Ştollen

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Ştollen
Aid olduğu milli mətbəxlər
Almaniya mətbəxi
Mənşəyi
Təfərrüatları
Tipi Desert

Ştollen (alm. Stollen‎ və ya alm. Christstollen‎) — alman mətbəxinə aid milad şirniyyatı[1]. Ştollenin əsasən kişmiş və sukat içlikli forması geniş yayılmış, lakin lalə, qoz-fındıq və marsipandan olan forması da məşhurdur[2]. Ştollenin hazırlanması üçün müəyyən proporsiyalara riayət etməklə ağır maya xəmiri lazımdır. Sukatlı ştollen üçün: 10 kq una — 3 kq-dan az olmayaraq kərə yağı və ya marqarin və 6 kq limon və ya portağal sukatı. Təbii ki hər bişirənin öz ədviyyat və əlavələr resepti vardır ki, bu da ştollenə müxtəlif dadlar verir. Ştollenin bişirilməsindən sonra üzərinə ərinmiş kərə yağı sürtülür və şəkər pudrası səpilir[3][4]. Ştollenin yaranma tarixi isə orta əsrlərə gedib çıxır[5][6][7].

Ştollenin müxtəlif növləri vardır:

  • Butterstollen — yağlı ştollen;
  • Dresdner Christstollen — Drezden ştolleni[8];
  • Mandelstollen — badamlı ştollen;
  • Marzipanstollen — marzipanlı ştollen;
  • Mohnstollen — laləli ştollen;
  • Nussstollen — qoz-fındıqlı ştollen;
  • Quarkstollen — kəsmikli ştollen;
  • Champagnerstollen — şampanlı ştollen;
  • Rotweinstollen — qırmızı çaxırlı ştollen;
  • Schokostollen — şokoladlı ştollen.
  1. Felicity Cloake. "How to bake the perfect stollen". The Guardian. 15 December 2016. İstifadə tarixi: 31 May 2017.
  2. Von Gänsen, Karpfen, Lebkuchen und Stollen Arxivləşdirilib 2007-06-11 at the Wayback Machine Dtsch Med. Wochenschrift 2003;128: 2691–2694 (p. 4)
  3. [1]
  4. Meyers Lexikon Arxiv surəti 31 dekabr 2009 tarixindən Wayback Machine saytında Arxivləşdirilib 2009-12-31 at the Wayback Machine: "Besonders bekannt ist der Dresdner Stollen" ("the Dresden Stollen is especially well-known")
  5. "Stollen history". 2019-12-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-02-28.
  6. "Longest Christmas stollen". Guinness World Records. 2021-11-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-12-13.
  7. Kagachi, Chihiro. German Cuisine, Past and Present. 1958.
  8. "Dresden Christmas Bread". 2012-01-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-02-28.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]