Frits Preql

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Frits Preql
alm. Fritz Pregl
Doğum adı Friedrich Raimund Michael Pregl
Doğum tarixi 3 sentyabr 1869(1869-09-03)[1][2][…]
Doğum yeri
Vəfat tarixi 13 dekabr 1930(1930-12-13)[3][1][…] (61 yaşında)
Vəfat yeri
Elm sahələri kimya, tibb
İş yerləri
Təhsili
Elmi rəhbəri Vilhelm Ostvald
Üzvlüyü
Mükafatları Kimya üzrə "Nobel" mükafatı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Frits Preql(alm. Friedrich Raimund Michael (Fritz) Pregl‎, 3 sentyabr 1869, Laybax — 13 dekabr 1930, Qrats) — Avstriya kimyaçısı, Kimya üzrə Nobel mükafatı laureatı (1922).

Frits Preql sentyabrın 3-də anadan olmuş (1869- 1930) Laybaxda (indiki Lyublyana, Yuqoslaviya), Avstriya analitik kimyaçısı və fizioloqu, Preql Fris 1894-cü ildə Qrats Universitetinin tibb fakultəsini bitirmişdir. 1894-1910-cu illərdə həmin Universitetdə işləmişdir. 1904-cü ildə həkim – oftalmoloq peşəsindən əl çəkib, Berlin Universitetində (E. Fişerin yanında) kimyanın sirlərinə yiyələnmişdir. 1910-1913-cü illərdə İnsbruk Universitetində tibbi- kimya üzrə professor vəzifəsində çalışmışdır.

F.Preql 1913-cü ildə üzvi maddələrin mikroanaliz metodlarının hazırlanması sahəsində çoxillik tədqiqatlarına və kimya təcrübəsində həmin metodların tətbiqinə nail olduöuna görə Nobel mükafatı almışdır.

F.Preql Qrats Universitetinə daxil olur və təbabəti öyrənməklə məşğul olur. 1893-cü ildə tibb diplomu alaraq Preql Universitet laboratoriyasında qalaraq işləyir və getdikcə kimyaya marağı artır. Onu öd turşuları və insan sidiyindəki azotlu birləşmələr xüsusilə maraqlandırırdı. 1899-cu ildə ona Qrats Universitetində fiziologiya kafedrasında doktor vəzifəsi təklif olunur.

Öd turşularını və proteinlər kimyasını öyrənərək Preql analiz alanan maddələrin olduqca az olması səbəbindən analizin aparılması zamanı çətinliklərlə qarşılaşır. Onun zamanında əlverişli şəraitdə analiz aparmaq üçün kifayət qədər böyük miqdarda tədbiq olunan maddə tələb olunurdu ki, bu da Preqlinin təcrübələrini icraolunmaz edirdi. Kimyəvi analiz üsullarını təkmilləşdirmək lazım idi. Onun qarşısında duran ilk məsələlərdən biri ondan ibarət idi ki, adi kimyada istifadə olunandan daha həssas tərəzi yaratsın. Tərəziləri təkmilləşdirərək Pereqli onların dəqiqliyini on dəfələrlə artırdı. O, başlıca olaraq karbon, hidrogen, oksigendən və çox vaxt azot, fosfor, kükürd və digər elementlərdən ibarət üzvi maddələrin molekullarının öyrənilməsi ilə məşğul olur.

Bu birləşmələrin analizi onlara daxil olan elementlərin proporsional tərkibinin təyinini tələb edir. Bu çətinliyi aradan qaldırmaq üçün Preql xüsusi filtr kəşf etdi ki, karbon qazı və sudan başqa nə varsa tuta bilirdi. Öz tədqiqatlarını davam etdirərək o, mikroanaliz üsulları işləyib hazırladı ki, bu da üzvi birləşmələrdə hallogenləri, karbiksil qruplarını təyin etməyə imkan verdi, həmçinin şüşə üfürənin köməyi ilə olduqca kiçik ölçülü yeni aparat hazırladı. Alim həmçinin kimyəvi analiz müddətini bir saata qədər qısaldaraq onu üç dəfədən çox azaldır. Onun təklif etdiyi üsullar olduqca az mürəkkəb və hiss olunacaq dərəcədə daha dəqiq olub mürəkkəb biotibbi birləşmələrin analizi üçün xüsusilə əhəmiyyətli idi.

1923-cü ildə Preqli “üzvi maddələrin mikroanalizi üsullunu ixtira etdiyinə görə” kimya üzrə Nobel mükafatına layiq görülmüşdür. [5]

Onun laboratoriyası üzvi mikroanalizin dünya şöhrətli mərkəzinə çevrilmişdi. Preqli heç vaxt ailə qurmamışdı. Ölümündən əvvəl o, böyük miqdarda pul vəsaitini mikrokimya sahəsində nailiyyətlərə görə mükafat müəyyən etmək üçün Vyanada Elmlər Akademiyasına köçürür.

Ləyaqətin tanınması

[redaktə | mənbəni redaktə et]

Preqlin kimya sahəsindəki nailiyyətləri 1914-cü ildə Vyana İmperator Elmlər Akademiyasının Lieben Mükafatına [de] layiq görüldü. 1920-ci ildə Göttingen Universitetinin fəxri fəlsəfə doktoru, bir ildən sonra isə Vyana Elmlər Akademiyasının müxbir üzvü oldu. 1923-cü ildə "üzvi maddələrin mikroanalizi metodunun ixtirasına görə" kimya üzrə Nobel mükafatına layiq görüldü (pregl ilk dəfə 1917-ci ildə fermentlərin analizi üzrə işinə görə irəli sürülüb). 1929-cu ildə Preql Qrats şəhərinin fəxri vətəndaşı oldu.

Fritz Pregl 1973-cü ildə Avstriyanın poçt markasında təsvir edilmişdir. Avstriya Elmlər Akademiyasının onun adına verdiyi mükafatla yanaşı, Avstriya Analitik Kimya Cəmiyyəti də 1955-ci ildən analitik kimya sahəsində və xüsusilə üzvi izlərin müəyyən edilməsində görkəmli nailiyyətlərə görə verilən Fritz Preql medalını təsis etmişdir. maddələr.

Frits Preql 13 dekabr 1930-cu ildə vəfat edib.

  1. 1 2 Fritz Pregl // Encyclopædia Britannica (ing.).
  2. Fritz Pregl // Brockhauz Ensiklopediyası (alm.).
  3. 1 2 Прегль Фриц // Большая советская энциклопедия (rus.): [в 30 т.]. / под ред. А. М. Прохорова 3-е изд. Москва: Советская энциклопедия, 1969.
  4. Deutsche Nationalbibliothek Record #11890986X // Ümumi tənzimləmə nəzarəti (GND) (alm.). 2012—2016.
  5. "Arxivlənmiş surət". 2023-04-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-04-18.