Diyar
Diyar — bəzi dövlətlərdə inzibati–ərazi vahidi. Diyar Çexiyada, Gürcüstanda, Rusiyada və Slovakiyada inzibati–ərazi vahididir.
Sözün mənşəyi
[redaktə | mənbəni redaktə et]"Diyar" sözü ərəb mənşəli isimdir (ərəb. دیار) və "ölkə", "məmləkət" kimi mənaları ehtiva edir.[1]
Çexiyada
[redaktə | mənbəni redaktə et]Diyar çex dilində kray (çex. kraj) adlanır. 2001–ci il etibarı ilə Çexiya 14 diyara[q 1] (I dərəcəli inzibati vahidə) bölünmüşdür:[2]
- Karlovı Varı diyarı
- Kraloveqradetsk diyarı
- Liberets diyarı
- Moraviya-Sileziya diyarı
- Olomoutsk diyarı
- Pardubitsk diyarı
- Plzen diyarı
- Praqa (diyar statuslu şəhər)
- Stredoçesk diyarı
- Ustetsk diyarı
- Vısoçina diyarı
- Yihoçesk diyarı
- Yihomoravsk diyarı
- Zlin diyarı
Gürcüstanda
[redaktə | mənbəni redaktə et]Ölkə (və ya diyar) gürcü dilində "mxare" (gürc. მხარე) adlanır.[3] 1994–1996–cı illərdə həyata keçirilmiş inzibati islahatlar nəticəsində Gürcüstanda I dərəcəli inzibati–ərazi vahidi statusu olan 9 diyar[4] təşkil edilmişdir:
- İmereti diyarı
- Kaxeti diyarı
- Aşağı Kartli diyarı
- Quriya diyarı
- Msxeta-Mtianeti diyarı
- Raça-Leçxumi və Aşağı Svaneti diyarı
- Sameqrelo-Yuxarı Svaneti diyarı
- Samtsxe-Cavaxeti diyarı
- Daxili Kartli diyarı
Rusiyada
[redaktə | mənbəni redaktə et]Diyar sözü rus dilinə "strana" (rus. страна) və ya "kray" (rus. край) kimi tərcümə olunur.[5] 2005–ci il etibarı ilə Rusiya Federasiyasının 83 subyektindən 9–u diyar statusuna[5][q 2] malikdir:[6]
- Altay diyarı
- Kamçatka diyarı
- Xabarovsk diyarı
- Krasnodar diyarı
- Krasnoyarsk diyarı
- Perm diyarı
- Primorsk diyarı
- Stavropol diyarı
- Zabaykal diyarı
Slovakiyada
[redaktə | mənbəni redaktə et]Diyar slovak dilində kray (slovak. kraj) adlanır. Diyar Slovakiyada I dərəcəli inzibati–ərazi vahididir və öz növbəsində slovak dilində okres (slovak. okres) adlanan II dərəcəli inzibati–ərazi vahidlərinə bölünür. 1996–cı il etibarı ilə Slovakiya 8 diyara[q 3] bölünmüşdür:[7]
- Banska Bistritsa diyarı
- Bratislava diyarı
- Jilina diyarı
- Koşitse diyarı
- Nitra diyarı
- Preşov diyarı
- Trençin diyarı
- Trnava diyarı
Qeydlər
[redaktə | mənbəni redaktə et]- ↑ Əlavə: AXİN–in Çexiya haqqında qısa icmalında isə bu vahid region adlandırılıb və məlumat bu şəkildə verilib: ... Ərazi bölgüsü: 13 region (kray) və 1 paytaxt. ... (Mənbə olaraq bax: AXİN–in rəsmi saytında: Çexiya (qısa icmal) — 1. Ümumi məlumat).
- ↑ Əlavə: ASE–də bu inzibati vahid ölkə adlandırılıb: məsələn – Primorye ölkəsi məqaləsi (Mənbə olaraq bax: Азәрбајҹан Совет Енсиклопедијасы. VIII ҹилд: Прадо – Спринт. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксиjасы, 1984, сəh. 12) ; AXİN–in Rusiya haqqında qısa icmalında isə bu vahid məmləkət adlandırılıb və məlumat bu şəkildə verilib: ... İnzibati-ərazi bölgüsü: Rusiyanın tərkibində ..., 8 məmləkət, 47 vilayət,... var. ... (Mənbə olaraq bax: AXİN–in rəsmi saytında: Rusiya (qısa icmal) — 1. Ümumi məlumat).
- ↑ Əlavə: AXİN–in Slovakiya haqqında qısa icmalında isə bu vahid region adlandırılıb və məlumat bu şəkildə verilib: ... Ərazi bölgüsü: 8 region (kray). ... (Mənbə olaraq bax: AXİN–in rəsmi saytında: Slovakiya (qısa icmal) — 1. Ümumi məlumat).
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Dd, səh. 652. // Azərbaycan dilinin izahlı lüğəti. Dörd cilddə. I cild (ABCÇD). Redaktor: Əliheydər Orucov; Tərtibçilər: Əliheydər Orucov, Bəhruz Abdullayev, Nərgiz Rəhimzadə. Təkrar nəşrə hazırlayanı, təkmilləşdirəni və redaktoru: Ağamusa Axundov. Bakı: Şərq – Qərb, 2006, 744 səhifə. ISBN 9789952340230
- ↑ Regions of the Czech Republic Arxivləşdirilib 2014-09-26 at the Wayback Machine — Administrative Divisions of Countries Country Regions ("Statoids" Arxivləşdirilib 2012-04-11 at the Wayback Machine). United States of America, North Carolina, Durham.Orijinal mətn (ing.)
... 2001-01-01: A new division into fourteen regions was implemented. The Czech Republic has reorganized its eight regions (kraje) into fourteen. ...
- ↑ gürc. ქართულ-აზერბაიჯანული ლექსიკონი. ნასიბ ნასიბოვი, ვენერა ჯანგიძე, სულეიმან სულეიმანოვი; რედაქტორი ნასიბ ნასიბოვი. თბილისი: ინეტელქტი, 2010, გვერდი 295. ISBN 9789941420009 / azərb. Gürcücə – azərbaycanca lüğət. Düzəlişlər və əlavələr edilmiş üçüncü nəşri. Redaktor: Nəsib Nəsibov; Tərtib edənlər: Nəsib Nəsibov, Venera Cangidze, Süleyman Süleymanov. Tbilisi: İntelekti nəşriyyatı, 2010, səhifə 295. ISBN 9789941420009
- ↑ Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi: Gürcüstan (qısa icmal) — 1. Ümumi məlumat — Yoxlanılıb: 22.02.2015Orijinal mətn (az.)
... İnzibati ərazi bölgüsü: 2 muxtar respublika, 9 diyar...
... Diyarlar: Quriya, İmereti, Kaxeti, Kvemo Kartli, Mtsxeta-Mtianeti, Raça-Leçxumi və Kvemo Svaneti, Sameqrelo-Zemo Svaneti, Samtsxe-Cavaxeti, Şida Kartli. ... - ↑ 1 2 Azərbaycanca – rusca lüğət. (Yenidən işlənmiş və təkmilləşdirilmiş ikinci nəşr.) Dörd cilddə. I cild (A-D). Müəlliflər: M.T. Tağıyev, İ.M. Aydınov, İ.M. Kərimov, R.İ. Qurbanova, O.M. Hacıəliyev, M.Z. Mövsümov; Redaktorlar: M.T. Tağıyev, İ.M. Aydınov, İ.M. Kərimov, R.İ. Qurbanova. Bakı: Şərq – Qərb, 2006, səh. 801 ISBN 9789952340095
- ↑ Subjects of Russia — Administrative Divisions of Countries Country Regions ("Statoids"). United States of America, North Carolina, Durham.Orijinal mətn (ing.)
... Russia is divided into one avtonomnaya oblast' (autonomous region); four avtonomnyy okrug (autonomous province); two gorod ([federal] cities); nine kray (territory); 46 oblast' (region); and 21 respublika (republic). The phrase "federal subjects" covers all of these types of division. ...
- ↑ Regions of Slovakia — Administrative Divisions of Countries Country Regions ("Statoids"). United States of America, North Carolina, Durham.Orijinal mətn (ing.)
... 1996-07-24: Slovakia reorganized from three regions and a city into eight regions. ...