Mass Effect

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Mass Effect
Seriyanın 2017-ci ildən bəri loqosu
Janrlar
Yaradıcılar
Nəşrçilər
  • Microsoft Game Studios (2007)
  • Electronic Arts (2008–h.h.)
Müəlliflər
Platformalar
İlk buraxılışMass Effect
20 noyabr 2007
Son buraxılışMass Effect Legendary Edition
14 may 2021

Mass Effect (azərb. Kütlə təsiri‎) — Keysi Hadson, Dryu Karpişin və Preston Vatamanyuk tərəfindən yaradılan elmi fantastika media franşizası. Franşiza bəşəriyyətin və bir neçə yadplanetli sivilizasiyanın inkişaf etmiş əvvəlki bir sivilizasiyasının geridə qoyduğu texnologiyadan istifadə edərək Süd yolu qalaktikasını kolonizasiya etdiyi bir alternativ kainatı təsvir edir.

Franşizanın əsası "BioWare" tərəfindən inkişaf etdirilmiş və "Electronic Arts" tərəfindən yayımlanmış bir sıra videooyun ilə qoyulur. Seriyanın hər bir epizodu rol oyunu elementlərinə malik üçüncü şəxs atıcıdır. İlk üç epizodu oyunçu personaj olan Komandir Şepardın qalaktikanı "oraqçılar" adlanan qədim, qışlayan maşınlardan ibarət bir irqdən qurtarmağa çalışdığı bir trilogiya təşkil edir. Seriyanın ilk videooyunu olan "Mass Effect" (2007) Şepardın oraqçıların agentlərindən olan Saren Arterius haqqında apardığı istintaqı təsvir edir. "Mass Effect 2" (2010) birinci epizoddan iki il sonrakı kainatda cərəyan edir və Şepard ilə qüvvələrinin oraqçıların geri qaytarılmasını asanlaşdırmaq üçün insan koloniyalarını qaçıran yadplanetli "kollektorlar" irqi ilə apardığı mübarizəni təsvir edir. Orijinal trilogiyanın son epizodu olan "Mass Effect 3" (2012) oraqçılar ilə qalaktikanın qalan hissəsi arasındakı müharibəni təsvir edir. Dördüncü oyun olan "Mass Effect: Andromeda" (2017) yeni bir mövzuya və personajlara sahibdir. Seriyanın beşinci oyunu üzərində hal-hazırda aktiv iş gedir.

Orijinal trilogiya kommersiya uğuru qazanmış, həmçinin böyük bir qrup tərəfindən bəyənilmişdir. Tənqidçilər oyunun hekayəsini, personajlarını, səs aktyorluğunu, oyundaxili kainatını və oyunçu seçiminə vurğusunu yüksək qiymətləndirmişdir. "Mass Effect 3" videooyununun sonluğu trilogiya üçün qənaətbəxş olmayan bir sonluq hesab edilərək geniş şəkildə tənqid edilişmiş, "Electronic Arts" isə əlavə səhnəciklər yayımlamağa vadar olmuşdur. "Mass Effect: Andromeda" tənqidçilər arasında qarışıq formada qarşılanmışdır. Oyunun təriflənən aspektləri onun vizualları və döyüş sistemi idi, lakin onun texniki problemləri və süjeti tənqid edilmişdir.

Seriya eynicinsli romantik münasibətləricinsi azlıqları təmsil etdiyinə görə diqqət çəkmiş və müzakirələrə səbəb olmuşdur. "Mass Effect" həm də tərkibində dialoq çarxı olan ilk videooyun hesab edilir. Bu, oyunçulara bir sıra seçimlər təqdim edərək dialoqları dinamik şəkildə idarə etməyə imkan verən dialoq ağaclarına bənzər bir mexanizmdir. Bu sistem sonradan digər rol videooyunlarında da geniş istifadə olunmuşdur. Videooyun seriyasının müvəffəqiyyəti romankomikslər də daxil olmaqla genişləndirilmiş kainatın yaranmasına gətirib çıxarmışdır.

Orijinal "Mass Effect" trilogiyasının hadisələri XXII əsrin sonlarına yaxın bir dövrdə, Süd yolu qalaktikasının uydurma bir versiyasında cərəyan edir. 2148-ci ildə bəşəriyyət Marsda bir yadplanetli postu kəşf etmiş və Xaronun əslində qalaktikada yerləşən digər kütləvi relelərə işıqdan sürətli səyahətə imkan yaradan "kütləvi rele" olduğunu öyrənmişdir. Bəşəriyyət insanlardan çox daha inkişaf etmiş, kosmosda səyahət edən yadplanetli canlılarla təmasda olur. Bəşəriyyətin onlarla ilk dəfə qarşılaşması Birinci təmas müharibəsi ilə nəticələnmişdir. Buna baxmayaraq, qalaktikanın hakim orqanı olan Şura buna müdaxilə etmiş, sülhə nail olmuş və bəşəriyyəti öz sıralarına cəlb etmişdir. Bəşəriyyətin qarşılaşdığı əsas canlı növləri arasında aşağıdakılar var:

  • Asari — mavi dərili insan qadınlarına çox bənzəyən dinc təkcinsli canlılar.
  • Salarianlar — xeyli texnoloji və intellektual gücə malik olan amfibiya canlıları.
  • Turianlar — Birinci təmas müharibəsində bəşəriyyət ilə mübarizə aparmış, militarist, yırtıcıya bənzər humanoid canlılar.

Şuranın idarəetmə gücünün mərkəzi nəhəng bir kosmik stansiyası olan sitadeldir (ing. Citadel). Bu, bütün inkişaf etmiş canlılardan əvvəl qalaktikanı tədqiq etmiş proteanlar olaraq bilinən bir canlı növü tərəfindən tikilmişdir. Buna baxmayaraq, onlar çoxdan yoxa çıxmışdır. Növbəti bir neçə onillik ərzində bəşəriyyətə onların yeni planetləri müstəmləkə etməsinə imkan yaradan yeni texnologiyalar təqdim edilmiş və onlar Sitadel Təhlükəsizlik Xidməti (STX) qüvvələrinin bir hissəsi kimi qəbul edilmişdir. Bu, digər canlı növləri arasında nüfuzlu bir vəzifə idi.

İlk üç videooyununun mövzusunun mərkəzi Yer mərkəzli Sistemlər İttifaqının kosmik qüvvələrinin aparıcı xüsusi təyinatlı əsgəri olan Komandir Şeparddır (personajın cinsiyyəti və şəxsiyyəti oyunçu tərəfindən müəyyən edilir). Bir insan koloniyası yeni bir protean artefaktının kəşf edilməsindən sonra naməlum bir gəmi tərəfindən hücuma məruz qalır. Şura hadisəni araşdırmaq üçün Şepardı ilk insan "SPEKTR" (Xüsusi Taktik Kəşfiyyat Korpusu; ing. Special Tactics and Reconnaissance) seçir. "SPEKTR" Şuranın yüksək səlahiyyətli bir elit agentidir. Şepard artefaktla təmasda olur, bununla da qalaktikada müharibə və ölümü təsəvvür edən bir yuxu görür. Bu yuxu əsasında hərəkət edən Şepard öyrənir ki, koloniyaya hücum edən gəmi əslində "oraçılar" adlanan minlərlə süni həyat formasından biridir. Oraqçılar hər əlli min ildə bir dəfə Süd yolu qalaktikasına hücum edir, daimi müharibə və xaosun qarşısını almaq üçün bütün inkişaf etmiş həyat formalarını məhv edirlər, lakin növbəti tsikl üçün gənc canlıları sağ buraxırlar. Oyunun cərəyan etdiyi tsiklda oraqçıların gəlişi çoxsaylı qüvvələr tərəfindən manipulyasiya olunur. Bu qüvvələrə "xəyalət" (ing. The Illusive Man) adlı bir şəxsin rəhbərlik etdiyi "Kerber" kimi tanınan insançı bir terror təşkilatı daxildir. "Xəyalət" oraqçıların fəaliyyətinə nəzarət edə biləcəyinə və onlardan bəşəriyyətin xeyrinə istifadə edə biləcəyinə inanır. Şepard və müttəfiqləri içqalanın oraqçıların tsiklını sona çatdırmaq və qalaktikanın taleyini müəyyənləşdirmək üçün açar olduğunu öyrənirlər.

İl Başlıq İstehsalçı Platforma(lar)
Əsas epizodlar
2007 Mass Effect[upper-alpha 1] BioWare Xbox 360 PlayStation 3 Microsoft Windows
2010 Mass Effect 2[upper-alpha 2]
2012 Mass Effect 3[upper-alpha 3] Wii U
2017 Mass Effect: Andromeda Xbox One PlayStation 4
M/D Adsız "Mass Effect" oyunu M/D
Kompilyasiyalar
2012 "Mass Effect Trilogy" BioWare Xbox 360 PlayStation 3 Microsoft Windows
2021 '"'Mass Effect Legendary Edition" Xbox One PlayStation 4
Mobil epizodlar
2009 "Mass Effect Galaxy"[upper-alpha 4] BioWare iOS
2012 "Mass Effect Infiltrator'"'[upper-alpha 5] IronMonkey Studios Android Windows Phone BlackBerry 10
Mass Effect Datapad[upper-alpha 6] BioWare
2017 Mass Effect: Andromeda APEX HQ
Qeydlər:
  1. Orijinal "Mass Effect" videooyununun "PlayStation 3" və "Windows" versiyasıları müvafiq olaraq, "Edge of Reality" və "Demiurge Studios" portlaşdırılmışdı.
  2. Əvvəllər "Sony"nin "PlayStation Now" xidmətinə mövcud idi. 2020-ci ilin aprelin yığışdırılmışdır..[1]
  3. "Mass Effect 3: Special Edition" buraxılışı "Straight Right" tərəfindən portlaşdırılmışdır.
  4. "App Store" virtual mağazasından yığışdırılmışdır.
  5. Bütün mobil virtual mağazalarından yığışdırılmışdır.
  6. Bütün mobil virtual mağazalarından yığışdırılmışdır.
Buraxılış illərinin xronologiyası
2007Mass Effect
2008
2009Mass Effect Galaxy
2010Mass Effect 2
2011
2012Mass Effect 3
Mass Effect Trilogy
Mass Effect Infiltrator
2013
2014
2015
2016
2017Mass Effect: Andromeda
2018
2019
2020
2021Mass Effect Legendary Edition
border=none Əsas məqalə: Mass Effect (videooyun)

"Mass Effect" (2007) seriyadakı ilk videooyundur və ilkin olaraq "Xbox 360" üçün eksklüziv bir buraxılış olaraq istehsal olunmuşdur, lakin sonradan "Demiurge Studios" tərəfindən "Microsoft Windows" və 'Edge of Reality" tərəfindən "PlayStation 3" platformalarına portlaşdırılmışdır. Oyunun hadisələri protaqonist Komandir Şepard üzərində cərəyan edir. Onun vəzifəsi qalaktikanı fəth etmək üçün Get adlanan şəbəkə süni intellekt irqindən ibarət bir orduya rəhbərlik edən üsyankar spektr Saren Arteriusun dayandırmaqdır. Sarenin arxasına düşən Şepard digər personajlarla, xüsusilə də komanda yoldaşları ilə münasibətini genişləndirir. O, sonradan qalaktika üçün daha böyük bir təhlükə olan oraqçıların varlığını öyrənir. Saren onun oraqçı avanqardı "Hökmdar" (ing. Sovereign) tərəfindən zehni mənada əsarət altına alınır.

Oyun üçün iki endirilə bilən məzmun paketi: "Bring Down The Sky" (2008) və "Pinnacle Station" (2009) buraxılmışdır.

"Mass Effect 2" seriyanın ikinci əsas videooyunudur. Videooyun 26 yanvar 2010-cu ildə Şimali Amerikada və 29 yanvar Avropada satışa çıxarılmışdır. Oyunçunun ilk oyunda aldığı qərarlar sikveldəki hadisələrə təsir göstərmişdir. Oyunun hadisələri "Mass Effect"in hadisələrindən iki il sonra baş verir. İnsan koloniyalarına hücum edilir və onların kolonistləri izsiz yox olur. Komandir Şepard səbəbi aşkara çıxarmaq üçün insanpərəst hərbçi təşkilat "Kerber" ilə bir ittifaqa girməli olur. Ortaya çıxan dəlillər onu göstərir ki, məsuliyyət həşərata bənzər, müəmmalı və humanoid bir irqi olan "kollektorlar"ın boynuna düşür. Əlavə olaraq, kollektorların oraqçılar ilə çalışdıqları ortaya çıxır. Şepard hərbçilər, cinayətkarlar, muzdlular və mütəxəssislərdən ibarət bir qrup yaradır və kollektorları dayandırmaq üçün "intihar missiyası"na başlayır. "Mass Effect 2" yayımlandığı gündən bəri personajları, süjet xətti, səs aktyorluğu, döyüş sistemi və ümumi geympleyinə görə bir çox tənqidçi tərəfindən təriflənmişdir. Videooyun yanvar ayında buraxılmasına baxmayaraq, "İlin Oyunu" tituluna namizəd kimi qiymətləndirilmişdir.

"Mass Effect 2" üçün yeddi epizodik genişləndirmə paketi buraxılmışdır. Onlar: "Normandy Crash Site", "Zaeed – The Price of Revenge", "Firewalker", "Kasumi – Stolen Memory", "Overlord", "Lair of the Shadow Broker" və "Arrival"dır.

"Mass Effect 3" seriyanın ikinci əsas videooyunudur. Videooyun 6 mart 2012-ci ildə satışa çıxarılmışdır.[2]

Mass Effect: Andromeda

[redaktə | mənbəni redaktə et]
border=none Əsas məqalə: Mass Effect: Andromeda

"Mass Effect: Andromeda yeni seriyanın birinci və ümumi franşizanın dördüncü əsas videooyunudur. Videooyun 21 mart 2017-ci ildə satışa çıxarılmışdır.[3]

"BioWare" 2020-ci ildə yeni "Mass Effect" videooyununun istehsal mərhələsində olduğunu açıqlamışdır.[4]

  1. "All PlayStation Now Games". PushSquare.com. April 7, 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: April 7, 2020.
  2. Mike Fahey. "Mass Effect 3 Thrusts Its Way into Early 2012". Kotaku. March 4, 2011. November 6, 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: March 4, 2011.
  3. Matulef, Jeffrey. "New Titanfall game and Mass Effect: Andromeda coming in the next 14 months". Eurogamer. January 28, 2016. January 30, 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: January 29, 2016.
  4. Hernandez, Patricia. "The new Mass Effect: everything BioWare has said and teased". Polygon. December 11, 2020. December 13, 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: December 13, 2020.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]

Şablon:BioWare