Numidiya
Numidiya | |
---|---|
belar. Inumiden | |
Rəsmi dilləri | |
İdarəetmə forması | Monarxiya |
Vikianbarda əlaqəli mediafayllar |
Numidiya (lat. Numidia, belar. Inumiden) — Şimali Afrikada, indiki Əlcəzairin şərqində qədim tarixi vilayət və tarixi dövlət.
Tarixi
[redaktə | mənbəni redaktə et]E.ə. I minilliyin sonunda köçəri tayfaların tədricən əkinçilik və oturaq maldarlığa keçməsi ilə Numidiyada polis təşkilatlı şəhərlər formalaşmışdır. Bunlara Sirta (indiki Konstantina), Tutqa, Teveste, Sikka və s. aiddir. E.ə. III əsrdə Numidiya Karfagen dövlətinə tabe edilmişdir. Numidiyada Karfagenin hökmdarlarına qarşı dəfələrlə üsyanlar baş vermişdir. Şərqi Numidiya padşahı Masinissa İkinci Pun müharibəsində (e.ə. 218–201) romalılara yardım göstərmiş və onların köməyi ilə bütün Numidiyanın öz hakimiyyəti altında birləşdirmişdir. Masinissanın (e.ə. 201–149) hakimiyyəti dövründə Numidiya xüsusilə güclənmişdir. Vilayətdə şəhərlər inkişaf etmiş, ərazisi və Aralıq dənizi dövlətləri ilə ticarət əlaqələri genişlənmişdir. E.ə. 111–105-ci illərdə Numidiya Romanın tabeliyinə keçmişdir və e.ə. 46-cı ildə isə Romanın Yeni Afrika vilayətinə çevrilmişdir. Numidiyanın 429–430-cu illərdə vandallar, 533-cü ildə Bizans, VII əsrdə isə ərəblər işğal etmişdir.[1]
Əhalisi
[redaktə | mənbəni redaktə et]Numidiya əhalisi əsasən bərbərlərdən ibarət idi.[1]
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ 1 2 Нумидија // Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә]. VII ҹилд: Мисир—Прадо. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев. 1983. С. 302.
Əlavə ədəbiyyat
[redaktə | mənbəni redaktə et]- Daho, Keltoum Kitouni; Filah, Mohamed El Mostéfa. L'Algérie au temps des royaumes numides ["Algeria at the time of the Numidian kingdoms"] (fransız). Somogy Editions d'Art. 2003. ISBN 2850566527.
- Horn, Heinz Günter; Rüger, Christoph B. Die Numider. Reiter und Könige nördlich der Sahara ["The Numidians. Horsemen and kings north of the Sahara"] (alman). Rheinland. 1979. ISBN 3792704986.
- Kuttner, Ann. Representing Hellenistic Numidia, in Africa and at Rome // Jonathan R. W. Prag, Josephine Crawley Quinn (redaktor). The Hellenistic West. Rethinking the Ancient Mediterranean. Cambridge University. 2013. 216–272. ISBN 1107032423.
- Quinn, Josephine Crawley. Monumental power: 'Numidian Royal Architecture' in context // Jonathan R. W. Prag, Josephine Crawley Quinn (redaktor). The Hellenistic West. Rethinking the Ancient Mediterranean (PDF). Cambridge University. 2013. 179–215. ISBN 1107032423.