Codhpur
Şəhər | |
Codhpur | |
---|---|
ing. Jodhpur | |
26°17′40″ şm. e. 73°01′40″ ş. u.HGYO | |
Ölkə | Hindistan |
Tabesində | Racəsthan |
Tarixi və coğrafiyası | |
Əsası qoyulub | 1459 |
Sahəsi | 78.6 km2 km² |
Mərkəzin hündürlüyü | 231 m (758 ft) |
Saat qurşağı | UTCIST (UTC+5:30) |
Əhalisi | |
Əhalisi | 10,33,561 nəfər (2011) |
Sıxlığı | 13,000/km2 (34,000/sq mi) |
Rəqəmsal identifikatorlar | |
Telefon kodu | +91 291 |
Poçt indeksi | 342001 |
Nəqliyyat kodu | RJ 19 |
Digər | |
jodhpur.rajasthan.gov.in/content/raj/jodhpur/en/home.html | |
Vikianbarda əlaqəli mediafayllar |
Codhpur, Marvar — Hindistanın şimal qərbində, Racəstan ştatında şəhər.[1]
Əhalisi
[redaktə | mənbəni redaktə et]Əhalisi 959,6 min (2007). Marvar səhrasının kənarında yerləşmişdir. Nəqliyyat qovşağı.[1]
Tarixi
[redaktə | mənbəni redaktə et]1459-cu ildə racputların Rathor sülaləsindən olan maharacə Rao Codha tərəfindən salınmışdır. Racəliyin paytaxtı idi. 1818-ci ildə Böyük Britaniyanın Hindistandakı mülklərinə qatıldı. Hindistan müstəqillik qazandıqdan sonra Racəsthan ştatının tərkibindədir (1949-cu ildən). Şəhərdəki təpənin zirvəsində qalın divarları və 7 darvazası olan 1459-cu ildə əsası qoyulmuş, 16–18-ci əsrlərdə tamamlanan Mehranqarh qalası yerləşir (Hindistanda ən böyük qalalardan biri). Daxilində maharacələrin sarayları (o cümlədən Moti-M hal, 1595–1619), zərif naxışlı memarlıq detalları və çoxlu heykəltaraşlıq bəzəkləri ilə seçilən, Çamunda – Mataci məbədi (15-ci əsr) saxlanılmışdır.[1]
Mədəniyyəti
[redaktə | mənbəni redaktə et]Təpənin ətəyində, şəhərin düzən hissəsində təqribən 10 km uzunluğunda divarla (1532–73) əhatə olunmuş 16–19-cu əsrlərə aid məbədlər (divar rəsmləri, 18–20-ci əsrin əvvəlləri), naxışlarla bəzədilmiş yaşayış evləri, Codhpur hökmdarlarının mərmər kenotafı və memorialı (Casvand-Thada, 1899), Can-Mandi örtülü bazarı yerləşir. Möhtəşəm Umayd Bhavan sarayı (1929–44, memar Q.V. Lankaster; hazırda maharacənin iqamətgahı, mehmanxana və muzeydir) özündə hinduist memarlığı və ardeko üslubu element lərini birləşdirir. Codhpuru brahmanların evlərinin rənginə görə “mavi şəhər” adlandırırlar. Mərkəzi quraq zonanın ETİ (1959), universiteti (1962); toxuculuq, metal emalı, kimya-əczaçılıq sənayesi müəssisələri fəaliyyət göstərir. Bədii sənətkarlıq inkişaf etmişdir. Codhpurun şimal qurtaracağında qala, məbəd xarabalıqları, qədim Mandora şəhərinin bağları var. Codhpur yaxınlığındakı qədim Osian şəhərində 8–11-ci əsrlərə aid məbədlərin qalıqları saxlanılır.[1]
Şəkillər
[redaktə | mənbəni redaktə et]-
Mehranqarh qalası
-
Casvand-Thada
-
Qanta Qar
Həmçinin bax
[redaktə | mənbəni redaktə et]İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ 1 2 3 4 Codhpur// Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). — V cild. Bakı, 2009. — Səh.: 372-373.
Xarici keçidlər
[redaktə | mənbəni redaktə et]- Rəsmi internet saytı
- Racəstanın turizm saytında Codhpur Arxivləşdirilib 2017-05-06 at the Wayback Machine