Lobaçevski həndəsəsi
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Evklidin "Əsaslar" əsərinin 1-ci fəslindəki 5-ci postulat: Düz xətt digər iki düz xətti kəsdikdə cəmi 180°-dən kiçik olan daxili birtərəfli bucaqlar əmələ gətirirsə, onda verilmiş iki düz xətt cəmi 180°-dən kiçik olan daxili birtərəfli bucaqların yerləşdiyi tərəfdə kəsilmiş olsunlar. Bu postulatın isbatı ilə bağlı bir çox riyaziyyatçılar cəhdlər göstərsə də, 5-ci postulat probleminin həlli görkəmli rus riyaziyyatçısı N.İ.Libaçevskinin adı ilə bağlıdır. O, bu problemin həlli ilə bağlı apardığı tədqiqatların nəticələrinə dair 1826- cı ildə Kazan Universitetinin Elmi Şurasında məruzə etmişdir. 1829-cu ildə bu nəticələri "Həndəsənin əsaslarına dair" adlı elmi şəklində "Kazan Universitetinin Xəbərləri" məcmuəsində dərc etmişdir. Bu məqalədə Lobaçevski göstərmişdir ki, Evklidin 5-cu postulatı onun qalan postulatlarından asılı deyil. Ona görə də bu postulat onu inkar edən təkliflə əvəz edilərsə, keyfiyyətcə yeni olan bir həndəsə yaranar. Lobaçevki yeni həndəsəni "təsəvvür olunan həndəsə" adlandırmışdır.
İstinadlar
[redaktə | mənbəni redaktə et] Astronomiya ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |