1973 Avroviziya Mahnı Müsabiqəsi

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
1973 Avroviziya Mahnı Müsabiqəsi
Müsabiqə afişası
Müsabiqə afişası
Final 7 aprel 1973
Aparıcı(lar) Helqa Qitton
Kanal Lüksemburq CLT
Keçirilən yer Grand Théâtre,
Lüksemburq şəhəri,
Lüksemburq
Qalib mahnı Lüksemburq Lüksemburq
"Tu te reconnaîtras"
Seçki sistemi Hər ölkədən 2 münsif var idi və hər bir münsif bütün mahnılara 1-5 arası xallar verirdi
İştirakçıların sayı 17
İlk dəfə iştirak edən ölkələr İsrail İsrail
İştirakdan imtina edən ölkələr Avstriya Avstriya
Malta Malta
Avroviziya Mahnı Müsabiqəsi
◄ 1972        1974 ►

1973 Avroviziya Mahnı Müsabiqəsi (ing. Eurovision Song Contest 1973; fr. Concours Eurovision de la chanson 1973) — sayca 18-ci Avroviziya Mahnı Müsabiqəsidir. Viki Leandrosun ifa etdiyi "Après toi" mahnısı ilə 1972 Avroviziya Mahnı Müsabiqəsində qələbə qazanmasının ardınca 1973-cü ildə Lüksemburq müsabiqəyə üçüncü dəfə ev sahibliyi etmək hüququ qazanmışdı. Avroviziya 1973 ölkənin paytaxtı Lüksemburq şəhərində "Grand Théâtre" arenasında keçirilmişdir. Müsabiqə 1973-cü ilin 7 aprel tarixində baş tutmuşdur.

1973-cü ildə İsrail Avroviziyaya ilk dəfə qoşuldu. AvstriyaMalta isə müsabiqədə iştirakdan imtina etdi. Ümumilikdə 17 ölkənin iştirak etdiyi müsabiqədə ev sahibi olan Lüksemburqun təmsilçisi Ann-Mari David ifa etdiyi "Tu te reconnaîtras" mahnısı ilə İspaniya təmsilçisindən cəmi dörd xalla irəli keçərək, Avroviziya 1973-ün qalibi seçilmişdir. Bu Lüksemburqun Avroviziyada dördüncü qalibiyyəti idi.

Terror təhlükəsi

[redaktə | mənbəni redaktə et]

Almaniyanın Münhen şəhərində keçirilən 1972 Yay Olimpiya Oyunlarında Fələstin terrorist qruplaşması olan "Qara Sentyabr" tərəfindən 17 nəfərin həlak olması ilə nəticələnən və əsas hədəfin İsrailin Olimpiya komandası olduğu terrorist hücumlarının ardınca Avropa ölkələrində terror qorxusu səngimək bilmirdi. İsrailin də 1973-cü ildə Avroviziyaya qoşulması ilə birlikdə Avropa Yayımlar Birliyinin xüsusi tapşırığı ilə müsabiqədə ciddi təhlükəsizlik önləmləri alınmışdı.

Ölkə Dil Müğənni(lər) Mahnı Azərbaycanca Yer Xal
1 Finlandiya Finlandiya İngiliscə Marion Runq "Tom Tom Tom" Tom Tom Tom 6 93
2 Belçika Belçika Niderlandca Nikol və Huqo "Baby, Baby" Körpə, körpə 17 58
3 Portuqaliya Portuqaliya Portuqalca Fernandu Tordu "Tourada" Öküz döyüşü 10 80
4 Almaniya Almaniya Almanca Qitte "Junger Tag" Gənc gün 8 85
5 Norveç Norveç İngiliscə, Fransızca Bendik Singers "It's Just A Game" Bu sadəcə oyundur 7 89
6 Monako Monako Fransızca Mari "Un train qui part" Gedən qatar 8 85
7 İspaniya İspaniya İspanca Mocedades "Eres tú" Sənsən 2 125
8 İsveçrə İsveçrə Fransızca Patrik Jüve "Je vais me marier, Marie" Mən evlənirəm, Mari 12 79
9 Yuqoslaviya Yuqoslaviya Serbcə Zdravko Çoliç "Gori vatra" Od yanır 15 65
10 İtaliya İtaliya İtalyanca Massimo Ranieri "Chi sarà con te?" Səninlə kim olacaq? 13 74
11 Lüksemburq Lüksemburq Fransızca Ann-Mari David "Tu te reconnaîtras" Sən özünü tanıyarsan 1 129
12 İsveç İsveç İngiliscə Nova və The Dolls "You’re Summer" Sən yaysan 5 94
13 Niderland Niderland Niderlandca Ben Kramer "De oude muzikant" Yaşlı musiqiçi 14 69
14 İrlandiya İrlandiya İngiliscə Maksi "Do I Dream?" Mən yuxudayam? 10 80
15 Böyük Britaniya Böyük Britaniya İngiliscə Kliff Riçard "Power to All Our Friends" Bütün dostlarımıza güc 3 123
16 Fransa Fransa Fransızca Martin Klemensyu "Sans toi" Sənsiz 15 65
17 İsrail İsrail İvritcə İlanit "Ey Sham" (אי שם) Bir yerdə 4 97

Səsvermə cədvəli

[redaktə | mənbəni redaktə et]
Səsvermə nəticələri
Cəmi Finlandiya Belçika Portuqaliya Almaniya Norveç Monako İspaniya İsveçrə Yuqoslaviya İtaliya Lüksemburq İsveç Niderland İrlandiya Böyük Britaniya Fransa İsrail
Finlandiya 93 9 5 6 6 5 6 6 7 2 6 7 5 5 9 4 5
Belçika 58 4 3 4 3 6 6 4 4 2 4 2 3 4 5 2 2
Portuqaliya 80 4 6 5 5 4 8 8 6 3 4 2 5 4 5 6 5
Almaniya 85 2 5 6 4 5 9 7 4 3 7 6 5 6 5 7 4
Norveç 89 8 5 5 6 7 6 7 6 5 7 3 3 3 3 6 9
Monako 85 6 3 2 4 3 6 5 9 8 6 4 5 6 9 5 4
İspaniya 125 3 8 9 9 4 9 8 9 10 8 7 10 10 4 9 8
İsveçrə 79 4 3 3 4 7 5 7 6 4 6 3 8 7 7 2 3
Yuqoslaviya 65 5 3 3 4 2 5 8 6 2 4 2 4 5 4 4 4
İtaliya 74 2 5 3 5 5 5 5 7 5 5 5 4 4 5 5 4
Lüksemburq 129 6 6 8 7 8 7 6 10 9 9 8 9 8 10 10 8
İsveç 94 8 4 4 5 8 5 7 9 6 5 6 6 5 7 4 5
Niderland 69 4 4 2 5 5 4 5 5 5 4 7 3 5 3 6 2
İrlandiya 80 3 7 2 4 6 6 7 5 5 5 6 5 6 5 4 4
Böyük Britaniya 123 9 6 6 7 7 8 4 8 8 5 10 9 10 9 8 9
Fransa 65 4 3 2 4 4 5 5 4 7 2 3 5 5 5 5 2
İsrail 97 6 6 5 7 5 7 4 6 7 7 8 6 6 7 5 5

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]