Norveç Avroviziya Mahnı Müsabiqəsində
Norveç Avroviziya Mahnı Müsabiqəsinə ilk dəfə 1960-cı ildə qoşulmuş və ümumilikdə 58 dəfə müsabiqədə iştirak etmişdir. Avroviziya qatılmasından sonra ölkə yalnız iki dəfə müsabiqədə iştirak etməmişdir. 1970-ci ildə müsabiqənin qaydalarına etiraz olaraq ölkə iştirakdan imtina etmiş, 2002-ci ildə isə bir neçə il ard-arda göstərdiyi zəif nəticələr səbəbindən Avropa Yayım İttifaqı tərəfindən müsabiqədən kənarlaşdırılmış və növbəti il yenidən geri dönmüşdür. Norveç üç dəfə Avroviziyada qələbə qazanmışdır. Müsabiqəni ölkədə yeganə yayımlamaq hüququ olan NRK telekanalı Norveçin Avroviziya təmsilçilərini telekanalın təşkil etdiyi Melodi Grand Prix mahnı festivalı vasitəsilə seçir.
Üç dəfə Avroviziyada qalibiyyət əldə edən Norveçin ilk qələbəsi 1985-ci ildə Bobbysocks qrupunun ifa etdiyi "La det swinge" mahnısı ilə qazanılmışdır. İkinci Avroviziya qalibiyyətini isə Norveçə Secret Garden qrupu norveç dilində səsləndirdikləri "Nocturne" mahnısı ilə qazandırmışdır. Norveç müsabiqədə üçüncü dəfə 2009-cu ildə Aleksandr Rıbakın ifa etdiyi "Fairytale" mahnısı ilə qələbə qazanmışdır. 2009-cu ildə Norveçin müsabiqədə topladığı 387 xal Avroviziyanın 1975-2015-ci illərdəki səsvermə metoduna görə rekord saydır.
Norveç eyni zamanda dörd dəfə müsabiqəni 0 xalla başa vurmaqla və həmçinin, 11 dəfə müsabiqədə sonuncu yeri tutmaqla özünə məxsus antirekordlara da malikdir. İndiyədək Norveç üç dəfə Avroviziyaya ev sahibliyi etmişdir; bunlardan ikisi paytaxt Osloda və biri isə Bergen şəhərində keçirilmişdir.
Təmsilçilər
[redaktə | mənbəni redaktə et]1960 | Norveçcə | Nora Brokstedt | "Voi Voi" | 4 | 11 | ||
1961 | Norveçcə | Nora Brokstedt | "Sommer i Palma" | 7 | 10 | ||
1962 | Norveçcə | İnqer Yakobsen | "Kom sol, kom regn" | 10 | 2 | ||
1963 | Norveçcə | Anita Tallauq | "Solhverv" | 13 | 0 | ||
1964 | Norveçcə | Arne Bendiksen | "Spiral" | 8 | 6 | ||
1965 | Norveçcə | Kirsti Sparboe | "Karusell" | 13 | 1 | ||
1966 | Norveçcə | Ose Kleveland | "Intet er nytt under solen" | 3 | 15 | ||
1967 | Norveçcə | Kirsti Sparboe | "Dukkemann" | 14 | 2 | ||
1968 | Norveçcə | Odd Börre | "Stress" | 13 | 2 | ||
1969 | Norveçcə | Kirsti Sparboe | "Oj, oj, oj, så glad jeg skal bli" | 16 | 1 | ||
1971 | Norveçcə | Hanne Kroq | "Lykken er" | 17 | 65 | ||
1972 | Norveçcə | Qrete Kausland və Benni Borq | "Småting" | 14 | 73 | ||
1973 | İngiliscə, Fransızca | Bendik Singers | "It's Just a Game" | 7 | 89 | ||
1974 | İngiliscə | Anne-Karine Ström və Bendik Singers | "The First Day of Love" | 14 | 3 | ||
1975 | İngiliscə | Ellen Nikolaysen | "Touch My Life (With Summer)" | 18 | 11 | ||
1976 | İngiliscə | Anne-Karine Ström | "Mata Hari" | 18 | 7 | ||
1977 | Norveçcə | Anita Skorqan | "Casanova" | 14 | 18 | ||
1978 | Norveçcə | Yan Teiqen | "Mil etter mil" | 20 | 0 | ||
1979 | Norveçcə | Anita Skorqan | "Oliver" | 11 | 57 | ||
1980 | Norveçcə | Sverre Kyelsberq və Mattis Hetta | "Sámiid ædnan" | 16 | 15 | ||
1981 | Norveçcə | Finn Kalvik | "Aldri i livet" | 20 | 0 | ||
1982 | Norveçcə | Yan Teiqen və Anita Skorqan | "Adieu" | 12 | 40 | ||
1983 | Norveçcə | Yan Teiqen | "Do Re Mi" | 9 | 53 | ||
1984 | Norveçcə | Dollie de Luxe | "Lenge leve livet" | 17 | 29 | ||
1985 | Norveçcə | Bobbysocks | "La det swinge" | 1 | 123 | ||
1986 | Norveçcə | Ketil Stokkan | "Romeo" | 12 | 44 | ||
1987 | Norveçcə | Keyt Qulbrandsen | "Mitt liv" | 9 | 65 | ||
1988 | Norveçcə | Karolin Krüqer | "For vår jord" | 5 | 88 | ||
1989 | Norveçcə | Britt Sinnöve | "Venners nærhet" | 17 | 30 | ||
1990 | Norveçcə | Ketil Stokkan | "Brandenburger Tor" | 21 | 8 | ||
1991 | Norveçcə | Just 4 Fun | "Mrs. Thompson" | 17 | 14 | ||
1992 | Norveçcə | Meret Tröan | "Visjoner" | 18 | 23 | ||
1993 | Norveçcə | Silye Viqe | "Alle mine tankar" | 5 | 120 | ||
1994 | Norveçcə | Elizabet Andreassen və Yan Verner Danielsen |
"Duett" | 6 | 76 | ||
1995 | Norveçcə | Secret Garden | "Nocturne" | 1 | 148 | ||
1996 | Norveçcə | Elizabet Andreassen | "I evighet" | 2 | 114 | ||
1997 | Norveçcə | Tor Endresen | "San Francisco" | 24 | 0 | ||
1998 | Norveçcə | Lars A. Fredriksen | "Alltid sommer" | 8 | 79 | ||
1999 | İngiliscə | Stiq Van Eiyk | "Living My Life Without You" | 14 | 35 | ||
2000 | İngiliscə | Charmed | "My Heart Goes Boom" | 11 | 57 | ||
2001 | İngiliscə | Haldor Leqreid | "On My Own" | 22 | 3 | ||
2003 | İngiliscə | Yostein Hasselqard | "I'm Not Afraid To Move On" | 4 | 123 | ||
2004 | İngiliscə | Knut Anders Sörum | "High" | 24 | 3 | ||
2005 | İngiliscə | Wig Wam | "In My Dreams" | 9 | 125 | 6 | 164 |
2006 | Norveçcə | Kristin Quldbrandsen | "Alvedansen" | 14 | 36 | ||
2007 | İngiliscə, İspanca | Quri Şanke | "Ven a bailar conmigo" | 18 | 48 | ||
2008 | İngiliscə | Mariya Hökaas Storenq | "Hold On Be Strong" | 5 | 182 | 4 | 106 |
2009 | İngiliscə | Aleksandr Rıbak | "Fairytale" | 1 | 387 | 1 | 201 |
2010 | İngiliscə | Didrik Solli-Tangen | "My Heart Is Yours" | 20 | 35 | ||
2011 | İngiliscə, Suahilicə | Stella Muanqi | "Haba Haba" | 17 | 30 | ||
2012 | İngiliscə | Tuci | "Stay" | 26 | 7 | 10 | 45 |
2013 | İngiliscə | Marqaret Berqer | "I Feed You My Love" | 4 | 191 | 3 | 120 |
2014 | İngiliscə | Karl Espen | "Silent Storm" | 8 | 88 | 6 | 77 |
2015 | İngiliscə | Mörland və Debra Skarlett | "A Monster Like Me" | 8 | 102 | 4 | 123 |
2016 | İngiliscə | Aqnete | "Icebreaker" | 13 | 63 | ||
2017 | İngiliscə | JOWST | "Grab the Moment" | 10 | 158 | 5 | 189 |
2018 | İngiliscə | Aleksandr Rıbak | "That's How You Write a Song" | 15 | 144 | 1 | 266 |
2019 | İngiliscə, Şimali Saamca | KEiiNO | "Spirit in the Sky" | 6 | 331 | 7 | 210 |
Səsvermə tarixi
[redaktə | mənbəni redaktə et]Norveçin ən çox xal verdiyi ölkələr | ||
---|---|---|
Sıra | Ölkə | Xal |
1 | İsveç | 343 |
2 | Danimarka | 212 |
3 | İrlandiya | 170 |
4 | Fransa | 167 |
5 | Böyük Britaniya | 161 |
Norveçin ən çox xal aldığı ölkələr | ||
---|---|---|
Sıra | Ölkə | Xal |
1 | İsveç | 210 |
2 | Danimarka | 153 |
3 | İrlandiya | 146 |
4 | Belçika | 141 |
5 | İslandiya | 139 |
QEYD:Yuxarıdakı xallar yalnız finalda verilən xallardır.
Ev sahibliyi
[redaktə | mənbəni redaktə et]İl | Şəhər | Ev sahibi | Aparıcılar |
---|---|---|---|
1986 | Bergen | Grieghallen | Ose Kleveland |
1996 | Oslo | Oslo Spektrum | İnqvild Brin və Morten Harket |
2010 | Berum | Telenor Arena | Nadia Hasnaui, Haddi N'ci və Erik Solbakken |
Qalereya
[redaktə | mənbəni redaktə et]-
Aleksandr Rıbak Norveçin Avroviziya 2009-dakı təmsilçisi