Hedi Lamarr

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Hedi Lamarr
Hedwig Eva Maria Kiesler
Təqdimat fotosu, 1944
Təqdimat fotosu, 1944
Doğum adı Hedwig Eva Maria Kiesler[1]
Doğum tarixi
Doğum yeri Vyana, Avstriya-Macarıstan
Vəfat tarixi (85 yaşında)
Vəfat yeri Casselberry, Florida, ABŞ
Vəfat səbəbi ürək-damar xəstəliyi[d][2]
Dəfn yeri
  • Vyana mərkəzi qəbiristanlığı[d][3]
Vətəndaşlığı

Avstriya

ABŞ(1953-cü ildən)
Həyat yoldaşı
  • Fritz Mandl
    (m. 1933–37; boşanıb)
  • Gene Markey
    (m. 1939–41; boşanıb; 1 uşaq)
  • John Loder
    (m. 1943–47; boşanıb; 2 uşaq)
  • Teddy Stauffer
    (m. 1951–52; boşanıb)
  • W. Howard Lee
    (m. 1953–60; boşanıb)
  • Lewis J. Boies
    (m. 1963–65; boşanıb)
Fəaliyyəti aktrisa, ixtiraçı, avtobioqraf[d], ssenarist, kino aktrisası, film prodüseri, musiqiçi, model[d], estrada artisti
Fəaliyyət illəri 1930–1958
Tanınma səbəbi Aktrisa, ixtiraçı
IMDb ID0001443
hedylamarr.com
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Hedi Lamarr (ing. Hedwig Eva Maria Kiesler, 9 noyabr 1914[4][5][…], Vyana[6][7][…]19 yanvar 2000[8][4][…]) ― Avstriyalı, sonradan ABŞ-də yaşamış aktrisaixtiraçı.[9]

1933-cü ildə Gustav Maçatinin ekranlaşdırmış olduğu "Ekstaz" adlı filmdəki çılpaqlığı ilə mübahisə mövzusu oldu və varlı olan Avstriyalı hərbi sursat istehsalçısı həyat yoldaşından ayrılaraq gizlicə Parisə qaçdı. Burada, Metro-Goldwyn-Mayer studiyasının sədri Luis B. Mayer ilə görüşüb və ona Hollivudda film müqaviləsi təklif edilib. Hedi Lamarr 1930-cu illərin əvvəllərindən, 1950-ci illərin sonlarına qədər rol aldığı filmlər ilə bir film ulduzuna çevrildi[10]

Lamarr çoxsaylı populyar filmdə rol almışdır. Bunlara 1938-ci ildə Şarl Buaye ilə birgə baş rollarını paylaşdığı "Algiers" filmi, 1940-cı ildə Spenser Treysi ilə baş rolunu bölüşdüyü "I Take This Woman" filmi, 1940-cı ildə Klark Qabl ilə baş rolunu bölüşdüyü "Comrade X" filmi, 1941-ci ildə baş rolunu Ceyms Stüart ilə bölüşdüyü "Come Live With Me" filmi, 1941 istehsalı baş rolunu Robert Yanq ilə bölüşdüyü "H. M. Pulham, Esq." filmi və 1949-cu ildə Viktor Mature ilə birlikdə rol aldığı "Samson və Delila" filmini nümunə göstərmək olar.

İlk evliliyi müddətində Lamarrın tətbiqi elmlərə qarşı marağı artdı və aktyorluq karyerasından də darıxdığından görə bir ixtiraçı kimi ixtiralar istehsal etdi. Daha təkmilləşdirilmiş işıqfor, adi suyu qazlı suya çevirən lövhə və s. ixtiralar üstündə işləmişdir. II Dünya Müharibəsinin başlanğıcında, müttəfiqlərin müharibədəki qüvvələrinə yardımçı olmaq üçün çox istəkli idi. Bəstəkar və ixtiraçı olan Corc Antheil ilə birlikdə yayılma spektrinin radio ilə nəzarət olunan torpedolarda istifadə olunması məqsədilə tezlik tullanmalı yayılma spektrini ixtira edərək, ABŞ-də patentini aldılar. ABŞ donanması 1960-cı illərə qədər bu texnologiyaya önəm vermədi, ancaq müasir dövrdə bu texnologiyanın iş prinsipləri Wi-Fi, CDMABluetooth texnologiyalarına daxil edilmiştir.[11] Bu işinə görə Hedi Lamarra 2014-cü ildə ABŞ-nin Virciniya ştatında yerləşən Aleksandriya şəhərindəki Məşhur Milli İxtiraçılar Salonunda yer verilmişdir.

  1. Deutsche Nationalbibliothek Record #107547724 // Ümumi tənzimləmə nəzarəti (GND) (alm.). 2012—2016.
  2. NNDB (ing.). 2002.
  3. Find a Grave (ing.). 1996.
  4. 1 2 Hedy Lamarr // filmportal.de. 2005.
  5. Kinopoisk (rus.). 2003.
  6. Library of Congress Authorities (ing.). Library of Congress.
  7. Pas L. v. Genealogics (ing.). 2003.
  8. Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
  9. "Hedy Lamarr: Inventor of more than the 1st theatrical-film orgasm". Los Angeles Times. 28 Noyabr, 2010. 2013-01-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-08-12.
  10. ""Hedy Lamarr: Secrets of a Hollywood Star"". 2012-07-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-08-16.
  11. "Hollywood star whose invention paved the way for Wi-Fi" Arxivləşdirilib 2016-02-01 at the Wayback Machine, New Scientist