39°41′21″ şm. e. 45°40′40″ ş. u.HGYO

Köçbək

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Kənd
Köçbək
39°41′21″ şm. e. 45°40′40″ ş. u.HGYO
Ölkə  Ermənistan
Region Dərələyəz mahalı
Rayon Paşalı rayonu
Tarixi və coğrafiyası
Mərkəzin hündürlüyü 2.025 m[1]
Saat qurşağı UTC+4
Əhalisi
Əhalisi
  • 21 nəf. (2011)[2]
Rəsmi dili
Xəritəni göstər/gizlə
Köçbək xəritədə
Köçbək
Köçbək
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Köçbəkİrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, indiki Paşalı (Əzizbəyov, Vayk) rayonunda kənd.[3]

Culçayın sağ qolu olan Köçbəyçayın sahilində, Paşalı (Əzizbəyov) - Sisyan yolunun üstündə yerləşir. «İrəvan əyalətinin icmal dəftəri»ndə Qoçubəy kimi[4] qeyd edilmişdir.

Toponim türk dilində «düşərgə, çobanların müvəqqəti yaşayış yeri, yurd» mənasında işlənən koş (> koç) sözü ilə[5] qədim türk dilində «təpə» mənasında işlənən bək (bak sözünün)[6] birləşməsindən əmələ gəlib «təpəlikdə yerləşən köç, düşərgə, çobanların yaşayış yeri» mənasını ifadə edir. Relyef əsasında yaranan mürəkkəb quruluşlu toponimdir.

Ermənistan prezidentinin 19. IV. 1991-ci il fərmanı ilə adı dəyişdirilib Hedzor qpyulmuşdur.

Kənddə 1831-ci ildə 25 nəfər, 1873 - cü ildə 226 nəfər, 1886-cı ildə 312 nəfər, 1897-ci ildə 417 nəfər, 1904 - cü ildə 425 nəfər, 1914 - cü ildə 470 nəfər, 1916-cı ildə 537 nəfər yalnız azərbaycanlı yaşamışdır[7].

1918-ci ildə kənd erməni təcavüzünə məruz qalmış və sakinləri - azərbaycanlılar qırğınlarla qovulmuşdur. Yalnız indiki Ermənistanda sovet hökuməti qurulandan sonra kəndi tərk edənlər ata-baba yurdlarına dönə bilmişdir. Burada 1922-ci ildə 103 nəfər, 1926-cı ildə 179 nəfər, 1931-ci ildə 365 nəfər[7], 1972-ci ildə 564 nəfər[8] yalnız azərbaycanlılar yaşamışdır.

1988-ci il noyabrın 24-28də Ermənistan dövlətinin bilavasitə xüsusi göstərişi ilə azərbaycanlılar deportasiya olunmuşdur. İndi ermənilər yaşayır.

  1. https://www.cadastre.am/storage/files/pages/pg_8945925618_pg_907871769_HH_bnak._bar..pdf.
  2. Հայաստանի 2011 թ. մարդահամարի արդյունքները (erm.).
  3. PDF versiyası. // Qərbi Azərbaycanın türk mənşəli toponimləri. Müəllifi: İ. M. Bayramov; Redaktorları: B. Ə. Budaqov, H. İ. Mirzəyev, S. A. Məmmədov. Bakı: "Elm" nəşriyyatı, 2002, 696 səh. ISBN 5-8066-1452-2
  4. 143,İrəvan əyalətinin icmal dəftəri (araşdırma, tərcümə, qeyd və əlavələrin müəllifləri: Z.Bünyatov və H.Məmmədov (Qaramanlı), Bakı, «Elm», 1996. s.59
  5. Мурзаев Э.М. Словарь народных географических терминов, М., «Мысль», 1984.s.298-299
  6. Радлов В.В. Опыт словарья тюркских наречий, т.IV, ч.1, СПб, 1911. s.754
  7. 1 2 erm. Խորհրդային Հայաստանի բնակչությունը վերջին հարյուրամյակում (1831-1931) Arxivləşdirilib 2020-09-24 at the Wayback Machine. Հեղինակ: Զավեն Կորկոտյան. Յերեվան: Մելքոնյան ֆոնդի հրատ, 1932.; rus. Население Советской Армении за последние сто лет (1831-1931) Arxivləşdirilib 2016-02-29 at the Wayback Machine. Автор: Завен Коркотян. Ереван: Издательство «Мелконян фонд», 1932.; azərb. Son yüzildə Sovet Ermənistanının əhalisi (1831–1931). Müəllif: Zaven Korkotyan. İrəvan: «Melkonyan fond» nəşriyyatı, 1932. s.90-91, 160-161
  8. Ermənistan azərbaycanlılarının tarixi coğrafiyası, Bakı, «Gənclik», 1995. s.345