Baken
Naviqasiyaya keç
Axtarışa keç
Bu məqalə böyük ölçüdə və ya tamamilə tək mənbəyə əsaslanır. |
Baken (nid. baken – siqnal, işarə) — naviqasiya təhlükələrini və ya farvaterləri (gəmi yolunu) bildirmək üçün lövbərə bağlanmış üzən nişan. Konusvarı, silindrik, yaxud kürə formasında olur. Yerləş dirilmə sistemindən asılı olaraq müxtəlif rəngli bakenlər var. Baken işıqlandırma qurğuları, işıq əksediciləri və ya səs siqnalı qurğuları ilə təchiz edilir. Fənəri avtomatik yanıb-sönən bakenlərdə gecələr qırmızı (sağ sahil) və ya ağ (sol sahil) siqnal işığı yanır. Yaşayış məntəqələri yaxınlığında ağ işıq yaşıl işıqla əvəz edilir.
Həmçinin bax
[redaktə | mənbəni redaktə et]İstinadlar
[redaktə | mənbəni redaktə et]Mənbə
[redaktə | mənbəni redaktə et]- Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). 3-cü cild: Babilistan – Bəzirxana (25 000 nüs.). Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi. 2011. səh. 53. ISBN 978-9952-441-07-9.