Piqment
Piqment (lat. pigmentum — rəng) — plastik kütlə, rezin, kağız və s.-nin boyadılmasında, poliqrafiya və rəngsaz boyaların hazırlanmasında işlədilən müxtəlif rəngli narın tozlar[1].
Piqmentlər (biologiyada)
[redaktə | mənbəni redaktə et]Orqanizm toxumalarının tərkibinə daxil olan rəngli maddələr. Piqmentlərin mühüm və müxtəlif rolu var. Ən geniş yayılan Piqmentlər-porfirinlər və karotinoidlər və onların oksidləşmiş törəmələri sarı, narıncı, yaxud qırmızı rəngli Piqmentlərdir. Bunlar yaşıl bitkilərin, həmçinin yosunların, göbələklərin, bakteriyaların tərkibində olur. Göyyaşıl və qırmızı yosunlarda köməkçi fotosintez Piqmentləri var. Heyvanların görmə orqanlarında görmə piqmenti var. Piqment sistemi orqanizmdə xarici mühitin işıq şəraitini maddələr mübadiləsi ilə əlaqələndirən bir halqadır. Ən mühüm funksiyası bitkilərdə fotosintez, heyvanlarda isə görmə prosesində iştirak edir. İnsan orqanizmində piqmentin hər hansı pozğunluğu müxtəlif mübadilə məhsullarının toplanmasından və bəzi xəstəliklərdən baş verir.
Xarici keçid
[redaktə | mənbəni redaktə et]Həmçinin bax
[redaktə | mənbəni redaktə et]İstinad
[redaktə | mənbəni redaktə et]- ↑ Məmmədov Q.Ş., Xəlilov M.Y. Ensiklopedik ekoloji lüğət Bakı 2008