Skip to main content
Leyla Huseynova

    Leyla Huseynova

    • noneedit
    • Кондидат исторических наук АНАНedit
    Xülasə Azərbaycan Respublikasının prioritet sahələrindən biri olan təhsilin inkişafı XX əsrin 90-cı illərindən yeni məna kəsb etməyə başladı. Sovet buxovlarından azad olunan Azərbaycanın yeni ictimaisiyasi problemləri içərisində təhsilin... more
    Xülasə Azərbaycan Respublikasının prioritet sahələrindən biri olan təhsilin inkişafı XX əsrin 90-cı illərindən yeni məna kəsb etməyə başladı. Sovet buxovlarından azad olunan Azərbaycanın yeni ictimaisiyasi problemləri içərisində təhsilin keyfiyyətinin artırılması məsələsi xüsusilə fərqlənirdi. 1992-ci ildə Respublikada təsdiq olunan Təhsil Qanun tədris planlarının hazırlanması, ixtisasartırma və təkmilləşmə sahəsində yeni mexanizmlər irəli sürdü, müasir kadrların tədrisi ilə bağlı məsələlərə hüquqi əsas verdi. Təhsil sahəsində təkmilləşmə proseslərinin izlənilməsi və yeni perspektivlər üçün münbit şərait yaradılması baxımından təhsil sisteminin formalaşması tarixinin araşdırılması zəruridir. Cəmiyyətdə mühüm ictimai funksiyaya malik olan, düzgün qurulan təhsi sistemi şəxsiyyətin fərdi bacarıqlarını stimullaşdırır, gələcəyin mütəxəssislərini dövrün tələblərinə cavab verən biliklərlə silahlandırır. Bütün bunlar təhsil sisteminin tarixinin araşdırılmsını aktual məsələ olaraq diqqət mərkəzində saxlayır. Məqalədə 1991-2011-ci illərdə respublikanın təhsil siyasətinin formalaşdırılması istiqamətində hüquqi bazanın yaradılması məsələlərindən bəhs edilir. Xüsusilə, 1992-ci və 2009-cu illərdə qəbul edilmiş Təhsil Qanunlarının müqayisəli təhlili yolu ilə Azərbaycan Respublikasının təhsil siyasətinin bir çox prioritet məsələləri araşdırılmışdır.