Koşitse diyarı
Koşitse diyarı | |
---|---|
Košický kraj | |
48°42′58″ şm. e. 21°51′47″ ş. u.HGYO |
|
Ölkə | |
İnzibati mərkəz | Kоşitsе |
Tarixi və coğrafiyası | |
Yaradılıb | 24 iyul 1996 |
Sahəsi |
|
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Rəqəmsal identifikatorlar | |
ISO kodu | SK-KI |
Rəsmi sayt | |
Vikianbarda əlaqəli mediafayllar |
Koşitse diyarı (slovak. Košický kraj) — Slovakiyada birinci dərəcəli inzibati–ərazi vahidlərindən biri. Diyarın inzibati mərkəzi Koşitse şəhəridir. Sahəsi 6753 km², əhalisi isə 766 012 nəfər (2001) təşkil edir.
Koşitse diyarı Slovakiyanın şərqində yerləşir. Diyar cənubda Ukrayna və Macarıstan (Slovakiyanın Preşov, Ukraynanın Zakarpatye, həmçinin cənubda Macarıstanın Borşod Abauy Zemplen və Sabolç Satmar Bereq medyeləri ) ilə həmsərhəddir.
Koşitse diyarı 1 iyul 1996-cı ildə ölkənin inzibati bölgüsü sayılan Şərqi-Slovak diyarının (slovak. Východoslovenský kraj) yenidən təşkili zamanı, onun iki hissəyə bölünməsi nəticəsində yaranmışdı (şimalda Preşov, cənubda isə Koşitse diyarları yaranmışdı).
İnzibati bölünmə
[redaktə | mənbəni redaktə et]Koşitse diyarı "okres" adlanan 11 rayona bölünür:
- Gelnitsa rayonu
- Koşitse I rayonu
- Koşitse II rayonu
- Koşitse III rayonu
- Koşitse IV rayonu
- Koşitse-ətraf rayonu
- Mixalovtse rayonu
- Rojnyava rayonu
- Sobrantse rayonu
- Spişska Nova Ves rayonu
- Trebişov rayonu
Statistik məlumatlar (2001)
[redaktə | mənbəni redaktə et]Əhalinin etnik mənsubiyyəti
- slovaklar 81,8 %
- macarlar 11,2 %
- qaraçılar 3,9 %
- ukraynalılar 0,6 %
- çexlər 0,6 %
- digərləri 1,9 %
Əhalinin konfessional mənsubiyyəti
- katoliklər 59,5 %
- yunan katolikləri 11,0 %
- reformatorlar 6,4 %
- lüteranlar 4,4 %
- pravoslavlar 1,8 %
- ateistlər 11,8 %
Qalereya
[redaktə | mənbəni redaktə et]İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ 1 2 ArchINFORM (alm.). 1994.
- ↑ Počet obyvateľov podľa pohlavia vo všetkých krajoch SR k 1. 1. 2021 (словацк.). Bratislava: ŠÚ SR.
Xarici keçidlər
[redaktə | mənbəni redaktə et]- [1] Arxivləşdirilib 2007-02-02 at the Wayback Machine Diyarın rəsmi saytı