Leon Bonna

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Leon Bonna
fr. Léon Bonnat
Doğum adı Léon Joseph Florentin Bonnat
Doğum tarixi 20 iyun 1833(1833-06-20)[1][2][…]
Doğum yeri
Vəfat tarixi 8 sentyabr 1922(1922-09-08)[1][2][…] (89 yaşında)
Vəfat yeri
Dəfn yeri
  • Sent Etienne qəbiristanlığı[d][4]
Fəaliyyəti rəssam, rəssam-qravürçü[d], rəsm kolleksioneri[d]
Təhsili
Janrlar portret rəssamlığı[d], janr rəssamlığı[3], tarix rəssamlığı[3], peyzaj[3], [3], natürmort[3], portret[3]
Stil akademizm[5]
Tələbələri Anri de Tuluz-Lotrek[6]
Üzvlüyü
Mükafatları XII Alfons ordeninin böyük xaçı İncəsənət və elm sahəsində Pour le Mérite ordeni
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Leon Bonna (fr. Léon Joseph Florentin Bonnat; 20 iyun 1833[1][2][…], Bayonna[d], Atlantik Pireney, Fransa[3]8 sentyabr 1922[1][2][…], Monşi-Sent-Elua[d], Uaza (departament), Fransa[3]) — Fransız rəssam və bir çox tanınmış rəssamın müəllimi.

Leon Bonna 1833-cü ildə anadan olub. Federiko Madrazodan Madriddə rəssamlıq təhsili alıb. İlk əsərləri dini mövzulara həsr edib. 1875-ci ildə tanınmış amerikalıların və avropalıların portretlərini çəkib. O, Dieqo Velaskes kimi ispanyalı rəssamlardan təsirlənib. Adolf Tyers, Viktor Hüqo, Hippolit Tayn, Lui Paster, Jan Ogüst Dominik Enqr və digər tanınmışların portertlərini çəkib. Təxminən 200 portretin müəllifi olub. 1888-ci ildə Paris Gözəl İncəsənət Akademiyasında müəllim kimi fəaliyyət göstərib və 1905-ci ildə akademiyada idarəçi olaraq fəaliyyət göstərib. Əsərlərinin çoxu Bonna muzeyində sərgilənir.

Bonnanın ən məşhur şagirdləri: Con Sinqer Sarqent, Stanhop Forbs, Qustavo Kayllebott, Prins Ejen, Dük of Närke, Gustaf Kederström, Laurits Tuksen, P.S.Kroyer, Suzor-Kot, Alfred Filipp Roll, Corc Braqa, Tomas Eakins, Raoul Dafi, Jan Beraud, Marius Vasselon, Habert-Denis Etçeveri, Fred Barnard, Lui Béru, Paul de la Boulaye, Aloysius O'Kelli, Erik Verenskiold, Edvard Munk, Alfonso Osbert, Henri Siddons Moubari, Çarlz Spraqa Pirs, Henri de Tuluza-Lautres, Valter Tindale.