Qazax qəzası

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Bu məqalə Qazax qəzası haqqındadır. Digər mənalar üçün Qazax (dəqiqləşdirmə) səhifəsinə baxın.
Qazax qəzası
Quberniyanın gerbi
Quberniyanın gerbi
Ölkə Rusiya İmperiyası Rusiya imperiyası
Azərbaycan AXC
Azərbaycan Azərbaycan SSR
Quberniya Yelizavetpol quberniyası
Mərkəzi Qazax
Yaradılıb 9 dekabr 1867
Ləğv edilib 1929
Sahəsi 6024,2 verst²[1] (1897)
Əhalisi 112074 nəfər[1] (1897)
Xəritə
Qazax qəzası xəritədə
Qazax qəzası 1 yanvar 1903-cü illər xəritəsi.

Qazax qəzasıÇar RusiyasıAzərbaycan Xalq Cümhuriyyəti dövründə mövcud olmuş inzibati-ərazi vahidi. Hal-hazırda AğstafaQazax rayonlarının yerləşdiyi ərazidə mövcud olmuşdur.

Qazax qəzası Səfəvilər dövründə Gəncə-Qarabağ bəylərbəyiliyinin tərkibinə daxil idi. XVIII əsrin birinci rübündə Osmanlı dövlətinin əlinə keçmiş, Tiflis əyalətinin tərkibinə qatılmışdı. 1723–1728-ci illərdə tərtib olunmuş "Tiflis əyalətinin müfəssəl dəftəri"nə görə, Qazax bölgəsi "liva" ("sancaq") statusuna malik olmuş, İncə, Çuvar, Axstav və Türk nahiyələrini əhatə etmişdi. Səfəvilərdən sonra hakimiyyətə gələn Nadir şah (1736–1747) bu torpaqları öz hakimiyyəti altına qaytarmışdı. Gəncə-Qarabağ bəylərbəyi Uğurlu xan Ziyadoğlu Nadirin şah seçilməsinə etiraz etdiyi üçün Qazax torpaqları ŞəmşəddilBorçalı ilə birlikdə Kartli çarı Teymurazın idarəsinə verilmişdi. Şəki xanı Hacı Çələbinin (1743–1755) Kartli çarı II İrakli üzərində qələbəsindən (1752) sonra Qazax sultanlığı Şəki xanlığının tərkibinə qatılmışdı. XVIII əsrin axırlarında Qazax sultanlığı yenidən II İraklinin hakimiyyəti altına keçmişdi. Bu dövrdə Qazax sultanlığı Şəmşəddil ilə birlikdə Qazax-Şəmşəddil sultanlığı adlandırılmışdı. Bu sultanlıq 1801-ci ildə Rusiyaya ilhaq edilmiş, 1819-cu ildə ləğv olunaraq, yerində QazaxŞəmşəddil distansiyaları yaradılmışdı. 1840-cı il inzibati-ərazi bölgüsü zamam QazaxŞəmşəddil distansiyaları sahəyə çevrilərək Gürcü-İmereti quberniyasının Yelizavetpol (Gəncə) qəzasının tərkibinə daxil edilmişdi. XIX əsrin 40-cı illərindəki aqrar islahatları zamanı Qazax və Şəmşəddil kəndlilərinin çar hakimiyyətinə qarşı çıxışları (1844–1845) baş vermişdi. 1846-cı il dekabrın 14-də keçirilən yeni inzibati ərazi bölgüsü zamanı QazaxŞəmşəddil Tiflis quberniyasının tərkibinə qatılmışdı.

Lakin dəyişikliklər bununla başa çatmamış, "Qafqaz və Zaqafqaziya diyarının idarə olunmasının dəyişdirilməsi haqqında" 1867-ci il 9 dekabr tarixli çar fərmanı ilə yeni Yelizavetpol Quberniyası təşkil edilmişdi. Həmin fərman əsasında Yelizavetpol (Gəncə) quberniyasının tərkibində ayrıca Qazax qəzası yaradılmışdı. 1917-ci il Qafqaz təqviminin məlumatına görə, Qazax qəzasının sahəsi 5096,52 kv.verst idi. Qəzada 137049 nəfər əhali yaşayırdı. Onun 78601 nəfəri (57,4%) kişi, 58448 nəfəri (42,6%) qadın, 131032 nəfəri yerli sakin, 6.017 nəfəri müvəqqəti yaşayanlar idi. Burada qəza idarə sistemi mövcud idi. Qəzada iri mülkədar təsərrüfatları üstünlük təşkil edirdi. Qazax qəzasında əkinə yararlı torpağın 98,9%-i (518573 desyatin) xəzinəyə və mülkədarlara məxsus idi. Kəndlilərin ixtiyarında isə cəmi 5362 desyatin satınalma pay torpağı vardı. Qəzanın iqtisadi həyatında kənd təsərrüfatı əsas yer tuturdu. Fevral inqilabından (1917) sonra Qazax qəzasında Müvəqqəti hökumətin yerli hakimiyyət orqanları yaradılmağa başladı. Martda Qazax Şəhər icraiyyə komitəsi seçildi. Oktyabr çevrilişindən (1917) sonra Qazax qəzası Zaqafqaziya komissarlığının hakimiyyəti altına keçdi. Bu dövrdə qəzada kəndli hərəkatı genişləndi. Bolşeviklər kəndlilərin narazılığından istifadə edərək fəallaşdılar. 1917-ci il dekabrın ikinci yarısında Qovlar stansiyasında Stepan ŞaumyanHəmid Sultanovun iştirakı ilə müşavirə keçirildi. Müşavirədə mülkədar torpaqlarının müsadirə edilərək kəndlilərə verilməsi, silahlı kəndli dəstələri yaradılması haqqında qərarlar qəbul olundu. 1918-ci il yanvarın əvvəllərində kəndli çıxışlan artdı. Bəzi tədqiqatlarda Qazax qəzasında 1918-ci ilin yanvar-iyun aylarında sovet hakimiyyəti qurulduğu qeyd edilir.

Azərbaycan Xalq Cümhuriyyəti 1918-ci ilin iyununda Qazax qəzasında öz hakimiyyətini bərqərar edə bildi. Ermənistan Respublikası, digər Azərbaycan torpaqları kimi, Qazax qəzasının dağlıq hissəsinə də iddia irəli sürdü. Azərbaycan Xalq Cümhuriyyəti dövründə Qazax qəzası ilə əlaqədar bəzi qanunvericilik sənədləri qəbul olunmuşdu. 1918-ci il iyunun 22-də Qori müəllimlər seminariyası Azərbaycan Şöbəsinin Qazaxa köçürülməsi üçün vəsait ayrılması barədə qərar qəbul edilmiş, 21 oktyabr tarixli qərarla seminariyanın saxlanmasına vəsait ayrılmışdı. 1918-ci il 12 iyul tarixli qərarla Salahlı, Şıxlı kəndlərində və Poylu stansiyasında sərhəd məntəqələri təşkil olunmuşdu. Qazax qəzasının idarəçiliyini möhkəmləndirmək üçün də tədbirlər görülmüşdü. 1919-cu il 17 fevral tarixli qərarla qəzada, müvəqqəti olaraq, Daxili İşlər Nazirliyinin fövqəladə səlahiyyətli müvəkkili vəzifəsi təsis olunmuşdur. Belə ki, Azərbaycan hökumətinin 7 may 1919-cu il tarixli qərarı ilə parlament üzvü Rza bəy Qaraşarlı Qazax qəzasında mövcud bütün rəhbərlərdən daha üstün səlahiyyətlərə sahib olan Daxili İşlər Nazirliyinin fövqəladə səlahiyyətli müvəkkili vəzifəsinə təyin olunaraq maddi yardımla təmin olunmuşdur.[2] Lakin Cümhuriyyət Hökumətinin aqrar məsələnin həllini ləngitməsi Qazax qəzasında kəndlilərin narazılığının davam etməsinə səbəb oldu. 1919-cu ilin sentyabrında Qazaxda kəndli qurultayı keçirildi. Qurultay torpaq məsələsi haqqında bolşevik qətnaməsini qəbul etdi. Vəziyyəti nəzərə alan Cümhuriyyət Hökuməti Bakı qubernatorunun köməkçisi Əmiraslan xan Xoyskini Qazax qəzasına göndərsə də, o tezliklə buranı tərk etməli oldu. Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra Qazax qəzasında hərbi inqilab komitəsi yaradıldı.

Qazax qəzası aşağıdakı əraziləri əhatə edirdi:

Ermənistanda sovet hökuməti qurulduqdan (1920, 29 noyabr) sonra Qazax qəzası ərazisinin 44,5%-i, o cümlədən 1874-cü il inzibati bölgüsünə görə Azasu, Qaradaş, Qılınc kənd, Uzuntala, Baranin, Qalaçı, Kötikənd, Qoşqotan Külpi, Yeni Dilican, Köhnə Dilican, Karvansara, Qaraqo yunlu, Polad, Ayrım, Xaştar, Başkənd, Küləli, Mixaylovsk, Tatlıkənd, Tovuzqala kəndləri Ermənistanın tərkibində qaldı. Qazax qəzasının Azərbaycanın tərkibində qalan torpaqlarında Qazax, Ağstafa, Tovuz, Gədəbəy (Gədəbəy rayonunun bir qismi Qazax qəzasının ərazisinə daxil idi), Ermənistana verilmiş torpaqlarda isə Karvansaray (İcevan), Barana (Noyemberyan), Çəmbərək (Qırmızıkənd) (Krasnoselsk), Şəmşəddin və ya Tovuzqala (Berd), Dilican rayonları yaradıldı.

  1. 1 2 "Первая всеобщая перепись населения Российской Империи 1897 г." 2012-03-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-02-08. (rus.)
  2. Qanunverici aktlar, 1998. səh. 538
  • Tiflis əyalətinin müfəssəl dəftəri. Borçalı və Qazax (1728-ci il). Bakı: 2001;
  • Азербайджанская Демократическая Республика (1918–1920). Внешняя политика (документы и материалы), Баку: 1998.
  • Закондательные акты (сборник документов). Баку: 1998;
  • Миралаев Т.С., Революционное движение трудяшихся крестьян партия-организатор победы Советской власти и строительства социальства социализма в Азербаиджане. Баку: 1958.