Aaron Kluq

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Aaron Kluq
ing. Aaron Klug
Doğum tarixi 11 avqust 1926(1926-08-11)[1][2][…]
Vəfat tarixi 20 noyabr 2018(2018-11-20)[2][3][…] (92 yaşında)
Vəfat yeri
Uşağı 2
Elm sahələri kimya, biokimya
Elmi dərəcəsi
İş yeri
Təhsili
Üzvlüyü
Mükafatları Cəngavər bakalavrı
"Kopli" medalı Kimya üzrə "Nobel" mükafatı
"Xidmət" ordeni
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Aaron Kluq (11 avqust 1926[1][2][…]20 noyabr 2018[2][3][…], Kembric) — İngilis kristalloqrafı, kimya üzrə Nobel mükafatçısıdır.

Aaron Kluq 1926-cı ildə avqustun 11-də Litvada anadan olmuşdur. Yoxannesburq və Keyptaun universitetlərində oxumuşdur. O, yəhudi ailəsində anadan olmuşdur. Onun iki yaşı olarkən ailəsi Durbana (Cənubi Afrika) köçmüşdür, çünki, anasının ailəsi XX əsrin əvvəllərində ora miqrasiya etmişdi. 1937–1941-ci illərdə Duban şəhərində məktəbdə oxumuşdur. O, Pol Krayfın "Ovçular mikroblar arxasında" adlı kitabını oxuduqdan sonra onda elmə maraq yarandı. 1942-ci ildə Yoxannesburqda Vitvatersrand universitetinə daxil olaraq Kluq tibb üzrə hazırlıq kursuna, həmçinin biokimya, fizika və riyaziyyat üzrə məşğələlərə gedir. 1945-ci ildə o, universiteti bitirdikdə təbiət elmləri üzrə bakalavr dərəcəsi alarkən onun seçimi fizika olur.

Elmi naliyyələri

[redaktə | mənbəni redaktə et]

Ona ayrılmış təqaüdə əsasən o, öz müəllimlərindən biri R. U. Ceymsin yanında rentgen kristalloqrafiyası üsulunu öyrənmişdir. 1946-cı ildə təbiət elmləri magistri dərəcəsi alaraq Kluq Keyptaun universitetində qalır ki, Ceyms ilə rentgen şüalarının difraksiyasının köməyi ilə üzvi birləşmələrin öyrənilməsi sahəsində tədqiqatlarını davam etdirsin. Kembric universitetinin Triniti kollecində alınan təqaüd və yardım Kluqa imkan verdi ki, 1949-cu ildə İngiltərəyə köçsün. Kluq 1962-ci ildə Nobel mükafatı laureatları olmuş M. Preus və C. Kendrinin yanında Kevendiş laboratoriyasında işləmək istədi, amma orda boş yer olmadığından Kluq D. R. Xartrinin rəhbərliyi altında poladların strukturunu öyrənməyə başlamışdı. Bu işə görə o, 1952-ci ildə doktorluq dərəcəsi almışdır. Kalloid kimya şöbəsinə keçərək Kluq 1953-cü il ərzində hemoqlabində oksigen və karbon dioksid mübadiləsi gedən biokimyəvi prosesləri öyrəndi. Bu tədqiqatlar onun bioloji molekulların rentgen analizinə marağını artırdı və növbəti ilin sonunda Londonda Berbek kollecində iş üçün Naffild təqaüdü aldı. Çox az müddətdə Kluq ribonukleazanı öyrəndi. Bu iş zamanı o, Rozalindo Frankli ilə tanış olur. Franklinin aldığı rentgen təsvirləri Kluqda böyük marağa səbəb oldu və o, işə qoşuldu. Nəticədə Kluq (1958-ci ildə Franklin vəfat etmişdi) müəyyən etdi ki, tənbəki mozaikası virusu geniş spirala bənzər strukturaya malik olub, zülal fraqmentləri təkrarlanır, həm də genetik material zülalın daxili səthi boyunca yerləşir.

Həmin dövrdə Kluq və onun həmkarları poliomielitə səbəb olan virusu tədqiq etdilər. Hesab edilirdi ki, onlar sferik formaya malikdir, amma onların dəqiq strukturu müəyyən edilməmişdi. O dövrdə tədqiqatçıların malik olduqları rentgenoqrafik eksperiment metodalogiyası prinsipcə kifayət qədər məlumat almağa imkan vermirdi.

Fizika və rentgen analizi sahəsində biliklərə əsaslanaraq Kluq kristalloqrafik elektron mikroskopiyası adlanan yeni üsulu işləyib hazırladı. Bu üsul zamanı elektron mikroskopunun köməyi ilə alınan təsvirlər lazer şüaları ilə difraksiyaya məruz qoyulur. Alınan təsvir sonradan açmaq və analiz olunan obyektin strukturunu müəyyən etmək olar. Bu üsul Kluqu təkcə yeni texniki yanaşma ilə təmin etmədi, həm də tədqiqatın aparılma prosedurunu müəyyən etdi. Bu prosedur hüceyrə və molekulyar strukturu əlaqələndirir. O, artıq mürəkkəb bioloji sistemi hüceyrədən ayırıb rentgen və kimyəvi analiz yolu ilə müfəssəl təsviri almaq və nəhayət bütün quruluşun elektron mikroskopunun köməyi ilə tam təsvirini yarada bilərdi. 1972-ci ildə o, bu ardıcıllığı xromatinlərin — histonların (xüsusi zülalların) DNT ilə birləşmələrini analiz edərkən istifadə etməyə başladı. Bu birləşmələr yüksək təşkilatlanmış orqanizmlərin xromosomlarını əmələ gətirir. 1981-ci ildə Kluq və onun həmkarları göstərə bildilər ki, histonlar sferik yumaqlara elə burulublar ki, uzunluğu təxminən 2 metr olan yeganə insan DNT-si diametri millimetrin yüzdə birində kiçik olan hüceyrə nüvəsinə yerləşir.

  • 1947–1948-ci illərdə Keyptaun universiteti
  • 1949–1953-cü illərdə Kembric universiteti
  • 1954–1961-ci illərdə London universitetinin Birbek kolleci
  • 1962-ci ildən Kembric universiteti nəzdində Tibbi tədqiqatlar şurasının molekulyar biologiya şöbəsi
  • 1986-cı ildən direktor işləmişdir.

1982-ci ildə "Kristalloqrafik elektron mikroskopiyası üsulunu işləyib hazırladığına və nuklein turşusu — zülal bioloji əhəmiyyətli komplekslərin tədqiqinə görə" kimya üzrə Nobel mükafatına layiq görülmüşdür.

  1. 1 2 Aaron Klug // Brockhauz Ensiklopediyası (alm.).
  2. 1 2 3 4 Aaron Klug // Store norske leksikon (бук.). 1978. ISSN 2464-1480
  3. 1 2 Aaron Klug // Munk's Roll (ing.).
  4. 1 2 3 4 5 6 Freebase (ing.). 2007.
  5. 1 2 Aaron Klug (brit. ing.). Royal Society.