Qadın

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çəhrayı Venera simvolu
Müqayisə üçün yetkin bir kişi ilə yetkin bir qadının fotoşəkili. (Hər iki modelin qasıq tükləri çıxarılır.)
Hamilə qadın
Məşhur qadınların kollajı
Qadın reproduktiv sistemi
Körpəsini əmizdirən ana

Qadın — yetkin dişi cinsiyyətindən olan insan. Digər əks cins kişi adlanır. Rəsmi sənədlərdə bu bioloji növ yaşından asılı olmayaraq qadın adlanır.[1][2][3][4]

İnsanlıq tarixində qadınların yerinin araşdırılması İngilis sözü olan History anlayışına oxşar olaraq Herstory deyə başa düşülən araşdırma sahəsi, tarix elminin və cinsiyyət araşdırmalarının bir qoludur. Qadın tarixi araşdırması feminist bir anlayış ola bilər, lakin bu məcburi deyildir.

2009-cu ilin yanvar ayından etibarən dünya əhalisinin sayı 6,8 milyard olmuşdur. Bunun 49,7%-ni qadınlar təşkil edir. Qadın əhali 3 milyarddan daha çoxdur. Dünyada qocaların çoxu qadınlardır.

Səudiyyə Ərəbistanında qadınlara səsvermə hüququ 2011-ci ildə verilmişdir. Qadınlara maşın sürmək hüququ hələ də verilməyib.

Bir çox dövlətlərin hüquqi tənzimləmələrində qadın-kişi ayrı-seçkiliyi və xüsusilə də vərəsəlik hüququnda qadınlara qarşı ayrı-seçkilik göstərilir. Dünyanın bir çox yerində qadınlara həyat yoldaşı seçmək, evlilik, boşanma və digər əsas hüquqlar verilməyib.

Dünyada ən çox Afrika qitəsində 135 milyondan çox qadın sünnət olunur. Dünyanın 54 ölkəsində qadınlara qarşı qeyri-bərabər hüquqlar olduğu halda, "namus müdafiəsi" Peru, Banqladeş, Argentina, Ekvador, Misir, Qvatemala, İran, İsrail, Suriya, Livan və Venesuelanın cəza hüququnda yer alır. Dünya qadınların 1/3-i həyatı boyu ən azı bir dəfə şiddətə məruz qalıb.

Qadın hərəkatları

[redaktə | mənbəni redaktə et]

Qadın haqlarının ilk addımları Maarifçilik dövründə mülki azadlıq hərəkatlarının başlanğıcı ilə eyni vaxtda atılmışdır. Əsas məqsəd Fransız inqilabı zamanı elan edildiyi kimi bütün insanların bərabərliyi olmuşdur. Cinsiyyətlər arası münasibətə gəldikdə isə təməldə fərqli, fərqləri vurğulayan ikinci və bərabərçi ümumi baxış müəyyənləşdirilmişdir. "Bərabərçi" anlayışı isə Maarifçiliyin təməl fikrinə dayanır.

Feminizm Qadın hüquqları

  1. Mosby. Mosby's Pocket Dictionary of Medicine, Nursing & Health Professions (E-Book). Elsevier Health Sciences. 2009. səh. 1453. ISBN 978-0323066044.
  2. Venes D. Taber's Cyclopedic Medical Dictionary. F.A. Davis. 2017. səh. 2539. ISBN 978-0803659407.
  3. "Definition of girl noun". Oxford learner's Dictionary. 2020-12-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-07-24.
  4. Bailey, J. Michael; Vasey, Paul; Diamond, Lisa; Breedlove, S. Marc; Vilain, Eric; Epprecht, Marc. "Sexual Orientation, Controversy, and Science". Psychological Science in the Public Interest. 17 (2). 2016: 45–101. doi:10.1177/1529100616637616. PMID 27113562. 2 December 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 December 2019.