Bled
Bled | |
---|---|
sloven. Bled | |
46°22′ şm. e. 14°04′ ş. u.HGYO | |
Ölkə | Sloveniya |
Tarixi və coğrafiyası | |
Sahəsi | 188 km² |
Mərkəzin hündürlüyü | 501 m |
Saat qurşağı | UTC+1 |
Əhalisi | |
Əhalisi | 5 252 nəfər (2002) |
Rəqəmsal identifikatorlar | |
Telefon kodu | +386 4 |
Poçt indeksi | 4260 |
Digər | |
bled.si (sloven.) | |
Vikianbarda əlaqəli mediafayllar |
Bled (sloven. Bled, alm. Veldes) — Sloveniyanın şimal-qərb hissəsində yerləşən şəhər. İtaliya və Avstriya sərhəddinə yaxındır. 2002-ci ilin siyahıya alınmasına görə şəhərin əhalisi— 5252 nəfərdir. Şəhər ətrafı yaşayış məntəqələri ilə birlikdə — 10 899 nəfərdir. Bled şəhəri Bled gölü sahilində, Yulian Alpları dağları ətəklərində yerləşir. Şəhər Triqlav Milli Parkından şərqindədir. Ölkənin populyar turizm mərkəzi hesab olunur
Coğrafiyası
[redaktə | mənbəni redaktə et]Bled ölkənin paytaxtı Lyublyanadan 45 km şimal-qərbdə və Esenise şəhərindən isə 10 km cənub-şərqdə yerləşir. Şəhərin 8 km şimalından Avstriya sərhəddi, 40 km qərbindən isə italiya sərhəddi keçir. Şəhərin yaxınlığından Lyblyana-Fillah avtomobil maqistralı keçir.
Tarixi
[redaktə | mənbəni redaktə et]Bled bölgəsinə slavyanlar VII əsrdə məskunlaşmışdılar[1]. Bled qəsri haqqında ilk dəfə alman Feldes 1004-cü ildə məlumat vermiş. Məlumat əsasən Briksen yepiskopluğundan Müqəddəs II Henriyə olan şikayətdən idi. 1278-ci Bled bütün Krayno ərazisi ili birlikdə Morov vuruşması nəticəsində I Rudolfun tabeliyinə keçdi.
Bled Birinci Dünya müharibəsinə kimi Habsburqların tərkibində olmuş. Bir tək 1509–1816-cı illərdə İllirii əyalətinə daxil edilmişdir.
Avstriya-Macarıstan İmperiyasının parçalanmasından sonra Bled Yuqoslaviya ərazisinə daxil edildi. Şəhər monarx Karaqeorqievlərin evinə çevrildi. Daha sonra isə Yuqoslaviya Kommunistlər İttifaqının Baş katibi İosip Broz Titonun yay rezidensiyası kimi istifadə olunurdu. 1991-ci ildən Bled müstəqil Sloveniyanın təribindədir.
Görməli yerləri
[redaktə | mənbəni redaktə et]Bled gölü — təmiz sulu gözəl dağ gölü. Gölün ortasında Uspeniya gözətçi qalası yerləşir. Bled qəsri — hündürlüyü 130 metr olan qaya çıxıntısı üzərində inşa olunub. 1004-cü ildə yada salınır və dəfələrlə genişləndirilmiş, bərpa olunmuşdur.
Xarici keçidlər
[redaktə | mənbəni redaktə et]İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Плетерский А. Становление славянской государственности в Восточных Альпах Arxivləşdirilib 2019-05-28 at the Wayback Machine // Studia Slavica et Balcanica Petropolitana 2012. № 2 (12)