Ampisillin
Ampisillin
| ||
Kimyəvi birləşmə | ||
IUPAC | (2S,5R,6R) - 6 - [(R) -2-amino-2 fenilasetamido] - 3,3 dimetil - 7 - oxo - 4 tia - 1 - azabisiklo [3.2.0] heptan - 2 karboksilik turşu | |
Brutto- formul |
C16H19N3O4S | |
Mol. kütlə |
349,406 q/mol | |
CAS | ||
PubChem | ||
DrugBank | ||
Təsnifatı | ||
ATK | J01 | |
Farmakokinetika | ||
Bioəlverişli | 40% (daxili) | |
Plazma zülalı ilə əlaqəsi | 15—25 % | |
Metabolizm | 12—50 % | |
Yarımtəmizləmə dövrü | təxminən 1 saat | |
Ekskresiya | 75-85% böyrəklərlə | |
Dərman forması | ||
? | ||
Ticarət nişanı | ||
Ampisillin trihidrat, Standasillin | ||
Ampisillin (Ampicillinum) — tənəffüs yolları (sətəlcəm, bronxopnevmoniya, tonzillit), qaraciyər, mədə-bağırsaq traktı, sidik yolları və s. infeksion xəstəliklərinin müalicəsində istifadə olunan yarı sintetik antibiotik. İlk dəfə 1961-ci ildə Britaniya şirkəti "Beecham" tərəfindən istifadəyə verilmişdir.
Turşulu mühitdə sabit, ağ rəngdə, incə kristal toz halında olur. Suda az həll olunur, spirtdə praktiki olaraq həll olunmur.
6-aminopenisilin turşusunun aminofenilasetik turşu qalığı ilə asilləşməsi nəticəsində əldə edilir. Təsir mexanizmi penisillinə bənzəyir.
Preparat mədənin turşu mühitində məhv olunmur, daxilə qəbul edildikdə yaxşı sovrulur. Benzilpenisillindən təsirlənən qram-müsbət mikroorqanizmlərə qarşı aktivdir. Bundan əlavə, bir sıra qram-mənfi mikroorqanizmlərə (salmonella, şigella, proteus, bağırsaq çubyqları, Pfeiffer çubuğu (qrip çubuğu) və s.) təsir göstərir və və buna görə də geniş spektrli antibiotik hesab olunur və qarışıq infeksiya nəticəsində yaranan xəstəliklərdə istifadə olunur.[1] Benzilpenisillinə davamlı penisilinaz əmələ gətirən stafilokokklara ampisilin təsir eləmir, çünki penisilinaz tərəfindən məhv edilir.
Ampisillin oral antikoaqulyantların təsirini artırır.
Penisillinə qarşı yüksək həssaslıqda istifadə etmək qadağandır.
Tarixi
[redaktə | mənbəni redaktə et]Ampisillin 1961-ci ildən bakterial infeksiyaların müalicəsində geniş istifadə olunur.
Ampisillinin tətbiqindən əvvəl penisilin terapiyası yalnız stafilokoklar və streptokoklar kimi qram-müsbət orqanizmlərə qarşı təsirli idi. Ampisillin (əvvəlcə Penbritin markası altında) qram-mənfi orqanizmlərə (hemofil çubuğu, bağırsaq çubuğu, protey və s.) qarşı da fəaliyyət göstərmişdir.
Həmçinin bax
[redaktə | mənbəni redaktə et]İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ "Энциклопедия лекарств". Регистр лекарственных средств России. 2009-08-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-01-24.
Xarici keçidlər
[redaktə | mənbəni redaktə et]- Ампициллин (Ampicillin) — Энциклопедия лекарств и товаров аптечного ассортимента. РЛС Патент. — Инструкция, применение и формула.
- Ампициллин (Ampicillin) — Энциклопедия лекарств и товаров аптечного ассортимента. РЛС Патент. — Действующее вещество.
- "Ampicillin". Drug Information Portal. U.S. National Library of Medicine.
Tibb portalı |