Hatşepsut

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Qədim Misir fironu
Hatşepsut
Sülalə XVIII sülalə
Tarixi dövr Qədim Misir, Yeni padşahlıq, On səkkizincı sülalə
Atası I Tutmos
Əri
Dəfn yeri
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Hatşepsut (təq. e.ə. 1507, ehtimal ki, Teben və ya Misirtəq. yanlış tarix (etibarsız dəqiqlik)) – Misir kraliçasıdır. Anası Yasmos, atası I Tutmos olub. Əri isə ögey qardaşı, atasının Mutnefertdən olan oğlu II Tutmos olub.

Tarixdə adı qeydlərə keçən ilk Misir qadınıdır. Qədim Misirin qadın fironu, misirşünaslara görə bildiyimiz tarixin ilk böyük qadını. Hatşepsutun uzun idarəçiliyi zamanı Misirdə ticarət və tikinti işləri geniş vüsət alır. Sadəcə qadınlar arasında deyil, bütün fironlar arasında ən uğurlu hakimiyyətə sahib olmuş fironlardan sayılır. Hatşepsutdan sonra taxta çıxan firon onun adını yazılı mətnlərdən sildirir və mumiyasını gizlədir. 1903-cü ildə Hovard Karter tərəfindən tapılan bir məzardakı mumiyanın 1990-cı ildə müasir metodlarla araşdırılması onun Hatşepsutun itmiş mumiyası olduğunu aşkara çıxarır. Mərasimlərdə taxma saqqal taxırdı. Hatşepsut naməlum səbəbdən vəfat etdikdən sonra ögey oğlu III Tutmos hakimiyyətə keçir. Bəlkə də, III Tutmos tərəfindən öldürülmüşdür. Ona görə ki, əri öldükdən sonra hakimiyyətin III Tutmosa keçməməsi üçün baş kahinlərlə müqavilə bağlatdırıb, taxta çıxır. III Tutmos hakimiyyətə keçdikdən sonra Hatşepsutun şərəfinə tikilmiş abidələri dağıtdırmağa əmr verir.