Jorj Klemanso
Jorj Klemanso | |
---|---|
fr. Georges Benjamin Clemenceau | |
19 noyabr 1917 – 20 yanvar 1920 | |
Əvvəlki | Pol Panleve |
Sonrakı | Aleksandr Milyeran |
Şəxsi məlumatlar | |
Doğum adı | Georges Benjamin Clemenceau |
Doğum tarixi | |
Doğum yeri | Muyron-an-Pare, Fransa |
Vəfat tarixi | (88 yaşında) |
Vəfat yeri | Paris, Fransa |
Partiya | Radikallar partiyası |
Təhsili | Paris Universiteti |
Fəaliyyəti | siyasətçi, jurnalist, həkim, ssenarist, romançı |
Dini | protestantlıq[1], ateizm, deizm |
|
|
Təltifləri | |
Vikianbarda əlaqəli mediafayllar |
Jorj Bencamin Klemanso (fr. Georges Benjamin Clemenceau; 28 sentyabr 1841[2][3][…] – 24 noyabr 1929[2][4][…], Paris[4]) — fransız siyasi və dövlət xadimi, jurnalist,Fransanın 41-ci (1906–1909) və 54-cü (1917–1920) baş naziri, Fransa akademiyasının üzvü.
Həyatı
[redaktə | mənbəni redaktə et]Uşaqlığı
[redaktə | mənbəni redaktə et]Jorj Klemanso Fransanın qərbində yerləşən Vandeya departamentində respublikaçı baxışlı həkim ailəsində dogulmuşdu. Vandeya 1789-cu il Fransa burjua inqilabından etibarən royalizmin və katolisizmin dayağı olması şöhrət qazanmışdı. Klemansonun əcdadları ölkədə vətəndaş müharibəsi gedən zaman inqilabi hökumətin tərəfində vuruşmuşdular.
Jorj Klemanso xatırlayırdı ki, uşaqlığında ona qiyamçıların güllələdikləri respublikaçının həlak olduğu ağacın ətrafını göstərmişdilər. Bu hekayə onun təxəyyülündə o qədər canlanmışdı ki, hətta ağacın ətrafında naməlum vətənpərvərin həyatına son qoyan güllələri axtarıb tapmağa cəhd etmişdi. Klemansonun atası Benjamen tibbi təhsil almış, lakin respublikaçı ruhu onu siyasi fəaliyyətə cəlb etmişdi. Jorj Klemanso etiraf edirdi ki, məhz atasının Böyük Fransa inqilabı haqqında oxuduqlarını dəfələrlə ona danışması və özünün bununla bağlı fəlsəfi fikirlərini zarafatyana formada ona təqdim etməsi onun baxışlarının formalaşmasına təsir göstərmiş yeganə hal olmuşdur.
Gəncliyi
[redaktə | mənbəni redaktə et]Klemanso atası kimi tibbi təhsil almaq üçün 1858-ci ildə liseyi bitirdikdən sonra əvvəl Nantdakı tibb məktəbinə daxil oldu. Daha sonra, 3 ildən sonra təhsilini davam etdirmək məqsədi ilə Parisə gəldi. İlk günlərdən İkinci imperiyaya əsas müxalif qüvvələrindən biri olan Paris tələblərinin coşqun həyatına qatılan Klemanso həmfikirliləri ilə birlikdə 1861-ci ilin dekabrında respublikaçı ideyalı qəzet təsis etdi. Qəzetin 8 sayı çap olunduqda, bir neçə ay sonra xalqı üsyana təşviq etmək ittihamı ilə Klemanso və onun silahdaşları həbs olundular. Həbsxanada qaldığı 73 gün müddətində o, gənc respublikaçılar ilə tanış oldu və özünün siyasi mübarizənin mərkəzində hiss etdi.
Elzaslı Şerer-Kestner ilə tanışlığı Klemansonun həyatında xüsusi rol oynadı. Klemanso vətəndaş müharibəsinin alovlandığı ABŞ-yə getmək qərarına gəldi. O, Şimal ordularında həkim qismində xidmət etmək niyyətində idi. J. Klemanso 1865-ci il sentyabrın 28-də Nyu-Yorka gəldi. Klemanso Parisin "Tan" qəzetinin redaksiyası ilə əlaqəyə girdi və aylıq 150 frank məbləğində maaşla qəzetin ABŞ-də daimi müxbiri vəzifəsini qəbul etdi. Vətəndaş müharibəsindən sonra ABŞ-nin sosial-iqtisadi vəziyyətini təhlil edən məqalələri ilə Klemanso sadəcə ABŞ-nin siyasi həyatını dərk etmir, həm də özünün dövlət və cəmiyyət ilə bağlı baxışlarını formalaşdırırdı. ABŞ demokratiyasının azadlıq ruhu onda güclü təəssürat yaratmışdı. Amerika demokratiyası gənc jurnalistə siyasi ideal kimi görünürdü. ABŞ-də 4 il yaşadıqdan sonra Klemanso Fransaya qayıtmaq və dinc kənd burjuası kimi yaşamaq qərarına gəldi. Klemansonun siyasi baxışlarında bu kəskin dəyişiklik təkcə onun keçirdiyi şəxsi sarsıntılar deyil, həm də bu zaman Fransada siyasi mühitin dəyişməsi ilə bağlı idi.
Fransanın Prussiyaya müharibə elan etməsi haqqında yerli qəzetlərdən xəbər tutan Klemanso 1870-ci il avqustun əvvəllərində Parisə getmək qərarına gəldi. Parisdə 4 sentyabr üsyanı zamanı Klemanso parlamentin aşağı palatasının yerləşdiyi Burbonlar sarayına hücum etmiş nümayişçilərin ön sıralarında idi. J. Klemanso atası vasitəsilə yeni meri şəxsən tanıyırdı və bunun sayəsində Parisin XVIII dairəsinin müvəqqəti meri təyin olundu. Bu dairəyə şəhərin siyasi cəhətdən ən narahat rayonlarından biri olan fəhlələrin yaşadıqları Monmartr məhəllələri də daxil idi. 1870-ci ilin oktyabrında hökumətin alman hərbi komandanlığı ilə danışıqlar aparması haqqında xəbərlər Parisdə üsyana səbəb oldu. Klemanso şəhərin mühasirədə olduğu və müharibənin hələ davam etdiyi bir zamanda bu cür çıxışları təhlükəli hesab edirdi.
Siyasi fəaliyyəti
[redaktə | mənbəni redaktə et]Jorj Klemanso özünün uzun müddətli siyasi karyerası dövründə rəqiblərindən və pərəstişkarlarından "pələng", "hökumətləri yıxan", "fransız Bismarkı", "Fransanın birinci xəfiyyəsi", "qələbənin atası" kimi adlar qazanmışdır. Siyasi fəaliyyətinin rəngarəngliyi səbəbindən onun vahid, dəyişməz siyasi və ideoloji baxışları olmamışdır. Mübariz radikal olsa da həm də sadiq mühafizəkar, hüquq və azadlıq mübarizi olsa da həm də amansız cəzalandıran, parlament demokratı olsa da həm də avtoritar rəhbər olmuşdur. Buna görə də o, Fransanın yeni və müasir tarixində ən ziddiyyətli simalardan biridir.
1871-ci il fevralın 8-də Müəssislər məclisinə keçirilən seçkilərdə Parisdən və Sena departamentindən seçilən 43 deputatdan biri Klemanso idi. Məclisdə Klemanso, V. Hüqo və L. Blan təslimçiliyə qarşı qəti çıxış edən "müharibə partiyası"nın özyəini təşkil edirdilər. Qrupun rəhbəri Qambetta ilə Klemanso arasında sıx əməkdaşlıq tellərindən başqa həm də şəxsi simpatiya da var idi. 1871-ci il martın 18-də Parisdə baş verən üsyan zamanı Klemanso buna yol verməmək üçün yenə də özünün vasitəçiliyini təklif etsə də qəbul edilmədi. Milli qvardiya döyüşçülərinin bir qrupu Klemansonun kabinetinə soxularaq onu təslimçilər ilə əlbir olmaqda və vətənpərvərlərin sayıqlığını zəiflətməkdə ittiham etdilər. Klemanso iki od arasında qalmışdı: Versalda ona qiyamçılar ilə əlbir olan adam kimi baxırıdılar, Parisdə hakimiyyətə sahib olmuş Milli Qvardiyanın Mərkəzi Komitəsi isə onu burjuaziyanın agenti hesab edirdi. Martın 22-də Parisin yeni hakimiyyəti Klemansonu Monmartrın meri vəzifəsindən kənarlaşdırdı. Klemanso Paris Kommunasına keçirilən seçkilərdə namizədliyini irəli sürsə də üsyankar şəhər əhalisi 18 mart hadisələri zamanı onun "barışdırıcı" mövqeyini bağışlamadılar.
Adolf Tyer hökumətinin bir çox üzvləri Klemansonu kommunarların tərəfdarı kimi qəbul etdikləri üçün o, həbs olunma təhlükəsi ilə üzləşmişdi. Yalnız 1871-ci il iyunun 15-də o, Parisə qayıda bildi. Sanki Klemansonun siyasi karyerası bitmişdir təsəvvürü yaransa da, o passiv mövqe tutmaq tərəfdarı deyildi. 1871-ci il iyulun 30-da Klemanso Parisin XVIII dairəsində bələdiyyə şurasının üzvü seçildi. Klemanso bu zaman Fransada baş verən nəhəng siyasi hadisələrdən kənarda qala bilməzdi.
Klemanso parlamentdə təmsil olunan respublikaçı liderlərin (Ferri, Qambetta və b.) monarxistlər ilə dialoqa girmələrini və onların "mümkün olan siyasət" xəttini qəbul etmir və bunu xəyanət hesab edirdi. Buna görə də o, böyük siyasətə qayıtmaq qərarına gəldi və 1876-cı ildə Parisin XVIII dairəsindən parlamentə namizədliyini verdi.
Klemansonun siyasi proqramında aşağıdakı məsələlər əks olunmuşdu;
- Senatın və prezident vəzifəsinin ləğvi
- Kilsənin dövlətdən ayrılması
- Vətəndaşların hüquq və azadlıqlarının genişləndirilməsi
- Kommunaların muxtariyyəti
- Fəhlələrin müəssislərin idarəçiliyinə cəlb olunması.
Klemanso seçkilərdə rəqibindən 4 dəfə çox səs toplayaraq parlaq qələbə qazandı. O, və onun həmfikirliləri özlərini radikallar adlandırır və bununla "opportunist" adlandırdıqları digər respublikaçılardan fərqli olduqlarını göstərirdilər. O, Paris Kommunasının devrilməsindən sonra sürgün edilmiş kommunarların əfv edilməsini tələb edirdi Prezidentin 1877-ci ildə ölkədə siyasi xaos törətməklə monarxist dövlət çevrilişi cəhdi bütün respublikaçıları birləşməyə vadar etdi. 1880-ci il iyunun 18-də deputatları palatası kommunarların əfv edilməsi haqqında qanunu qəbul etdi. 1880-ci ildə "Justis" qəzetini təsis edən Klemanso onun səhifələrində opportunistlərə qarşı kəskin tənqidi yazılar dərc edirdi. Qambettaya qarşı kampaniyada Klemansonun neqativ keyfiyyətləri üzə çıxdı – həddən artıq qabalıq, kompromissizlik və təkəbbürlük.
XIX əsrin 80-ci illərin əvvəllərində hökumətin keçirdiyi islahatları natamamlıqda ittiham edən Klemanso hökumətin müstəmləkə müharibələri aparmasına aludə olmasını kəskin tənqid edirdi. O, 1885-ci ildə Ferri hökumətini parlamentin razılığı olmadan müharibə aparmaqda və Fransanın silahlı qüvvələrini qəsdən Avropadan uzaqlaşdırmaqda ittiham etdi. Ferri üzərində qələbə ona "hökumətləri devirən" şöhrəti qazandırdı. Klemanso Fransa ordusunda çox nadir hallarda respublikaçı baxışları olan zabitlərdən biri Bulanjedən istifadə etmək qərarına gəldi. Klemanso bir qədər sonra Bulanjenin milli miqyasda siyasi fiqura çevrilməsindən narahat olmağa başladı. Klemanso yanıldığını və Bulanyenin ölkədə sosial-siyasi sabitliyə ciddi təhlükə olması qənaətinə gəldi. Kütlələr arxalanan yeni Bonapart kimi hərbi diktatorun ortaya çıxması təhlükəsi yaranmışdı. Bulanje hərəkatı yatırılsa da bu hadisə Klemanso üçün ilk ciddi siyasi zərbə oldu.
1889-cu ilin fevralında Panama kanalı kompaniyası iflasa uğradı. 1892-ci ildə mətbuatda bununla bağlı korrupsiyada şübhəli hesab olunanlar barəsində materiallar dərc olundu. Dekabrın 12-də "Le Figaro" qəzeti korrupsiyaya yuvarlanmış siyasətçilərin sırasında Klemansonun da adını qeyd etdi. 1893-cü ilin iyununda Fransa mətbuatı Klemansoya qarşı "ingilis xəfiyyəsi" ittihamını irəli sürdü. 1893-cü ilin avqustunda Var departamentinə gedən Klemanso növbəti parlament seçkilərinə hazırlaşmaq qərarına gəldi. Lakin seçkilərdə məğlub oldu. 1893–1900-cü illərdə Klemanso bir neçə fəlsəfi traktatlar çap etdirdi.
1894-cü ildən etibarən aktuallaşmağa başlayan Dreyfus işi ilə bağlı ictimai müzakirələrdə Klemanso ilk əvvəl ehtiyatlı mövqe tutsa da, məhkəmə prosesində siyasi təzyiq haqqında faktlar ortaya çıxdıqdan sonra Klemanso dreyfusçuların tərəfində fəal çıxış etməyə başladı. 1901-ci ildə qəbul edilmiş birliklər haqqında qanun parlament mübarizəsi çərçivəsində fəaliyyət göstərən siyasi partiyaların təşkilinə icazə verirdi. Klemansonun tərəfdarları radikal və radikal-sosialistlər partiyasını yaratdılar. Klemanso 1902-ci ildə isə Var departamentindən Parisə gəlmiş nümayəndə heyətinin senator seçilmək təklifini qəbul etdi. Klemansonun bu təklifi böyük həvəslə qəbul etməsi çoxlarını təəccübləndirdi – Klemanso uzun illər boyunca mühafizəkarlığın və avtoritarizmin dayağı olan Senatın ləğvini tələb etmişdi. Görünür 60 yaşını keçmiş Klemanso bu fikirlərini "gəncliyin səhvləri" kimi qiymətləndirirdi.
1902-ci ilin aprelində senator seçilən Klemanso 1905-ci ildə kilsənin dövlətdən ayrılması haqqında qanun ətrafında gedən mübarizədə fəal iştirak edirdi. 1905-ci ildə Sarriyen hökumətində daxili işlər naziri təyin olunan Klemanso ölkədə genişlənməkdə olan tətil hərəkatı qarşısında tərəddüdlü vəziyyətdə qalmışdı. O, daim sosial ədalətin tərəfdarı kimi çıxış etmiş və seçki proqramlarında həmişə fəhlələrin hüquqlarının müdafiəsi haqqında maddəni daxil etmişdi. Lakin kütləvi tətil hərəkatları bir sıra hallarda xaosun güclənməsi ilə müşayiət olunduğu üçün Klemanso onların yatırılmasında ordudan istifadə olunması haqqında əmr verdi.
1906-cı ildə keçirilən parlament seçkilərində radikallar yenə də Deputatlar palatasında çoxluq qazandılar. Jorj Klemansonun başçılığı ilə hökumət təşkil edildi. Klemansonun yaratdığı "möhkəm hakimiyyət" iri kapitalın imtiyazlarını ləğv etməyə deyil, məhdudlaşdırmağa çalışmalı idi. Əgər əvəllər Klemanso sosialistlər ilə əlaqə yaratmağa çalışdısa, hakimiyyətə gəldikdən sonra onların əleyhinə çıxmağa başladı.
Ədəbiyyat
[redaktə | mənbəni redaktə et]- Castillon, René, "Le 19 juin 1907, la crise de la viticulture languedocienne débouche...", La Vie (fransız), 19 June 2007, İstifadə tarixi: 2018-03-01
- Dallas, Gregor. At the Heart of a Tiger: Clemenceau and His World 1841–1929 (1993); emphasis on political milieu
- Doughty, Robert A. Pyrrhic Victory. Harvard University Press. 2005. ISBN 978-0-674-02726-8.
- Duval-Stalla, Alexandre, "Claude Monet — Georges Clemenceau : une histoire, deux cacactères", (Paris : Folio, 2013)
- Gazdar, Kaevan, Feminism's Founding Fathers: The Men Who Fought for Women's Rights, John Hunt Publishing, 2016-09-30, ISBN 978-1-78099-161-0, İstifadə tarixi: 2017-12-12
- Greenhalgh, Elizabeth, " David Lloyd George, Georges Clemenceau, and the 1918 Manpower Crisis," Historical Journal (2007) 50#2 pp. 397–421
- Holt, E., The Tiger: The Life of Georges Clemenceau 1841–1929, (London : Hamilton, 1976)
- Jackson, J. Hampden. Clemenceau and the Third Republic (1962) online edition
- MacMillan, Margaret. Peacemakers: The Paris Conference of 1919 and Its Attempt to End War (2001)
- McAuliffe, Mary. Dawn of the Belle Epoque: The Paris of Monet, Zola, Bernhardt, Eiffel, Debussy, Clemenceau, and Their Friends (2011) excerpt and text search
- Milza, Pierre. L'année terrible - La Commune (mars-juin 1871). Paris: Perrin. 2009. ISBN 978-2-262-03073-5.
- Newhall, David S. Clemenceau: A Life at War (1991)
- Palmer, Alan. Victory 1918. Weidenfeld & Nicolson. 1998. ISBN 978-0-297-84124-1.
- Stevenson, David. "French war aims and the American challenge, 1914–1918." Historical Journal 22.4 (1979): 877–894.
- Terraine, John. To Win a War. London: Sidgwick & Jackson. 1978. ISBN 978-0-304-35321-7.
- Tuchman, Barbara. August 1914. Constable & Co. 1962. ISBN 978-0-333-30516-4.
- Watson, D. R. "The Making of French Foreign Policy during the First Clemenceau Ministry, 1906–1909," English Historical Review (1971) 86#341 pp. 774–782 in JSTOR
- Watson, David R. Georges Clemenceau: France: Makers of the Modern World (2009), 176pp excerpt and text search
- Watson, David R. Georges Clemenceau: A Political Biography (1976) online
Xarici keçidlər
[redaktə | mənbəni redaktə et]- The Clemenceau museum Arxivləşdirilib 2006-08-05 at the Wayback Machine
- Encyclopædia Britannica, Georges Clemenceau
- Clemenceau, the man and his time by Henry Mayers Hyndman at archive.org
- South America To Day by Georges Clemenceau at archive.org. In English.
- The strongest (Les plus fort) by Georges Clemenceau at archive.org
- The surprises of life by Georges Clemenceau at archive.org
- At the foot of Sinai by Georges Clemenceau at archive.org
- Clemenceau's cartoons
- Dreyfus Rehabilitated
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ https://books.google.fr/books?id=D1crDwAAQBAJ&newbks=1&newbks_redir=0&printsec=frontcover&pg=PT21.
- ↑ 1 2 senat.fr (fr.).
- ↑ Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
- ↑ 1 2 Клемансо Жорж // Большая советская энциклопедия (rus.): [в 30 т.]. / под ред. А. М. Прохорова 3-е изд. Москва: Советская энциклопедия, 1969.