krallığının və şərqdə İmperator Çininin müxtəlif sərhədlərini müəyyənləşdirdi, Salvin hövzəsinin orta hissəsi Şan dövləti ilə mübahisə edilən ərazilər idi. 19-cu əsrdə Britaniya İmperiyası Molamyayn şəhərini tutaraq buranı uzun onilliklər boyu işğal etdikləri Birmanın müstəmləkə paytaxtı olaraq istifadə etdi. 1948-ci ildə Birma müstəqillik əldə etdikdən sonra Salvin hövzəsi Birma Vətəndaş Müharibəsinin bir neçə cəbhəsi üçün döyüş meydanı rolu oyanmışdır, Şan əyalətində və Karen əyalətində ( Kayin əyaləti ) geniş ərazilər Birma ordusu ilə yerli etniklərin arasında mübahisəli ərazilər idi.

Salvin Asiyada ən az bölünməyə və süni dəyişikliklərə rast gəlinən böyük çay sistemlərindən biridir, çayın mənbəyindən mənsəbinə qədər və qollarında yalnız bir neçə kiçik bənd var. Çayın mənbəyindən mənsəbinə qədər 5,000 metr (16,000 ft) aşağı düşməsi ona yüksək dərəcədə hidroenergetik potensialı qazandırır. 1970-ci illərdən başlayaraq Birma və Tailand hökumətləri çay hövzəsi boyunca su elektrik stansiyaları üçün nəhəng bəndlər tikmək üçün çalışırlar. Çin öz növbəsində Salvinin yuxarı hissəsində bəndlər inşa etməyi planlaşdırırdı, lakin 2016-cı ildə bu bənd inşası planları ərazidə yaradılacaq milli parkın üçün ləğv olundu. MyanmaTaylanddakı bənd layihələrinin gələcəyi isə hələ də qeyri-müəyyən olaraq qalır.