Faust
Bu məqalə qaralama halındadır. |
Faust və ya Faustus məşhur alman əfsanəsinin qəhrəmanı şeytanla müqavilə bağlamış, kimyagər obrazdır. Fausta və buna oxşar obrazlara təkcə alman xalq ədəbiyyatında deyil, eləcə də həmin regiona xas olan ədəbi nümunələrdə də rast gəlinir. Fasutla bağlı əfsanə bir sıra məşhur əsərlərin mövzusuna çevrilmişdir. Məsələn Kristofer Marlou, Tomas Man, Berlioz, Frans List, Oskar Vayld kimi müəlliflər bu obraza dəfələrlə müraciət etmişlər.
Qəhrəman haqqında
[redaktə | mənbəni redaktə et]1540–1585-ci illər arasında Almaniyada Faust haqqında yazılan yarı gerçək, yarı əfsanəvi yazılarda İohann Faustus adında bir adamın sehrbazlıqla məşğul olması və bu sahədə böyük şöhrətə malik olması göstərilir. Belə ki, 1488-ci ildə anadan olan bu şəxs gəncliyində sehrbazlığa həvəs göstərmiş, Wittenberg və ya Heidelberg üniversitetində həkimlik ixtisasına yiyələndikdən sonra kəndbəkənd gəzərək öz bacarıqlarını xalqa nümayiş etdirmişdir. Rəvayətə görə, şeytan onun qaynı imiş. Başqa bir rəvayətdə isə Faustun daim yanında gəzdirdiyi itin şeytan olduğu bildirilir. Öz bacarıqları ilə böyük şöhrət qazanan Faust bir gecə Würtembergdə qaldığı mehmanxanada şeytan tərəfindən öldürülmüş, səhər üzü qorxunc bir vəziyyətdə tapılmışdır. Faustun bu şəkildə qorxunc bir vəziyyətdə ölümü xalqda onun həqiqətən də ruhunu şeytana satdığı ilə bağlı düşüncələr yaratmışdır. Nəhayət 1587-ci ildə nəşr olunan Faustbuch ilə bu mif son şəklini almışdır[1].
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Christopher Marlow. Doktor Faustus. səh. 112.