zal
Görünüş
İsim | Tək | Cəm |
---|---|---|
Adlıq halı | zal | zallar |
Yiyəlik halı | zalın | zalların |
Yönlük halı | zala | zallara |
Təsirlik halı | zalı | zalları |
Yerlik halı | zalda | zallarda |
Çıxışlıq halı | zaldan | zallardan |
azərbaycanca: zal === Etimologiya === almanca Hecalama: zal
Transkripsiya (BFƏ) : [zɑl]
- 1. Kütləvi yığıncaqlar və ya müxtəlif məşğələlər üçün böyük və geniş otaq.
- İdman zalı.
- Tamaşa zalı.
- Gözləmə zalı.
- – İmtahan məclisi qurulmuşdur; Zalda skamyalar qoyulmuşdur. A.Səhhət.
- Adam o qədər idi ki, böyük zal dolmuşdu. T.Ş.Simurq.
- Gülyanaq tamaşa zalına girəndə özünü başqa aləmdə hiss etdi. Ə.Vəliyev.
- 2. Geniş qonaq otağı.
- Sənə dinmədikcə, əbləh, azıxıb yolun çaşırsan; Qapıda dayanmayıb da, zala doğru dırmaşırsan. M.Ə.Sabir.
Mənbə : Azərbaycan dilinin izahlı lüğəti. Dörd cilddə. IV cild (SŞTUÜVYZ). Bakı: Şərq-Qərb, 2006, 712 s. Mətn
Mənsubiyyətə görə | ||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
Şəxs | Adlıq | Yiyəlik | Yönlük | Təsirlik | Yerlik | Çıxışlıq | ||||||
Mənim | zalım | zallarım | zalımın | zallarımın | zalıma | zallarıma | zalımı | zallarımı | zalımda | zallarımda | zalımdan | zallarımdan |
Sənin | zalın | zalların | zalının | zallarının | zalına | zallarına | zalını | zallarını | zalında | zallarında | zalından | zallarından |
Onun | zalı | zalları | zalının | zallarının | zalına | zallarına | zalını | zallarını | zalında | zallarında | zalından | zallarından |
Bizim | zalımız | zallarımız | zalımızın | zallarımızın | zalımıza | zallarımıza | zalımızı | zallarımızı | zalımızda | zallarımızda | zalımızdan | zallarımızdan |
Sizin | zalınız | zallarınız | zalınızın | zallarınızın | zalınıza | zallarınıza | zalınızı | zallarınızı | zalınızda | zallarınızda | zalınızdan | zallarınızdan |
Onların | zalı | zalları | zalının | zallarının | zalına | zallarına | zalını | zallarını | zalında | zallarında | zalından | zallarından |
zal (geniş otaq) | |
zal (qonaq otağı) | |