Herher
Kənd | |
Herher | |
---|---|
39°46′24″ şm. e. 45°32′19″ ş. u.HGYO | |
Ölkə | Ermənistan |
Region | Dərələyəz mahalı |
Rayon | Paşalı rayonu |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 1.680 m |
Saat qurşağı | UTC+4 |
Əhalisi | |
Əhalisi |
|
Rəsmi dili | |
Vikianbarda əlaqəli mediafayllar |
Herher — İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, indiki Paşalı (Əzizbəyov, Vayk) rayonunda kənd.[2][3]
Tarixi
[redaktə | mənbəni redaktə et]Rayon mərkəzindən 17 km şimal-qərbdə, Arpaçayın sağ qolu olan Herherçayın yanında yerləşir. 1728-ci ildə tərtib edilmiş «İrəvan əyalətinin icmal dəftəri»ndə Hərhər kimi[4], Qafqazın 5 verstlik xəritəsində Qerqer (Herher) formasında[5] qeyd edilmişdir. Kəndin qədim adı erməni, eləcə də rus mənbələrində Erern formasında göstərilir[6][7][8]. Kəndin adı VIII əsrdə Erern formasında xatırlanır[9]. Kənddə albanlara məxsus məbəd 1291-cı ildə tikilmişdir.[10]
Toponimi
[redaktə | mənbəni redaktə et]Toponim Strabonun «Coğrafiya» əsərində adı çəkilən qarqar tayfasının adı əsasında[11] formalaşmışdır. Qarqar tayfası qədim türk tayfalarından biridir[12][13][14]). Qarqar etnonimindəki q səsi h səsinə keçərək Herher formasını almışdır. Q~h səs əvəzlənınəsi Azərbaycan dilində qanunauyğun haldır: qamuhamı, qansıhansı sözlərindən q~h səs əvəzlənınəsi özünü aydın şəkildə göstərir. Ümumiyyətlə, XVIII əsrə qədər h səsi ilə başlayan sözlər (sual əvəzlikləri) q səsi ilə işlənmişdir[15]. Herher etnotoponimdir. Quruluşca sadə toponimdir. Kəndin adı indi Gerger (Gərgər) formasında işlənir. Elə Gərgər qarqar türk etnoniminin səs dəyişməsi əsasında yaranan bir variantıdır. 1728-ci ilə aid mənbədə Dərələyəz nahiyəsində Hərhər kimidir[16] [17]. 1832-ci ildə kənddə gəlmə еrmənilər də yеrləşmişlər. Bundan sonra kəndin əhalisi qarışıq yaşamışdır. 1918-ci ildə kəndin azərbaycanlı əhalisi qovulmuşdur. 1922-ci ildə əhali qayıdaraq yеnidən məskunlaşmışdır. Əhalinin bir qismi 1949-cu ildə Azərbaycana köçürülmüş, qalanı isə 1988-ci ildə qovulmuşdur. 1728-ci ilə aid mənbədə Hərhər kimidir[18] [19]. Qarqar еtnoniminin təhrifidir.
Əhalisi
[redaktə | mənbəni redaktə et]Burada 1831-ci ildə 213 nəfər yalnız azərbaycanlı yaşamışdır[20]. 1850-70-cı illərdə kəndə İranın Salmas vilayətindən köçürülmüş ermənilər yerləşdirilmişdir. Burada ermənilərlə yanaşı, 1873 - cü ildə 647 nəfər, 1886-cı ildə 656 nəfər, 1897-ci ildə 1047 nəfər, 1914 - cü ildə 1220 nəfər azərbaycanlı yaşamışdır[21]. 1918-ci ildə kənd ermənilərin təcavüzünə məruz qalaraq azərbaycanlılar deportasiya olunmuşdnr. İndiki Ermənistanda sovet hökuməti qurulandan sonra sağ qalanlar tarixi-etnik torpaqlarına qayıtmışlar. Burada 1922-ci ildə 156 nəfər, 1926-cı ildə 220 nəfər, 1931-ci ildə 278 nəfər azərbaycanlı yaşamışdır[21]. SSRİ hökumətinin xüsusi qərarı ilə kənddə yaşayan azərbaycanlılar 1948-1953 - cü illərdə zorla Azərbaycana köçürülmüşdür. İndi ermənilər yaşayır.
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Հայաստանի 2011 թ. մարդահամարի արդյունքները (erm.).
- ↑ İbrahim Bayramov, "Qərbi Azərbaycanın türk mənşəli toponimləri" Arxivləşdirilib 2015-07-21 at the Wayback Machine, Bakı, "Elm", 2002. ISBN 5-8066-1452-2
- ↑ Пагирев Д.Д. Алфавитный указатель к пятиверстной карте Кавказа. Тифлис, 1913.
- ↑ İrəvan əyalətinin icmal dəftəri (araşdırma, tərcümə, qeyd və əlavələrin müəllifləri: Z.Bünyatov və H.Məmmədov (Qaramanlı), Bakı, «Elm», 1996. s.59
- ↑ Д. Д. Пагиревь. Алфавитный указатель кь пятиверстной картѣ Кавказскаго края, изданiя Кавказскаго Военно–Топографическaго Отдѣла. Записки Кавказскаго отдѣла Императорскаго Русскаго Географическаго общества. Книжка XXX. Тифлись: Типографія К. П. Козловскаго, 1913. s.61
- ↑ erm. Խորհրդային Հայաստանի բնակչությունը վերջին հարյուրամյակում (1831-1931) Arxivləşdirilib 2020-09-24 at the Wayback Machine. Հեղինակ: Զավեն Կորկոտյան. Յերեվան: Մելքոնյան ֆոնդի հրատ, 1932.; rus. Население Советской Армении за последние сто лет (1831-1931) Arxivləşdirilib 2016-02-29 at the Wayback Machine. Автор: Завен Коркотян. Ереван: Издательство «Мелконян фонд», 1932.; azərb. Son yüzildə Sovet Ermənistanının əhalisi (1831–1931). Müəllif: Zaven Korkotyan. İrəvan: «Melkonyan fond» nəşriyyatı, 1932. c.90
- ↑ Yeğiazaryan O. Əzizbəyov rayonunun mədəniyyət abidələri, (erməni dilində). İrəvan, «Haypetrat», 1955. c.104
- ↑ Cборник сведений о Кавказе, т.V, Тифлис, 1879, № 745
- ↑ Yeğiazaryan O. Əzizbəyov rayonunun mədəniyyət abidələri, (erməni dilində). İrəvan, «Haypetrat», 1955. s.104
- ↑ Будагов, Б. Ә.; Гејбуллајев, Г. Ә. Һерһер // Ермәнистанда Азәрбајҹан мәншәли топонимләрин изаһлы лүғәти. Бакы: Оғуз ели. 1998. с. 256.
- ↑ 377, s.5
- ↑ Глинка С.Н. Описание переселения армян азербайджанских в пределе России, Баку, «Элм», 1990. s.77-82;
- ↑ 172, s.196
- ↑ Mirzəyev H. Aşıq poeziyasında yaşayan adlarımız və tariximiz, Bakı, ADPU, 1997. s.183-187
- ↑ Mirzəzadə H. Azərbaycan dilinin tarixi qrammatikası, Bakı, Bakı Universiteti nəşriyyatı, 1990. s.20
- ↑ İrəvan əyalətinin icmal dəftəri. Bakı, 1996.
- ↑ Армянская география VII века по Р.Х. Спб., 1877.
- ↑ Basbakanlik Arsivi. Qapu tahrir defterleri. № 808. 1728-ye tarihi. Revan ey-aleti Defteri.
- ↑ Qızılbaşlar tarixi, Bakı, 1995.
- ↑ erm. Խորհրդային Հայաստանի բնակչությունը վերջին հարյուրամյակում (1831-1931) Arxivləşdirilib 2020-09-24 at the Wayback Machine. Հեղինակ: Զավեն Կորկոտյան. Յերեվան: Մելքոնյան ֆոնդի հրատ, 1932.; rus. Население Советской Армении за последние сто лет (1831-1931) Arxivləşdirilib 2016-02-29 at the Wayback Machine. Автор: Завен Коркотян. Ереван: Издательство «Мелконян фонд», 1932.; azərb. Son yüzildə Sovet Ermənistanının əhalisi (1831–1931). Müəllif: Zaven Korkotyan. İrəvan: «Melkonyan fond» nəşriyyatı, 1932. s.158
- ↑ 1 2 erm. Խորհրդային Հայաստանի բնակչությունը վերջին հարյուրամյակում (1831-1931) Arxivləşdirilib 2020-09-24 at the Wayback Machine. Հեղինակ: Զավեն Կորկոտյան. Յերեվան: Մելքոնյան ֆոնդի հրատ, 1932.; rus. Население Советской Армении за последние сто лет (1831-1931) Arxivləşdirilib 2016-02-29 at the Wayback Machine. Автор: Завен Коркотян. Ереван: Издательство «Мелконян фонд», 1932.; azərb. Son yüzildə Sovet Ermənistanının əhalisi (1831–1931). Müəllif: Zaven Korkotyan. İrəvan: «Melkonyan fond» nəşriyyatı, 1932. s.90-91, 158-159